Herd adası və Makdonald adaları — Vikipediya
Herd adası və Makdonald adaları | |
---|---|
ing. Heard Island and McDonald Islands | |
Ümumi məlumatlar | |
Ən böyük adası | Herd adası |
Ümumi sahəsi | 372 km² |
Hündür nöqtəsi | 2745 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
53°06′ c. e. 73°31′ ş. u.HGYO | |
Ölkə | Avstraliya |
Akvatoriya | |
| |
Rəsmi adı | Heard and McDonald Islands |
Tipi | Təbii |
Kriteriya | viii, ix |
Tarixi | 1997 (21-ci sessiya) |
İstinad nöm. | 577 |
Vikianbarda əlaqəli mediafayllar |
Herd adası və Makdonald adaları (ing. Heard Island and McDonald Islands) — kiçik, yaşayışı olmayan adalar. Arxipelaq Hind okeanının cənubunda yerləşir. Əsasən iki nisbətən iri adadan və bir-birindən kifayət qədər aralıda yerləşən adacıqlar, qayalar və riflərdən ibarətdir. Arxipelaqın hamısı Avstraliyanın daxili əraxisidir.
Coğrfiya
[redaktə | mənbəni redaktə et]Adalar dünyada yaşayış məntəqələrindən ən uzaqda yerləşən bölgələrdəndir. Avstraliyanın Pert şəhərindən (Qərbi Avstraliya)[1] 4584 km, Avstraliyanın cənub-qərb qutaracağı olan Luvin burnundan 3845 km, Cənubi Afrika Respublikasından 4200 km, Madaqaskardan 3830 km, Antarktidanın şimalından 1630 km, Kergelen adasından isə 450 km məsafədə yerləşir.[2]
Herd adası (53°06′ c. e. 73°31′ ş. u.HGYO) Kergelen platosuna daxil olan Biq-Ben massivinın su səhtinə çıxdığı yerdır. Ada 43 km uzunluğa, 21 km enə malikdir. Adanın ən hündür zirvəsi Mouson dağıdır. Dağ 2745 metr hübdürlüyə malikdir. Bu zirvə Avstraliyanın iki aktiv vulkanından biri və ən hündür zirvəsidir. Herd adasının 80 % qar və buzla örtülüdür. Adanın sahəsi 368 km²-dir.
Маkdonald adası (53°03′ c. e. 72°37′ ş. u.HGYO) — kiçik və qayalıqdan ibarət olan ada. Herd adasından 44 km qərbdə yerləşir. Vulkan mənşəllidir. Ən hündür nöqtəsi 230 metrdir. Ada iki hissədən ibarətdir: şimal platosu və cənub Maksvell-Hill təpəlikləri. Bu iki hissə bir-biri ilə ensiz bərzəxlə birləşir. Adanın sahəsi 2,5 km²-dir.
Arxipelaqın digər nisbətən iri adaları: Şaq-Aylend, Morqan adaları, Sail və Blek qayalıqları Herd adasından 10 km şimalda, Flat-Aylend adası və Meyer-Rok qayası isə Makdonalddan şimalda yerləşir. Bu kiçik ada və qayalıqların ümumi sahəsi 1,1 km² təşkil edir. Ərazi suları sahildən 12 dəniz mili məsafədə uzanır. Adaların ümumi sahəsi 372 km²-dir.
