Həmzə ibn Hüseyn — Vikipediya

Həmzə ibn Hüseyn
7 fevral 1999 – 28 noyabr 2004
MonarxII Abdullah
ƏvvəlkiAbdullah ibn Hüseyn
SonrakıHüseyn ibn Abdullah
Şəxsi məlumatlar
Doğum tarixi 29 mart 1980(1980-03-29)[1][2] (44 yaş)
Doğum yeri
Təhsili
Atası Hüseyn ibn Təlal[3]
Anası Nur əl-Hüseyn (İordaniya kraliçası)[4]
Ailəsi Haşimilər
Rütbəsi briqada generalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmzə ibn Hüseyn (ərəb. حمزة بن الحسين‎; 29 mart 1980[1][2], Amman[1][3]) — III İordaniya kralı I Hüseynin oğullarından biri, taxt vəliəhdi.[5]

1980-ci ildə Ammanda dünyaya gəldi.[6] Atası İordaniya kralı I Hüseyn, anası isə onun dördüncü xanımı kraliça Nur əl-Hüseyndir. İlk təhsilini Ammanda aldıqdan sonra İngiltərədəki Harrou məktəbinə göndərildi. Daha sonra hərbi akademiyaya yazıldı və 1999-cu ildə buradan məzun olaraq İordaniyada ordusunda zabit olaraq xidmətə başladı. Həmin il atasının vəfatı ilə ögey böyük qardaşı II Abdullah taxta çıxdı. Həmzə ibn Hüseyn isə dərhal taxt vəliəhdi elan edildi.[7] Ancaq bu ünvan 2004-cü ildə əlindən alındı və yalnız 5 il sonra 2009-cu ildə taxtın yeni vəliəhdi elan olundu.[8]

Hal-hazırda briqada generalı rütbəsində olan Həmzə ibn Hüseyn 2006-cı ildə Harvard Universitetindən məzun oldu. Bir neçə dəfə qardaşı II Abdullahın xarici səfərlərində naib olaraq and içdi və dövlət idarəsini ələ aldı.

3 aprel 2021-ci ildə BBC, Həmzə ibn Hüseynin müxalif qüvvələrə yaxınlığı səbəb göstərilərək ev həbsinə alındığı xəbərini yaydı.[9] 4 gün sonra kral II Abdullah tərəfindən verilən açıqlamaya əsasən, qardaşıyla arasındakı problemlər həll edildi və qardaşı Həmzə ibn Hüseynin "öz qoruması altında sarayında tutulduğunu" bildirdi.[10][11]

2022-ci ilin aprelində isə Həmzə ibn Hüseyn şahzadə ünvanından əl çəkdiyini bəyan etdi.[12] Bir ay sonra isə kral II Abdullah qardaşının yenidən göz altına alındığını bəyan etdi.[13]

İlk evliliyi 29 avqust 2003-cü ildə qohumu Asim ibn Nayefin qızı Nur xanımla baş tutdu. Cütlüyün rəsmi toy mərasimi isə 27 may 2004-cü ildə Zəhran sarayında keçirildi. Cütlüyün bu nikahdan bir qızı dünyaya gəlsə də, 9 sentyabr 2009-cu ildə boşandılar.

  • Həya bint Həmzə (18 aprel 2007-)

İkinci evliliyi isı 12 yanvar 2012-ci ildə Bəsmə Bəni Əhməd əl-Outumla baş tutdu. Cütlüyün bu nikahdan 6 övladı doğuldu.

  • Zeyn bint Həmzə (3 noyabr 2012-)[14]
  • Nur bint Həmzə (5 iyul 2014-)[15]
  • Bədiyyə bint Həmzə (8 aprel 2016-)[16]
  • Nəfisə bint Həmzə (7 fevral 2018-)[17]
  • Hüseyn ibn Həmzə (8 noyabr 2019-)[18]
  • Məhəmməd ibn Həmzə (8 fevral 2022-)[19]
  1. 1 2 3 4 http://www.kinghussein.gov.jo/prince_hamza.html.
  2. 1 2 https://www.france24.com/en/live-news/20210404-jordan-s-prince-hamzah-sidelined-former-heir-to-throne.
  3. 1 2 3 https://www.aljazeera.com/news/2021/4/4/profile-who-is-jordans-prince-hamza.
  4. https://www.monitordooriente.com/20210827-principe-hamzah-da-jordania-continua-em-prisao-domiciliar-diz-rainha-noor/.
  5. ":: The Official Site of HRH Prince Hamzah bin al Hussein ::". web.archive.org. 2008-12-11. 2008-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-29.
  6. "Arxivlənmiş surət". 2024-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-29.
  7. "Jordan's King Abdullah names teenage son as heir". haaretz.com. 2017-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-29.
  8. "Jordan crown prince loses title" (ingilis). 2004-11-29. 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-29.
  9. "Jordan's Prince Hamzah bin Hussein 'under house arrest'" (ingilis). 2021-04-03. 2023-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-29.
  10. Suleiman Al-Khalidi, Jordan's Prince Hamza pledges allegiance to king after mediation Arxiv surəti 5 aprel 2021 tarixindən Wayback Machine saytında
  11. "Rift in Jordan's Royal Leadership Is Soothed, Palace Says (Published 2021)" (ingilis). 2021-04-05. 2021-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-29.
  12. "Jordan's Prince Hamzah bin Hussein renounces title of prince" (ingilis). 2022-04-03. 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-29.
  13. "Jordan king places 'erratic' half-brother under house arrest". AP News (ingilis). 2022-05-19. 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-29.
  14. "صحيفة عمون : صور عقد قران الامير حمزة". وكالة عمون الاخبارية. 2015-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-29.
  15. "News". web.archive.org. 2014-07-14. 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-29.
  16. "جريدة الغد | مصدرك الأول لأخبار الأردن والعالم". جريدة الغد | مصدرك الأول لأخبار الأردن والعالم (ərəb). 2021-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-29.
  17. "الأمير حمزة والأميرة بسمة يرزقان بمولودة أسمياها نفيسة | شرق وغرب | وكالة عمون الاخبارية". web.archive.org. 2018-07-05. Archived from the original on 2018-07-05. İstifadə tarixi: 2024-12-29.
  18. Agency (Petra), Jordan News. "Prince Hamzah, Princess Basmah welcome baby boy". Jordan News Agency - Petra. 2023-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-29.
  19. "موقع خبرني : أخبار الاردن | موقع إخباري متخصص بالأخبار المحلية، العربية والعالمية". موقع خبرني (ərəb). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-29.