Fransa tarixi — Vikipediya
Fransa tarixi — Qərbi Avropa ən böyük şəhərlərindən biri idi. Onun tarixi Merovinqlər (V–VIII əsrlər), Karolinqlər (VIII–X əsrlər), Kapetinqlər (X–XIV əsrlər) və Valua kimi tanınan dörd kral sülaləsinin hakimiyyət dövrlərini əhatə edir. Hələ qədim zamanlardan bəri şəhər üç şərti hissəyə bölünmüşdü (Site adası, şimal sağ sahili və cənub sol sahili); bu ərazilərin hər birisi öz fərdi inkişaf xüsusiyyətlərinə malik idi [1][2][3].
Orta əsrlər
[redaktə | vikimətni redaktə et]Ölkənin birləşdirilməsi uğrunda mübarizə
[redaktə | vikimətni redaktə et]XI əsrdə Fransa iri və xırda feodal mülklərinə parçalanmışdı. Ölkənin şimal-şərq torpaqları Paris və Orleanla birlikdə krala məxsus idi[q 1]. Kral bütün ölkə üçün qanun verə bilməzdi, vergi toplamaq hüququna malik deyildi. Hətta vassallar da kral torpaqlarında qəsrlər tikirdilər. Kral öz mülkündən əldə etdiyi gəlirin hesabına yaşayırdı. Onun qoşunu və muzdla işləyən məmurları yox idi[4][5][6].
X–XI əsrlərdə Avropanın hər yerində olduğu kimi, Fransada da kənd təsərrüfatı və sənətkarlıqda irəliləyiş yarandı. Şəhərlər meydana gəldi, vilayətlər və şəhərlər arasında əmək bölgüsü yarandı, ticarət inkişaf etdi[q 2]. Normandiyada dəmir filizi, şampan, Burqundiyada taxıl və kətan parça istehsal olunurdu. Əmək bölgüsü və ticarət vilayətlər arasında əlaqə, ölkənin birləşməsi üçün şərait yaratdı[7][8][9][10].
Feodalların pula ehtiyacı artdı, feodallar məhsul töycüsünü pul töycüsü ilə əvəz etdilər. Kəndlilər yüksək ödəniş müqabilində şəxsi asılılıqdan azad olurdular. Vergilərin artırılmasına qarşı üsyanlar baş verirdi. Orta və xırda feodallar bu üsyanın qarşısını ala bilmirdilər, onlar bu üsyanı yatırtmaq üçün krala arxalanırdılar. Sənətkar və tacirlər Feodal dağınıqlığının aradan qaldırılmasına, şəhərlilər senyor zülmündən xilas olmağa çalışırdılar. Şəhərlilər feodaldan xilas olmaq üçün krala müraciət edir, ona pulla, silahlı dəstələrlə kömək edirdilər[11][12][13][14][15].
Beləliklə, krallar şəhərlilərə, sənətkarlara və tacirlərə, orta və xırda feodallara, kəndlilərə arxalanaraq ölkəni birləşdirməyə başladılar[16]. Fransa kralı ölkənin birləşdirilməsində İngiltərə ilə toqquşdu. Hələ XI əsrdə Normandiya hersoqu işğalçı I Vilhelm İngiltərəni tutdu və onun kralı oldu. Onun varisləri Fransa ərazisinin çoxunu ələ keçirdilər, lakin XIII əsrin əvvəllərində ingilis kralının Fransadakı mülkləri də, Normandiya, Tuluza qraflığı Fransa kralı tərəfindən tutuldu. Yalnız Akvitaniya hersoqluğunun bir hissəsi İngiltərənin əlində qaldı. Fransa mərkəzləşmiş dövlətə çevrildi[17][18]. Ölkənin bütün ərazisi kralın hakimiyyəti altında birləşdirildi. Hersoq və qraflar əvvəlki müstəqilliklərini itirdilər. Kralın daimi qoşunu var idi və illik vergi toplayırdı[q 3]. Nəticədə təsərrüfat da inkişaf edirdi. Bütün bunlar XV əsrdə Fransada yaranmış mərkəzləşmiş dövlətin əsas əlamətləri idi [19][20][21][22][23].
