Onun bəlalı sevgisi — Vikipediya

Onun bəlalı sevgisi
Janr dram
komediya
məhəbbət
Rejissor Ziyafət Abbasov
Ssenari müəllifləri Bayram Bayramov, İqor Strekov
Baş rollarda Nataliya Tağıyeva — Şövkət
Mikayıl Kərimov — Bəhruz
Hacıbaba Bağırov — Qaraxalov
Tofiq Mirzəyev — Sabirov
Barat Şəkinskaya — nənə
Sona Mikayılova — Xalidə
Operator Arif Nərimanbəyov
Bəstəkar Emin Sabitoğlu
Rəssam Elbəy Rzaquliyev
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 29 fevral 1980
Filmin digər adları Onun bəlalı məhəbbəti
Onun bəlalı sevgilisi
Filmin növü tammetrajlı bədii film
Müddət 72,5 dəq.
Ölkə SSRİ SSRİ
Dil azərbaycanca
İl 1980
Texniki məlumatlar 8 hissə
2097 metr
genişekranlı
35 mm
Rəng rəngli
IMDb ID1636822

Tələbə Bəhruz (Mikayıl Kərimov) diplom işi üçün istehsalı idarəetmə mövzusunu seçir. Müdafiəyə yaxşı hazırlaşmaq məqsədilə o, tikiş fabrikində direktor katibəsi vəzifəsinə işə düzəlir. İstehsalatla yaxından tanış olandan sonra gənc sosioloq aydınlaşdırır ki, məhsulun aşağı keyfiyyətdə olmasının səbəbi rəhbərliyin düzgün aparılmamasındadır.

Bir tərəfdən fabrik direktoru, gözəl və cavan Şövkətlə (Nataliya Tağıyeva) Bəhruz arasında gedən işgüzar münaqişə, digər tərəfdən onların bir-birini təmiz qəlblə sevmələri filmin əsas süjet xəttini təşkil edir.

  • Film aktyor Mikayıl Kərimovun kinoda ilk işidir.
  • Film yazıçı Bayram Bayramovun "Bəlalı sevgi" romanı əsasında ekranlaşdırılmışdır.

Film üzərində işləyənlər

[redaktə | vikimətni redaktə et]
Ssenari müəllifi: Bayram Bayramov, İqor Strelkov
Bədii rəhbər: Həsən Seyidbəyli
Quruluşçu rejissor: Ziyafət Abbasov
Quruluşçu operator: Arif Nərimanbəyov
Quruluşçu rəssam: Elbəy Rzaquliyev
Bəstəkar: Emin Sabitoğlu
Səs operatoru: Əsəd Əsədov
Rejissor: Ziya Şıxlinski
Operator: Vaqif Muradov
Geyim rəssamı: L.Frankenberq
Dekor rəssamı: Fikrət Ələkbərov
Qrim rəssamı: Elbrus Vahidov
Fotoqraf-rəssam: Tofiq Kərimov (T.Kərimov kimi)
İşıq ustası: M.Rəhmanov
Montaj edən: Gülşən Səlimova
Rejissor assistenti: Y.Əhmədov
Operator assistenti: K.Haşımov, Q.Pastuşkov
Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev
Musiqi redaktoru: Rauf Əliyev (R.Əliyev kimi)
Mahnı mətnlərinin müəllifi: Ramiz Rövşən
Redaktor: Seyfəddin Dağlı, Eyvaz Borçalı
Filmin direktoru: Aydın Dadaşov
Mahnıların mətni: Fikrət Qoca
Mahnı ifa edən: Flora Kərimova(titrlərdə yoxdur)
Nataliya Tağıyeva (Nailə Bağırova kimi) — Şövkət
Mikayıl Kərimov — Bəhruz
Hacıbaba Bağırov — Qaraxalov
Tofiq Mirzəyev — Sabirov
Barat Şəkinskaya — nənə
Sona Mikayılova — Xalidə
Nelli Mahmudova
E.Qarayeva
Gümrah Rəhimov — sürücü
Rafiq Qasımov
Cahangir Aslanoğlu — sərgi iştirakçısı
Elxan Ağahüseynoğlu — sərgi iştirakçısı
Nadir Əsgərov — işçi
Ş.Kamalzadə
İ.Brodov
Yusif Muxtarov — iclas iştirakçısı

Filmi səsləndirənlər

[redaktə | vikimətni redaktə et]
Əliabbas Qədirov — Bəhruz (Mikayıl Kərimov) (titrlərdə yoxdur)
Həsənağa Turabov — Sabirov (Tofiq Mirzəyev) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Şövkət (Nataliya Tağıyeva) (titrlərdə yoxdur)
Zərnigar Ağakişiyeva — Mərziyyə (titrlərdə yoxdur)
Sadıq Hüseynov — iclas iştirakçısı (titrlərdə yoxdur)
Məhluqə Sadıqova — nənə (Barat Şəkinskaya) (titrlərdə yoxdur)
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 287.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 370.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]