Avstraliyanın Antarktika ərazisi — Vikipediya
bayraq | |
Ən iri qütb stansiyası | Mirnı |
Bölgə | 44°38' ş.u. 136°11' ş.u. 142°02' ş.u. 160°00' ş.u. |
Ərazisi | 5 896 500 km² |
Əhalisi | 1000 nəfərdən az. |
İnternet-domen | .aq, .au |
Telefon kodu | +6721 |
Avstraliyanın Antarktika ərazisi (ing. Australian Antarctic Territory) — Avstraliyaın iddia etdiyi Antarktikada yerləşən bölgə. Avstraliyanın daxili ərazisidir. Bu Antarktidanın bir dövlət tərəfindən iddia olunan ən böyük bölgəsidir. Bölgə iki hissədən ibarətdir. Bölgə 60 °C.e. 44°38' ş.u. və 160° ş.u. arasında yerləşir. Bu iki hissənin arasında Adel Torpağı yerləşir. Qərbdən isə Kraliça Mod Torpağı, şərqdən isə Ross ərazisi ilə əhatələnir. Bu bölgənin ümumi sahəsi 5 896 500 km²-dir. Bu hissədə Avstraliyaya məxsus olan üç qütb stansiyası fəaliyyət göstərir.
Ərazi bölgüsü
[redaktə | mənbəni redaktə et]Ərazi doqquz bölgəyə bölünür:
№ | Rayon | Qərb sərhədi | Şərq sərhədi |
---|---|---|---|
1 | Enderbi Torpağı | 044°38' ş.u | 056°25' ş.u. |
2 | Kemp Torpağı | 056°25' ş.u. | 059°34' ş.u. |
3 | Mak-Robertson Torpağı | 059°34' ş.u. | 072°35' ş.u. |
4 | Şahzadə Elizabet Torpağı | 072°35' ş.u | 087°43' ş.u. |
5 | II Vilhelm Torpağı | 087°43' ş.u. | 091°54' ş.u. |
6 | Kraliça Meri Torpağı | 091°54' ş.u. | 100°30' ş.u. |
7 | Uilks Torpağı | 100°30' ş.u. | 136°11' ş.u. |
8 | V Georq Torpağı | 142°02' ş.u. | 153°45' ş.u. |
9 | Ots Torpağı | 153°45' в.д. | 160°00' в.д. |
Stansiyalar
[redaktə | mənbəni redaktə et]Şərqdən qərbə olan fəaliyyətə olan və olmayan stansiyalar:
Stansiya | Ölkə | Status | Enlik | Uzunluq | Rayon |
---|---|---|---|---|---|
Molodejnaya | Rusiya Rusiya | Fəaliyyətini dayandırmışdır | 67°40' c.e. | 45°51' ş.u. | Enderbi Torpağı |
Mouson | Avstraliya Avstraliya | Fəaliyyətdə olan | 67°36' c.e. | 62°52' ş.u. | Mak-Robertson Torpağı |
Soyuz | Rusiya Rusiya | Fəaliyyətini dayandırmışdır | 70°35' c.e. | 68°47' ş.u. | Mak-Robertson Torpağı |
Drujnaya-4 | Rusiya Rusiya | Fəaliyyətini dayandırmışdır | 69°44' c.e. | 72°42' ş.u. | Şahzadə Elizabet Torpağı |
Çjunşan | ÇXR Çin | Fəaliyyətdə olan | 69°22' c.e. | 76°22' ş.u. | Şahzadə Elizabet Torpağı |
Proqres | Rusiya Rusiya | Fəaliyyətdə olan | 69°23' c.e. | 76°23' ş.u. | Şahzadə Elizabet Torpağı |
Deyvis | Avstraliya Avstraliya | Fəaliyyətdə olan | 68°35' c.e. | 77°58' ş.u. | Şahzadə Elizabet Torpağı |
Sovetskaya | Rusiya Rusiya | Fəaliyyətini dayandırmışdır | 77°58′ c.e. | 89°16′ ş.u. | II Vilhelm Torpağı |
Mirnı | Rusiya Rusiya | Fəaliyyətdə olan | 66°33' c.e. | 93°01' ş.u. | Kraliça Meri Torpağı |
Komsomolskaya | Rusiya Rusiya | Fəaliyyətini dayandırmışdır | 74°05' c.e. | 97°29' ş.u. | Kraliça Meri Torpağı |
Vostok | Rusiya Rusiya | Fəaliyyətdə olan | 78°28' c.u. | 106°48' ş.u. | Uilks Torpağı |
Uilks | Avstraliya Avstraliya | Fəaliyyətini dayandırmışdır | 66°15' c.u. | 110°32' ş.u. | Uilks Torpağı |
Keysi | Avstraliya Avtraliya | Fəaliyyətdə olan | 66°17' c.e. | 110°31' ş.u. | Uilks Torpağı |
Konkordiya | Fransa Fransa İtaliya İtaliya | Fəaliyyətdə olan | 75°06' c.e. | 123°23' ş.u. | Uilks Torpağı |
Lelinqradskaya | Rusiya Rusiya | Fəaliyyətini dayandırmışdır | 69°30' c.e. | 159°22' ş.u. | Ots Torpağı |
Tarixi
[redaktə | mənbəni redaktə et]9 yanvar 1841-ci ildə Böyük Britaniya ilk dəfə Viktoriya Torpağı (qeyri-rəsmi), 1930-cu ildə Enderbi Torpağına ərazi iddiası etmişdir. 1933-cü ildə Böyük Britaniya 60 °C.e. 160° və 45° ş.u. arasında yerləşən ərazini Avstraliyaya dövr etmişdir. Adel Torpağı ilə sərhəd 1938-ci ildə müəyyənləşmişdir. Bu bölgəyə həm də 1947-ci ildə Herd adası və Makdonald adaları daxil edilir. 1954-cü ilin 13 fevralında Avstraliyaya məxsus olan ilk qütb stansiyası (Mouson) fəaliyyətə başlamışdır.
Bölgənin Avstraliyaya məxsus olmasını Böyük Britaniya, Yeni Zelandiya, Fransa və Norveç tanımışdır. Ancaq Antarktida haqqında konvensiyaya əsasən bütün iddialar dondurulmuşdur. Herd adası və Makdonald adaları 60 °C.e şimalda olduğundan ayrıca bölgə olaraq təsdiqlənmişdir.
Poçt markaları
[redaktə | mənbəni redaktə et]1957-ci ildən Avstraliya dövrü olaraq Antarktika mövzusunda poçt markaları buraxır. Bu markalar faktiki Avstraliya markaları olsa belə Avstraliyanın Antarktika ərazisi adından buraxılır.
Telefon əlaqəsi
[redaktə | mənbəni redaktə et]Ərazinin müstəqil telefon nömrəsi (+672) vardır. Avstraliyanın sahibi olduğu stansiyalara dünyanın istənilən yerindən zəng etmək mümkündür. Telefon kodu: 10-6 Deyvid, 11-7 Mouson, 12-8 Keysi və 13-9 Makkuori adası.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Avstraliyanın Antarktika idarə etmə sistemi (ing.)
- PDF-карта ААТ Arxivləşdirilib 2008-09-07 at the Wayback Machine (ing.)
- Avstraliya Antarktika qəzeti Arxivləşdirilib 2007-10-30 at the Wayback Machine (ing.)
- Avstraliyanın Antarktika ərazisində Rusiyaya məxsus qütb stansiyası (ing.)