Baş məclis. Silki monarxiya
[redaktə | vikimətni redaktə et]Ölkədə hamı kralın təbəəsi idi. Əhali 3 silkə bölünmüşdü[28]. Hüquqları və vəzifələri eyni olan insan qruplarına silk deyilir; silkin hüquq və vəzifələri nəsildən [nəslə keçirdi. Fransada mövcud olan 1-ci silkə ruhanilər daxil idi. Onların vəzifəsi ibadət etmək və s. idi. 2-ci silkə zadəganlar daxil idi. Onların vəzifəsi kralı və onun təbəələrini düşməndən qorumaq idi. Ruhanilər və zadəganlar vergidən azad idilər. 3-cü silkə ölkənin qalan əhalisi: kəndlilər, sənətkarlar, şəhərlilər və b. daxil idi. Onları varlı şəhərlilər təmsil edirdi[29][30][28].
XIV əsrdə IV Filippin (1285–1314) dövründə Fransanın birləşdirilməsi başa çatdı[31][32]. Şampan vilayəti və Navarra kral torpaqlarına birləşdirildi. IV Filipp kilsə torpaqları üzərinə vergi qoydu. Nəticədə kralla Roma papası arasında münaqişə baş verdi. Kralın səfiri Romada papanın qəsrinə girib onu təhqir etdi. Papanın hakimiyyəti zəiflədi, kral hakimiyyəti gücləndi[27][24][25][26][27][33].
Kral IV Filipp papaya qarşı mübarizədə silklərin köməyinə arxalanmaq üçün 1302-ci ildə Baş Ştatları çağırdı. Kral papaya qarşı mübarizədə silklərə arxalanırdı[34][35][36]. Baş Ştatlar ruhani, zadəgan və varlı şəhərlilərin nümayəndələrinin iştirakı ilə çağırılırdı. Kral yeni vergi qoyanda Baş Ştatları çağırırdı. Silklər arasında ixtilaflar Baş Ştatların dövlət işlərinə təsirini azaldırdı. XIV–XVI əsrlərdə Fransada silki nümayəndəliyin ali orqanı Baş Ştatlar idi. XIV əsrdə Fransada silki mütləqiyyət (monarxiya) — mərkəzləşmiş feodal dövləti yarandı. Bu dövlətdə kral hakimiyyəti silklərin nümayəndələrinin yığıncağına arxalanırdı. Bu mərkəzləşdirilmiş silki monarxiya dövlətinin birinci mərhələsi idi. Bu mərhələdə kral hakimiyyəti kifayət qədər güclü deyildi. O, ölkəni silklərin köməyi olmadan idarə edə bilməzdi[37][38][39][40][41].
IV Gözəl Filippin dövrü (1285–1314)
[redaktə | vikimətni redaktə et]- Fransa torpaqlarının birləşdirmə prosesinin davam etdirilməsi;[42]
- Şampan və Navvaranın birləşdirilməsi;[43]
- Kilsə torpaqlarına vergi qoyması;[44]
- Roma Papası ilə münaqişəyə girməsi;[45]
- Baş Ştatların çağrılması (1302-ci il)[q 4][46].
Yüzillik müharibə
[redaktə | vikimətni redaktə et]Bu müharibə 1337–1453-cü illərdə olmuş və 100 ildən çox davam etmişdi. Yüzillik müharibənin səbəbləri ingilis kralının Fransada itirdikləri mülklərini geri almaq, Flandriya üstündə rəqabət, ingilis kralının Fransa taxtına iddiası idi. IV Filippin oğlanları öləndən sonra Fransa kralının kişi nəsli kəsildi. İngiltərə kralı Fransa kralının uzaq qohumu idi. Ona görə də İngiltərə kralı Fransa taxtını ələ keçirmək hüququna malik olduğunu iddia edirdi[47][48][49][50].
