Freyzer (ada) — Vikipediya

Freyzer adası
ing. Fraser Island
Ümumi məlumatlar
Sahəsi 1840 km²
Uzunluğu
  • 124 km
Eni 25 km
Sahil uzunluğu 250 ± 1 km
Hündür nöqtəsi 240 m
Əhalisi 360 nəfər (2006-cı il)
Yerləşməsi
25°13′00″ c. e. 153°08′00″ ş. u.HGYO
Ölkə  Avstraliya
Region
Akvatoriya
Freyzer adası xəritədə
Freyzer adası
Freyzer adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Freyzer adası (ing. Fraser Island və ya ing. Great Sandy Island) — Avstraliyanın şərq sahillərində yerləşən qumlu ada.

Adanın sahil boyunca uzunluğu təxminən 120 kilometr, eni isə 7–23 kilometrdir. Adanın sahəsi təxminən 1840 km²-dir.[1] Freyzer adası dünyada ən böyük qumlu adadır.[2] Dyunların yaşı təxminən 400 min il və daha əvvələ aiddir və bu qum təpələrinin hündürlüyü 240 metrə çatır. Adada 40-dan çox şirinsulu göl var və bunlardan ən böyüyü sahəsi 200 hektar olan Bominqen gölüdür. Adanın qərb sahilind manqrov meşələri və bataqlıqlar, şərq sahillərində isə okean boyunca təxminən 100 km uzanan ağ qumlardan ibarət çimərlik yerləşir. Adanın şimal hissəsində keçilməz rütubətli ekvatorial meşələr mövcuddur. Adanın heyvanlar aləmi olduqca maraqlıdır. Əsas canlıları şirin suda yaşayan tısbağalar və vəhşi Dinqo itidir.

  1. Department of the Environment, Water, Heritage and the Arts. "Fraser Island - World Heritage - more information". Australia. 2008. 2012-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2008.
  2. Кравчук П. А. Рекорды природы (Эрудит). Любешов. 1993. səh. 41. ISBN 5-7707-2044-1.