Makdonald adasında yerləşən vulkan 75 000 il sakitlikdən sonra 1992-ci ildən aktivləşmişdir. Bundan sonra dəfələrlə püskürmələr baş vermişdir. 2004-cü il məlumatına görə Makdonald adası Flat-Aylend adası ilə birləşmişdir. Bu püskürmələr adanı iki dəfə böyütmüşdür.[3] Vulkanın fəallığı sayəsində 2000 ilin noyabrından 2001 ilin sonuna qədər Makdonald adasının sahəsi 1,13 km²-dən 2,45 km²-ə qədər artmışdır. Adanın ən hündür zirvəsi 1980-ci ildə 186 metr təşkil etdiyi halda hazırda 230 metrdir.[4] Vulkanik aktivlik adanın bütün bitki örtüyünü tamamən məhv etmişdir.[5] Son püskürmə 10 avqust 2005-ci ildə baş vermişdir. Hazırda bitki örtüyünün bərpası müşahidə edilir.[4]
Nasanın məlumatına görə 2012-ci ilin noyabrından Mouson vulkanında aktivlik başlamış və günümüzə qədər davam edir.[6]
Herd və Makdonald adaları sahilində havan yoxdur. Bu səbəbdən gəmilər sahilə yaxın lövbər salır. Adaya yalnız qayıqlarla getmək olar. Sahil xəttinin uzunluğu 101,9 km-dir. 12-millik sahə ərazi suları, 200 millik ərazi isə Avstraliyanın balıq ovu sahəsi elan edilmişdir.[7][8]
İqlim
[redaktə | mənbəni redaktə et]İqlimi subantarktikdir. Qışı mülayim (+0,1 °C) və yayı isə sərin (+4,2 °C) keçir. İlin böyük qismi külək və yağmur müşahidə edilir. Külək daim qərb istiqamətində əsir və stabildir. Günlük küləyin güçü 26–33,5 km/s təşkil edir. Ən güçlü küləklərin 180 km/s-dir. Herd adasında illik yağıntının miqdarı 1300 – 1900 mm arasında dəyişir. Dörd günün üçü yağmurlu olur.[9]
Flora
[redaktə | mənbəni redaktə et]Adaların bitki örtüyü əsasən mamır və şibyədən ibarətdir. Burada 43 növ mamır, 19 ciyərotu və 71 şibyə mövcuddur. Azda olsa borulu bitkilərə rast gəlinir. Burada 100 növ yosun yayılmışdır. Hətta burada yosunlar o qədər sıx olur ki, dəniz meşələri əmələ gətirir. Ən geniş yayılmış yosun növü Durvillaea antarcticadır.
Fauna
[redaktə | mənbəni redaktə et]Adalar antropogenləşməyə məruz qalmadığından burada kifayət qədər pinqvinlər, pərayaqlılar və dəniz quşları[10] mövcuddur.
Məməlilər
[redaktə | mənbəni redaktə et]Herd adasında XIX əsrdən aparılan suiti ovu, onların sayının kifayət qədər azaltmışdır. Son zamanlar ov qadağası sayəsində populyasiya getdikcə bərpa olunur. Burada Cənub dəniz fili, Kergelen dəniz pişiyi, Subtropik dəniz pişiyi və Dəniz bəbirinə rast gəlinir. Əsasən qış ayları müşahidə edilirlər. Yengəcyeyən, adi ross suitisi və Ueddell suitisi adaları nadir hallarda ziyarət edir.[11]
Quşlar
[redaktə | mənbəni redaktə et]Herd adası və Makdonald adalarında yırtıcı yoxdur. Bu səbəbdən adalar quşları özünə cəlb edir. Üstəlik suları balıqlarla zəngindir. Ərazisində çoxlu sayda quşlar yuva qurur.[12]
Adalarda 19 növün yuva qurması qeydə alınmışdır.[13] Bununla belə vulkanik aktivlik bitki örtüyünə təsir göstərdiyi kimi quşların uuva qurmasına təsir göstərmişdir.[14]
Tarixi
[redaktə | mənbəni redaktə et]Herd adası amerikalı kapitan, suiti ovçusu Con Herd tərəfindən 25 noyabr 1853-cü ildə "Oriental" gəmisində Bostondan Melburna gedərkən kəşf etmişdir.4 yanvar 1854-cü ildə isə "Samaranq" gəmisində Uilyam Makdonald öz adını daşıyan adaları kəşf etmişdir. Bir müddətdən sonra ada ovçuların məskəninə çevrilir 200 nəfərdən ibarət ovçu kəndi salınır. 1880-ci ildə artıq burada olan böyük suiti populyasiyası demək olar ki, tamamən məhv edilir. 1929-cu il Duqlas Mousonun rəhbərlik etdiyi ekspedisiyaya qədər adalara heç kəs maraq göstərməmişdir.[15] Makdonald adasına yalnız 1971 və 1980-ci illərdə eniş təşkil edilmişdir. Flat-Aylend adasına isə rəsmi məlumata görə insan ayağı dəyməmişdir. 1910-cu ildən adalar Böyük Britaniyaya məxsus olmuşdur. Hətta burada bu ölkənin bayrağı sancılmışdır. 26 dekabr 1947-ci ildən ada Avstraliyaya dövr edilmişdir. Adalar bir müddət sonra Avstraliyanın Antarktika ərazisinə daxil edilmişdir. 1961-ci ildə Antarktida haqqında konvensiyaya görə ərazi Avstraliyanın daxili ərazisinə çevrilir. Adada daimi yaşayış yoxdur.