Fransız cəngavərləri yaxşı silahlanmışdılar, lakin nizam-intizama tabe olmurdular. Onların hər biri ayrılıqda vuruşur və nəticədə həlak olurdular. Cəngavərlərin muzdla tutulmuş əsgərləri görməyə gözü yox idi. İngilislər də yaxşı silahlanmışdılar. Atlı cəngavərlərlə piyada əsgərlər arasında möhkəm nizam-intizam və əlaqə var idi. İngilislər yaxşı donanmaya malik idilər. İngilis ox atanları 600 m məsafədəki hədəfə ox atır, 200 m aralıdakı cəngavərlərin zirehini oxla deşirdilər[51][52].
İngilislər Normandiyanı tutdular. 1346-cı ildə Fransanın şimal-şərqində Kresi adlı yerdə baş vermiş döyüşü fransızlar uduzdu. 1356-cı ildə Luara çayının cənubundakı Puatye şəhəri yaxınlığında fransız qoşununun əsas qüvvəsi məğlub oldu və kral başda olmaqla fransız feodalları əsir düşdülər[53][54][55][56].
- Kresi döyüşü (1346-cı il);[57]
- Puatye döyüşü (1356-cı il);[58]
- Müvəqqəti sülhün bağlanması (1360-cı il);[59]
- Azenkur döyüşü (1415-ci il);[60]
- Janna D Arkın xalq hərəkatına rəhbərlik etməsi;[61]
- Orleanın mühasirədən azad edilməsi (1429-cu il);[62]
- Janna D Arkın edam edilməsi (1431-ci il)[q 5][63].
"Jaklar" üsyanı
[redaktə | vikimətni redaktə et]İşğalçı ingilis əsgərləri və Fransa əsgərləri ölkəni talan etdilər. Vergilərin artmasına qarşı 1358-ci ildə Fransanın şimal-şərqində "Jaklar" (Jakeriya) üsyanı başlandı. Üsyana Gilyom Kal başçılıq edirdi. Feodallar Kalı danışığa dəvət etdilər, danışığa gəlmiş Kalı qandalladılar, sonra edam etdilər. Zadəganlar xəyanət etdilər, şəhər əhalisi üsyana qoşulmadı. Başsız qalmış üsyançılara divan tutuldu. Jakeriya üsyanı nəticəsində feodallar mükəlləfiyyəti artırmağa cürət etmədilər, kəndlilərin şəxsi asıldıqdan azad olması prosesi sürətləndi. Artıq XV əsrdə Fransada az təhkimli kəndli qalırdı[64][65][66].
- Feodallara qarşı yönəlməsi;[67]
- Kortəbii və plansız hərəkət etmələri;[68]
- Aralarında birliyin olmaması;[69]
- Krala inanmaları;[70]
- Bütün Fransanı əhatə etməməsi;[71]
- Şəhər əhalisinin qoşulmaması;[72]
- Zadəganların xəyanət etməsi;[73]
- Gilyom Kalın rəhbərlik etməsi;[74]
- Xəyanət nəticəsində məğlub olması[q 6][75]
Yüzillik müharibənin sonu
[redaktə | vikimətni redaktə et]Fransa kralı ağır toplar düzəltdirdi, donama yaratdı. Avropada gedən bu yüzillik müharibədə ilk dəfə qala divarlarını dağıdan ağır toplar meydana gəldi. İngilislər məğlub edildi, lakin fransız feodalları arasında qızışan çəkişmələr 1415-ci ildə Azenkur vuruşmasında fransızları məğlubiyyətə düçar etdi, ölkənin şimali ingilislərin əlinə keçdi. Burqundiya hersoqunun ingilislərin tərəfinə keçməsi, fransızların vəziyyətini ağırlaşdırdı. İngilislər Parisi tutdular. İngiltərənin azyaşlı kralı Fransanın da kralı elan edildi. İngilislər cənuba irəlilədilər və Orleanı mühasirəyə aldılar. Orleanın tutulması ölkənin cənubuna yol acırdı və Fransanın taleyi həll olunurdu[76][77][78][79].
