Qətldən yeddi gün sonra — Vikipediya
Qətldən yeddi gün sonra | |
---|---|
Fayl:Qətldən yeddi gün sonra (film, 1991).jpg | |
Janr | dram detektiv |
Rejissor | Rasim Ocaqov |
Əsərin müəllifi | Jorj Simenon |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda | Tatyana Lyutayeva — Lena Fəxrəddin Manafov — Rauf Aleksey Bloxin — Adik Donatas Banionis — Müstəntiq Yuri Yakovlev — Mixail Romanoviç |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssamlar | Rafiz İsmayılov S.Portnoy |
İstehsalçılar | "Azərbaycanfilm" Kinostudiyası "Bronstin Prodakşn" Kino Şirkəti "Amerika-Sovet Kinotəşəbbbüsü" Kino Şirkəti |
İlk baxış tarixi | 1991 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 89,5 dəq. |
Ölkələr | Azərbaycan ABŞ Rusiya |
Dil | rusca |
İl | 1991 |
Texniki məlumatlar | 10 hissə 2750 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID1887869 |
Məzmun
[redaktə | vikimətni redaktə et]Burada keçmiş SSRİ-nin paytaxtında general ailələrindən birində baş verən faciəli hadisədən danışılır. Ailənin timsalında o vaxtkı sovet cəmiyyətinin modeli verilmişdir.
General Mixail Romanoviçin (Yuri Yakovlev) beynəlmiləl ailəsində faciə baş verir. Onun qızlarından biri (Olqa Bulanova) şəhər kənarındakı bağında qətlə yetirilir. Təhqiqat materiallarına əsasən generalın sürücüsü Raufdan (Fəxrəddin Manafov) şübhələnirlər. Amma sonra məlum olur ki, qızı öz bacısı (Tatyana Lyutayeva) qətlə yetiribmiş... Bu çirkin ailə əhvalatını ört-basdır etmək üçün filmin personajları dəridən-qabıqdan çıxırlar. Bir dam altında yaşamalarına baxmayaraq ailə faktiki olaraq dağılır.
Film qəhrəmanların başına gələn bəla nəticəsində şəxsiyyətin mənəvi böhranını açıb göstərir.
Film haqqında
[redaktə | vikimətni redaktə et]- Film Jorj Simenonun hekayəsinin motivləri əsasında çəkilmişdir.
Filmin heyəti
[redaktə | vikimətni redaktə et]Film üzərində işləyənlər
[redaktə | vikimətni redaktə et]- Əsərin müəllifi: Jorj Simenon
- Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
- Quruluşçu rejissor: Rasim Ocaqov
- Quruluşçu operator: Kənan Məmmədov
- Quruluşçu rəssam: Rafiz İsmayılov, S.Portnoy
- Bəstəkar: Emin Sabitoğlu
- Səs operatoru: Akif Nuriyev
- Rejissor: Rafiq Dadaşov
- Operator: Tərlan Babayev
- Geyim rəssamı: S.Başlıkova
- Qrim rəssamı: Elbrus Vahidov
- Montaj edən: Nelli Dadaşova
- Rejissor assistenti: A.Mixeyev
- Operator assistenti: Etibar Şirinov
- Səs operatoru assistenti: Teymur Abdullayev
- Montaj üzrə assistent: L.Hacıverdiyeva
- Fotoqraf-rəssam: Tofiq Kərimov
- İşıq ustası: Tahir Bağırov
- Çalır: Yeni Moskva Simfonik Orkestri
- Dirijor: Konstantin Krimets
- Redaktor: Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi)
- Filmin direktoru: Rimma Abdullayeva
Rollarda
[redaktə | vikimətni redaktə et]- Tatyana Lyutayeva — Lena
- Fəxrəddin Manafov — Rauf
- Aleksey Bloxin — Adik
- Donatas Banionis — müstəntiq
- Yuri Yakovlev — Mixail Romanoviç
- Elina Bıstritskaya — Kira Aleksandrovna
- Olqa Bulanova — Daşa
- İvars Puqa — Andris
- Viktor Proskurin — qonşu Şurik
- Andrey Şotin — Saşa
Mənbə
[redaktə | vikimətni redaktə et]- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362; 367.