Rafiq Dadaşov — Vikipediya
Rafiq Dadaşov | |
---|---|
Rafiq Ağahüseyn oğlu Dadaşov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rejissor |
Mükafatları |
Rafiq Dadaşov (tam adı: Rafiq Ağahüseyn oğlu Dadaşov; 20 iyul 1946, Bakı – 5 fevral 2017, Bakı) — Azərbaycan rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2016).
Həyatı
[redaktə | vikimətni redaktə et]Rafiq Ağahüseyn oğlu Dadaşov 20 iyul 1946-cı ildə Bakı şəhərində anadan olub. 1953–1961-ci illərdə Bakı şəhərində 171 saylı məktəbdə oxuyub. 1963-cü ildə 5 saylı fəhlə-gənclər gecə məktəbini bitirib.
1963-cü ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəhlə vəzifəsində işə qəbul olunub. 1964-cü ildə rejissor köməkçisi kimi işə başlayıb. Həmin il M. A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət Və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1970-ci ildə universiteti bitirib. 1969-cu ildə Moskva Dövlət Kino Komitəsinin nəzdində olan Ali ikiillik kinorejissor və ssenarist kurslarına daxil olub. 1971-ci ilin dekabrında kursları başa vurub və III dərəcəli kinorejissor ixtisası adı alıb.
1971–1972-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1972–1995-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor vəzifəsində çalışıb. 1995-ci ildən "Aztelefilm" birliyində işləyib. Daha sonra isə Teleradio Şirkətində "Sabah" yaradıcılıq birliyində rəhbər müavini vəzifəsində çalışıb. 1997-ci ildən yenidən "Azərbaycanfilm" kinostudiyasına qayıdıb. 2002-ci ildə Azərbaycan Televiziya və Radio verlişləri QSC "Aztelefilm" birliiyində kinorejissor vəzifəsində çalışıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Hazırda təqaüdçüdür. Ailəlidir, həyat yoldaşı kinomontajçı Nelli Dadaşovadır. İki övladı var-Dadaşova İradə, Dadaşov Murad.
29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.[1]
5 fevral 2017-ci ildə vəfat edib.[2]
- Montajçı Nelli Dadaşovanın həyat yoldaşıdır.
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Bir cənub şəhərində (film, 1969)
- 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
- Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi) — rejissor assistenti
- Əgər bir yerdəyiksə (film, 1975)
- Günlərin bir günü... (film, 1976) (rejissor)
- De ki, məni sevirsən! (film, 1977) (rejissor)
- Dantenin yubileyi (film, 1978) (rejissor)
- Yarımçıq qalmış mahnı (film, 1979) (rejissor)
- Yol əhvalatı (film, 1980) (rejissor)
- Üzeyir ömrü (film, 1981) (rejissor)
- Qaladan tapılan mücrü (film, 1982) (rejissor)
- Ötən ilin son gecəsi (film, 1983) (rejissor)
- On yeddi yaşlı oğlan (film, 1985) (rejissor)
- Qəm pəncərəsi (film, 1986) (rejissor)
- İmtahan (film, 1987) (rejissor)
- Meyl (film, 1988) (rejissor)
- Sahilsiz gecə (film, 1989) (rejissor)
- Qətl günü (film, 1990) (rejissor)
- Qətldən yeddi gün sonra (film, 1991) (rejissor)
- Naməlum torpaq (film, 1992) (rejissor)
- Köpək (film, 1994) (rejissor)
- Leyli və Məcnun (film, 1996) (rejissor)
- Kleopatra (film, 1996) (rejissor)
- Fatehlərin divanı (rejissor)
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
- Bir anın həqiqəti (film, 2003)
"Azərbaycantelefilm"də çəkilən filmlər
[redaktə | vikimətni redaktə et]- Cücələrim (sənədli film,1996) (quruluşçu rejissor)
- Yeni nəsil,yeni məhsul (sənədli film, 2000) (quruluşçu rejissor)
- İmamverdi Əbilov (sənədli film, 2001) (quruluşçu rejissor)
- Daşları dindirən alim (film, 2001) (quruluşçu rejissor)
- Poçtalyon Həcər (sənədli film, 2002) (quruluşçu rejissor)
- Bir mahnının işığı (sənədli film, 2002) (quruluşçu rejissor)
- Mirzə Fətəli Axundov Adına Kitabxana (sənədli film, 2003) (quruluşçu rejissor)
- Sara Qədimova (bədii-sənədli film, 2003) (quruluşçu rejissor)
- Əbilob klubu (bədii-sənədli film, 2004) (quruluşçu rejissor)
- Ağ adam (film, 2004) (quruluşçu rejissor)
- Rəssam Ponomaryev (sənədli film,2004 (quruluşçu rejissor)
- Seyid Nigari (bədii-sənədli film,2004) (quruluşçu rejissor)
- Dəf çalan (sənədli film,2005) (quruluşçu rejissor)
- Su dəyirmanı (sənədli film,2005) (quruluşçu rejissor)
- Xilasedici (sənədli film, 2005) (quruluşçu rejissor)
- Azərbaycanda rus icmaları (film, 2006) (quruluşçu rejissor)
- Şövkət Məmmədova (sənədli film,2006) (quruluşçu rejissor)
- Sufilər (bədii film,2006) (quruluşçu rejissor)
- Musiqi aləmi (bədii-sənədli,2006) (quruluşçu rejissor)
- Uluxanlı məktəbi (film, 2007) (quruluşçu rejissor)
- Gəncə kukla teatrı (sənədli film,2007) (quruluşçu rejissor)
- Aşiqlər (film, 2008)
- Zəngəzur (film, 2008) (quruluşçu rejissor)
- Imla Yaddaşı (film, 2008) (quruluşçu rejissor)
- Bizim rəqslər (film,2009) (quruluşçu rejissor)
- Tarix muzeyi (film,2010)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 29 iyul 2016. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-29.
- ↑ Karabakhmedia. "Rejissor Rafiq Dadaşov vəfat edib" (az.). Karabakhmedia.az. 06.02.2017. 2017-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-06.