Özünü itirmiş hakim çıxış yolu tapa bilmirdi. Ölkəni partizan müharibəsi bürüdü. İşğalçılara qarşı müharibədə Janna D Arkın böyük xidməti oldu. O, şahzadənin yanına getdi və onunla görüşdü. Əyanlar başa düşdülər ki, Janna döyüşçülərdə ruh yüksəkliyi yarada bilər. Jannaya bir dəstə cəngavər verdilər. O, 1429-cu ildə Orleanı mühasirədən azad etdi. Orleanın mühasirədən azad edilməsi müharibənin gedişində dönüş yaratdı. Jannanın təkidi ilə Reyms şəhəri tutuldu. Fransa kralları hələ qədimdən bəri burada tacqoyma mərasimi keçirirdilər. Şahzadənin burada təntənəli tacqoyma mərasimi oldu[82][83][84].
Fransa qabiliyyətli müharibə aparırdı. Sadə kəndli qızının şöhrəti əyanları narahat edirdi. Janna burqundlarla vuruşa-vuruşa Kompyen qalasına doğru çəkilirdi. Qalanın komendantı asma körpünü qaldırdı. Janna Kompyen meşəsində əsir düşdü, ingilislər onu məhkəməyə verdilər, fransız yepiskopları onu cadugərlikdə ittiham edib tonqalda yandırmağa məhkum etdilər[85]. 0, 1431-ci ilin mayında Ruan şəhərində tonqalda yandırıldı. Sonralar Janna xristian dini tərəfindən müqəddəslər sırasına daxil edildi[86][87].
1453-cü ildə yüzillik müharibə qurtardı. Hər iki ölkə arasında sülh bağlandı. Təkcə Kale limanı 1558-ci ilə kimi ingilislərin əlində qaldı. Xalqın qəhrəmanlıq səyləri Fransanı yadellilərin işğallarından azad etdi[88][89].
IX Lüdoviq. Fransanın birləşdirilməsinin başa çatması.
[redaktə | vikimətni redaktə et]Yüzillik müharibədən sonra Fransada feodal dağınıqlıq gücləndi. Kral XI Lüdoviq (1461–1483) dövründə Burqundiya hersoqu igid Karlın başçılığı altında gizli sui-qəsdçilər ittifaqı yaradıldı. O, 12 il XI Lüdoviqə qarşı açıq müharibə apardı. Lüdoviq onun əsgərlərini öz tərəfinə çəkib qalib gəldi və onu öldürdü. Burqundiya, Marsel, Bretanda Fransaya birləşdirildi. Beləliklə, XV əsrin sonunda Fransanın birləşdirilməsi başa çatdı. XI Lüdoviq 1614-cü ildə Baş Məclisi sonuncu dəfə çağırdı. Daha onu çağırmağa ehtiyac görmürdü. Çünki onun güclü ordusu var idi, bütün ölkə mərkəzləşmiş dövlətdə birləşdirilmişdi və kral hakimiyyəti möhkəm və təhlükəsiz idi. Ölkədə təsərrüfat, mədəniyyət dirçəlib inkişaf edirdi. Lion şəhəri Fransanın ipəkçilik mərkəzinə çevrilmişdi[90][91][92][93][94][95].
XI Lüdoviqin dövrü (1461–1483)
[redaktə | vikimətni redaktə et]XI Lüdoviq Burqundiya hersoqu igid Karlı məğlub edərək Fransanın birləşdirilməsini başa çatdırır. Onun dövründə Burqundiya, Marsel və Bretan Fransaya birləşdirilir. XVI əsrdə Fransada sənaye və ticarət inkişaf edir və manufakturaların sayı artırdı. Vergilərin toplanmasında "iltizam hüququ" mövcud idi. Borc faizləri, iltizam hüququ və mənfəətli vəzifələr tutmaq burjuaziyanın gəlir mənbəyi idi[96][97][98].
Kardinal Reşelyenin dövrü (1624–1642)
[redaktə | vikimətni redaktə et]- Katolik kilsənin başçısı olması;[99]
- XIII Lüdoviqin birinci naziri olması;[100]
- Mərkəzi hakimiyyəti möhkəmləndirmək siyasətinin möhkəmləndirmək siyasəti-nin aparılması;[101]
- Duelin ləğv edilməsi;[102]
- Mütləqiyyətin möhkəmləndirilməsi;[103]
- Vergilərin artırılması;[104]
- Feodal qəsrlərinin sökülməsi[105].