Herd adası və Makdonald adaları 1983-cü ildən Avstraliyanın mühüm təbiət abidəsi adlandırılmışdır. 1997-ci ildən isə YUNESCOnun Ümumdünya irsi sithısına daxil edilmişdir.
Adada daimi yaşayış olmasada bölgəyə domen verilmişdir: .hm.[16]
İdarə və iqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Adalarda ümumi sahəsi 65 000 km olan dəniz qoruğu mövcuddur. Burada belə daimi əhali yaşayışı mümahidə edilmir.[7]
1947–1955 illər ərzində alimlər daim adanın şimal-qərbində yerləşən Atlas buxtasında yerləşən düşərgəni ziyarət edirdilər. 1969-cu ildə amerikanlar, 1971-ci ildə isə fransızlar adalarda araşdırma işləri aparmışdır. Onlar adaya (Makdonald) Uilyam-Bey buxtasından daxil olmuşlar. Herd adasının şimal-şərqində yerləşən Spit-Bey buxtasında yerləşən düşərgə 1988, 1992–93 və 2004–05-ci illərdə istifadə edilmişdir.
Yaşayışı olmayan bölgə iqtisadi baxımdan böyük əhəmiyyət kəsb etmir. Yeganə gəlir mənbəyi balıqçılıqdır.[7] Saat qurşağı: UTC +5.[17]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Cocky Flies, Geoscience Australia Arxivləşdirilib 2008-12-24 at the Wayback Machine (ing.)
- ↑ "Servis DistanceFromTo". 2018-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-08.
- ↑ "1980 və 2004 illər ərzində adaların müqayisəsi" (PDF). 2012-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-10-08.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-08. (ing.)
- ↑ "Yerləşmə və coğrafiya" Arxivləşdirilib 2014-01-17 at the Wayback Machine (ing.)
- ↑ GISMETEO. RU: Кажется, в Австралии начал извергаться вулкан | Стихийные явления | Новости погоды Arxivləşdirilib 2012-11-02 at the Wayback Machine (rus.)
- ↑ 1 2 3 CIA World Factbook
- ↑ "antipodr.com". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-08.
- ↑ "İqlim və hava" Arxivləşdirilib 2012-03-29 at the Wayback Machine (ing.)
- ↑ "Arxivlənmiş surət". 2012-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-08. (ing.)
- ↑ Suitilər haqqında məlumat Arxivləşdirilib 2012-03-25 at the Wayback Machine (ing.)
- ↑ BirdLife International. (2011) Important Bird Areas factsheet: Heard and McDonald Islands. http://www.birdlife.org Arxivləşdirilib 2021-11-05 at the Wayback Machine (ing.)
- ↑ Woehler, EJ & Croxall, JP 1991. "Status and conservation of the seabirds of Heard Island and the McDonald Islands", in Seabird — status and conservation: a supplement, ICBP Technical Publication 11. International Council for Bird Preservation, Cambridge
- ↑ Woehler, EJ (2006). "Status and trends of the seabirds of Heard Island, 2000", in Heard Island: Southern Ocean Sentinel. Ред. Green, K. & Woehler, E. Surrey Beattie
- ↑ "travel.ru saytında qısa məlumat". 2012-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-08.
- ↑ Domenin qiyməti Bir ilə 129 avro Arxivləşdirilib 2013-07-30 at the Wayback Machine
- ↑ "timegenie.com". 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-08.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Rəsmi sayt (ing.)
- Adaların ətraflı xəritəsi
- Herd adası və Makdonald adaları Arxivləşdirilib 2008-04-15 at the Wayback Machine (ing.)