Gümrah Rəhimov — Vikipediya
Gümrah Rəhimov | |
---|---|
Digər adı | Gumrah Rəhimov |
Doğum tarixi | |
Doğum yeri | Sarvan, Borçalı |
Vəfat tarixi | (49 yaşında) |
Fəaliyyəti | Aktyor |
Mükafatları | |
IMDb | ID0706501 |
Gümrah Rəhimov — Azərbaycan aktyoru, Azərbaycan SSR Dövlət Mükafatı laureatı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Gümrah Kərim oğlu Rəhimov 1944-cü ilin dekabrında Borçalı rayonunun Sarvan kəndində anadan olmuşdur. 1952-ci ildə Marneuli Pedaqoji Texnikumu nəzdindəki ibtidai məktəbin birinci sinfinə getmiş, 1956-cı ildə 1 nömrəli Marneuli Azərbaycan orta məktəbinin 5-ci sinfinə keçib, 1963-64-cü tədris ilində həmin məktəbi bitirir. Uşaqlıqdan məlahətli səsə malik olan balaca Gümrah, elə uşaq yaşlarından çalıb-oxumağı (əsasən hind və qədim Türk mahnılarını) sevirdi. Buna görə də böyük qardaşlarının məsləhətilə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə verir və oraya da daxiı olur.
Gümrah Rəhimov institutu müvəffəqiyyətlə qurtarıb, təyinatla Cəfər Cabbarlı adına kino studiyasının aktyorluq şö’bəsinə işə götürülür. İşlədiyi az bir müddət ərzində 44 filmdə böyük və kiçik, lakin yaddaqalan rollar oynamışdır.
Aktyor Gümrah elə olurdu ki, bir ildə iki, bə‘zən isə uç filmdə çəkilirdi.
Gümrah Rəhimov “Qaçaq Nəbi” filmində Tunc Vəli obrazına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.
Gümrah Rəhimov istər kinoda, istərsə də teatrda bir çox unudulmaz rollar özgünluyü ilə fərqlənmişdir.
Sözlərimizə misal olaraq “Bəyin oğurlanması” , “Dədə Qorqud” , “Qaçaq Nəbi” , “Qərib Cinlər ölkəsində” , “Tütək səsi” , “Babək” , “Nəsimi” filmlərini göstərə bilərik.
Gümrah Kərim oğlu istedadının daha da püxtələşdiyi bir dövrdə 1994-cü il martın 26-sı həyatdan köçdü.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
- Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-rol: Kərbəlayinin adamı
- Alıcının sərgüzəşti (film, 1976)
- Arxadan vurulan zərbə (film, 1977)
- Asif, Vasif, Ağasif (film, 1983)
- Babək (film, 1979)
- Bəyin oğurlanması (film, 1985)
- Birisigün, gecəyarısı... (film, 1981)
- Cin mikrorayonda (film, 1985)
- Dairə (film, 1985)
- De ki, məni sevirsən! (film, 1977)
- Dədə Qorqud (film, 1975)
- Dərviş Parisi partladır (film, 1976)
- Doğma sahillər (film, 1989)
- Firəngiz (film, 1975)
- Gecə qatarında qətl (film, 1990)
- Gözlə məni (film, 1980)
- Gümüşü furqon (film, 1982)
- Xatirələr sahili (film, 1972)
- Xüsusi vəziyyət (film, 1986)
- İşarəni dənizdən gözləyin (film, 1986)
- İstintaq (film, 1979)
- Köhnə bərə (film, 1984)
- Qanlı zəmi (film, 1985)
- Qara "Volqa" (film, 1994)
- Qara gölün cəngavərləri (film, 1984)
- Qayınana (film, 1978)
- Qəm pəncərəsi (film, 1986)
- Qərib cinlər diyarında (film, 1977)
- Qəzəlxan (film, 1991)
- Qızıl uçurum (film, 1980)
- Layiqli namizəd (film, 1984)
- Nəsimi (film, 1973)
- Od içində (film, 1978)
- Onun bəlalı sevgisi (film, 1980)
- Ömrün ilk saatı (film, 1973)
- Öpürəm (film, 1988)
- Sahilsiz gecə (film, 1989)
- Şeytan göz qabağında (film, 1987)
- Şir evdən getdi (film, 1977)
- Tələ (film, 1990)
- Tütək səsi (film, 1975)
- Yanlış da bir naxışdır (film, 1984)
- Yeni iş üsulu (film, 1989)