Erkən müasir dövr
[redaktə | vikimətni redaktə et]Fillip T. Hoffman Fransada erkən müasir dövrünün tarixi çərçivəsini 1450–1700,[106] Harvard Universiteti isə 1500–1715[107] illərin arsında olduğunu müəyyən edir.
İnqilabi Fransa (1789–1799)
[redaktə | vikimətni redaktə et]Napoleon
[redaktə | vikimətni redaktə et]XIX əsr
[redaktə | vikimətni redaktə et]Tarixçilikdə Fransada XIX əsr uzun XIX əsr adı altında tanınır.[108]
Qeydlər
[redaktə | vikimətni redaktə et]- ↑ Ölkədə təsərrüfat, mədəniyyət dirçəlib inkişaf edir.
- ↑ Digər dövlətlərdə də inkişaf etmişdi.
- ↑ The word was most likely created by Parisians of the lower popular class who spoke *argot*, then *parigot* was used in a provocative manner outside the Parisian region and throughout France to mean Parisians in general.
- ↑ XIV əsrin əvvələrində Fransada silki mütləqiyyətli mərkəzləşdirilmiş feodal dövləti yarandı.
- ↑ 1453-cü ildə İngiltərə və fransa arasında sülh müqaviləsi bağlandı.
- ↑ Jaklar üsyanından sonra kəndlilərin təhkimçilikdən azad edilməsi sürətləndi.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Пилявский В. И. и Лейбошиц Н. Я., 1968
- ↑ Симона Ру, 2008, Часть первая. Париж и его обитатели. XIII–XV века
- ↑ Симона Ру, 2008, Часть первая. Глава первая
- ↑ INSEE local statistics Arxivləşdirilib 2009-12-29 at the Wayback Machine, including Bois de Boulogne and Bois de Vincennes.
- ↑ INSEE. "Résumé statistique – Département de Paris (75)" (fransız). 6 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2018.
- ↑ "Les 60 premières aires urbaines en 2013". insee.fr. Insee. 2016-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
- ↑ INSEE. "Estimation de population au 1er janvier, par région, sexe et grande classe d'âge – Année 2016" (fransız). 20 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2017.
- ↑ INSEE.fr statistics, retrieved July 2017
- ↑ INSEE. "Séries historiques des résultats du recensement – Unité urbaine de Paris (00851)" (fransız). 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2016.
- ↑ INSEE. "Séries historiques des résultats du recensement – Aire urbaine de Paris (001)" (fransız). 2018-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2016.
- ↑ INSEE. "Séries historiques des résultats du recensement–France" (fransız). 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2016.
- ↑ "Métro2030". RATP (Paris metro operator). 21 dekabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2016.
- ↑ "The 51 busiest train stations in the world– All but 6 located in Japan". Japan Today. 6 fevral 2013. 2017-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2017.
- ↑ The Art Newspaper Visitor Figures 2016, 29 March 2016
- ↑ Vers une fréquentation touristique record à Paris en 2017 Arxivləşdirilib 2018-01-17 at the Wayback Machine on Les Echos
- ↑ Lawrence, Gondrand, 2010. səh. 25
- ↑ Arbois de Jubainville, Dottin, 1889. səh. 132
- ↑ Cunliffe, 2004. səh. 201
- ↑ Margerison, 2011. səh. 167
- ↑ Robertson, 2010. səh. 37
- ↑ Leclanche, 1998. səh. 55
- ↑ Dottin, 1920. səh. 535
- ↑ Schmidt, 2009. səh. 88–104
- ↑ 1 2 John Frederick Hinnebusch, 1972. səh. 262
- ↑ 1 2 Sarmant, 2012. səh. 36–40
- ↑ 1 2 Sarmant, 2012. səh. 28–9
- ↑ 1 2 3 Lawrence, Gondrand, 2010. səh. 27
- ↑ 1 2 Schmidt, 2009. səh. 210–11
- ↑ Schmidt, 2009. səh. 154–167
- ↑ Meunier, 2014. səh. 12
- ↑ "Massacre of Saint Bartholomew's Day". Encyclopædia Britannica Online. 2015-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2014.
- ↑ Bayrou, 1994. səh. 121–130
- ↑ Du Fresne de Beaucourt, G., Histoire de Charles VII, Tome I: Le Dauphin (1403–1422), Librairie de la Société bibliographiqque, 35 Rue de Grenelle, Paris, 1881, pp. 32 & 48
- ↑ "Attentats terroristes : les questions que vous nous avez le plus posées" (French). Le Monde. 15 yanvar 2015. 14 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2015. (#apostrophe_markup)
- ↑ "Les politiques s'affichent à la marche républicaine" (French). Le Figaro. 11 yanvar 2015. 2015-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2015. (#apostrophe_markup)
- ↑ "Islamic State claims Paris attacks that killed 127". Reuters. 14 noyabr 2015. 2015-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2015.
- ↑ Fierro, 1996. səh. 577
- ↑ Fierro, 1996. səh. 582
- ↑ Combeau, 2003. səh. 42–3
- ↑ Fierro, 1996. səh. 590–591
- ↑ Library, C. N. N. "2015 Charlie Hebdo Attacks Fast Facts". CNN. 2017-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2017.
- ↑ "Average wage in France: net, gross, by sex, by CSP". Journaldunet.com. 17 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2017.
- ↑ "Frank İmperiyası". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
- ↑ "Export Partners of France". CIA World Factbook. 2012. 4 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 July 2013.
- ↑ "Salary after Tax Calculator - France (FR)". Salaryaftertax.com. 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-27.
- ↑ "Import Partners of France". CIA World Factbook. 2012. 5 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 July 2013.
- ↑ Mueller, Joerg. "Aachen | Historic Highlights of Germany". www.historicgermany.travel. 26 iyul 2017. 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
- ↑ Bridgwater, Aldrich, 1968. səh. 11.
- ↑ Bayer, 2000. səh. 1.
- ↑ RWTH Aachen University, 2013.
- ↑ Holborn, 1982. səh. 295.
- ↑ Encyclopædia Britannica Online, 2006.
- ↑ Young, Stetler, 1987. səh. 272.
- ↑ Dupuy, Dupuy, 1986. səh. 563.
- ↑ Holborn, 1982a. səh. 70.
- ↑ Holborn, 1982a. səh. 217.
- ↑ "Stock of Foreign Direct Investment". CIA World Factbook. 2017-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
- ↑ "Banque de France". 2018-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-09.
- ↑ "Sovereign Ratings List". Standard & Poor's. January 6, 2017. 2017-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06. Note: this source is continually updated.
- ↑ "Moody's downgrades France's government bond ratings to Aa2 from Aa1; outlook changed to stable from negative". Moody's Investors Service. 2015-09-18. 2015-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-23.
- ↑ "France's credit downgraded to AA at Fitch Ratings - MarketWatch". 2014-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-12.
- ↑ "Development aid rises again in 2016 but flows to poorest countries dip". OECD. 2017-04-11. 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-25.
- ↑ "GDP ranking | Data". data.worldbank.org (ingilis). 2018-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ Anon, 2013c
- ↑ Calderdale Council, 2012
- ↑ Twinning started by then independent municipality Walheim, now continued by borough Aachen-Kornelimünster/Walheim. "Montebourg – Frankreich". 1 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2016.
- ↑ "Tourism industry sub-sectors: COUNTRY REPORT – FRANCE" (PDF). 17 fevral 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ "Chemical industry" (PDF). 20 avqust 2010 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ "UNWTO Tourism Highlights 2014 Edition" (PDF). 2014. 17 dekabr 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ "Global 2000 Leading Companies". Forbes. May 2015. 2019-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
- ↑ "French debt jumps, minister promises to meet deficit target". FRANCE 24. 28 sentyabr 2012. İstifadə tarixi: 27 noyabr 2012.
- ↑ John, Mark. "Analysis: Low French borrowing costs risk negative reappraisal". Reuters. 26 October 2012. 2 May 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2012.
- ↑ "France loses AAA rating as euro governments downgraded". BBC News. 13 yanvar 2012. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
- ↑ Deen, Mark. "France Loses Top Credit Rating as Fitch Cites Lack of Growth". Bloomberg. 12 iyul 2013. 2014-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
- ↑ Deenpattern dots, Mark. "France's Credit Rating Cut by Fitch to 'AA'; Outlook Stable". Bloomberg.com. Bloomberg. 12 dekabr 2014. 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2015.
- ↑ Academy of Music and Dance Cologne, 2014a
- ↑ Van der Meer, Richter və Opitz, 1998. səh. 718
- ↑ Ranson, 1998. səh. 45
- ↑ "Deutsche Post DHL acquires StreetScooter GmbH". DHL. DHL. 9 dekabr 2014. 2018-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2017.
- ↑ Pecinovský, 2009
- ↑ "'Frank İmperiyası məşhur zamanlarda"". Aachen.de. 23 fevral 2018. 2017-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2014.
- ↑ "Aachen: Stations". Travelinho.com. 2018-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
- ↑ Gdawietz, Leroi, 2008. səh. 28
- ↑ Aachen Institute for Advanced Study in Computational Engineering Science, 2009
- ↑ Catholic University of Applied Sciences, 2014
- ↑ Catholic University of Applied Sciences, 2014a
- ↑ Deutsche Post DHL übernimmt StreetScooter GmbH Arxivləşdirilib 2018-03-20 at the Wayback Machine 9.
- ↑ "Streetscooter – Der tausendste Elektro-Transporter der Post". Frankfurter Allgemeine Zeitung. Frankfurter Allgemeine Zeitung GmbH. 23 August 2016. 23 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2017.
Die Post will ihren gesamten Fuhrpark auf Elektro-Autos umstellen. Bis dahin dauert es noch. Einen wichtigen Schritt hat das Unternehmen nun aber gemacht.
- ↑ Weiss, Richard. "Even Germany's post office is building an electric car". Waterloo Region Record. Kitchener, Ontario. 24 mart 2017. 2017-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2017.
- ↑ "Friendship and cooperation agreements". Paris: Marie de Paris. 3 aprel 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2016.
- ↑ "Twinning with Rome". 8 February 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2010.
- ↑ "Les pactes d'amitié et de coopération". Mairie de Paris. 11 October 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 October 2007.
- ↑ "International relations: special partners". Mairie de Paris. 25 December 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 October 2007.
- ↑ "Gemellaggio Roma – Parigi – (1955)" (PDF). Roma – Relazioni Internazionali Bilaterali (fransız). Paris: Commune Roma. 30 January 1956. 9 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2016.
- ↑ "Dichiarazione congiunta Roma – Parigi – (2014)" (PDF). Roma – Relazioni Internazionali Bilaterali (fransız). Rome: Commune Roma. 1 October 2014. 9 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2016.
- ↑ "France in the United States: Economy". Embassy of France in Washington. 9 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2010.
- ↑ "CO2 emissions per capita in 2006". Environmental Indicators: Greenhouse Gas Emissions. United Nations. August 2009. 2010-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
- ↑ "Musées et Monuments historiques". 24 dekabr 2007 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "International Comparisons of GDP per Capita, and per Hour, 1960–2011" (PDF). Bureau of Labor Statistics. 7 November 2012. 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 April 2014.
- ↑ Paul Krugman. "GDP Per Capita, Here and There". The New York Times. 28 January 2011. 31 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 April 2014.
- ↑ "More than 1 million protest French jobs law". CNN. 30 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2011.
- ↑ "Q&A: French labour law row". BBC News. 11 April 2006. 18 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2011.
- ↑ "Le Revenu de Solidarité active". Rsa.gouv.fr. 17 iyul 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2010.
- ↑ Organisation for Economic Co-operation and Development. "OECD Employment Outlook 2012 – Statistical Annex". 2012. 2 August 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 June 2013.
- ↑ Philippe Aghion; Cette, Gilbert; Cohen, Élie; Pisani-Ferry, Jean. Les leviers de la croissance française (PDF) (fransız). Paris: Conseil d'analyse économique. 2007. səh. 55. ISBN 978-2-11-006946-7. 24 February 2009 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 September 2008.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-28.
- ↑ "Arxivlənmiş surət". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-28.
- ↑ Gasan Gusejnov. "Long Centuries". the-tls.co.uk. April 29, 2011. March 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2017.