Hüseyn bin Abdulla — Vikipediya
Hüseyn bin Abdulla | |
---|---|
ərəb. الحسين بن عبد الله الثاني | |
| |
İordaniya Haşimilər Krallığının vəliəhdi | |
28 fevral 2004 – indiyə qədər | |
Əvvəlki | Həmzə bin Hüseyn |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 iyun 1994 (30 yaş) |
Doğum yeri | 28.6.1994 |
Təhsili | |
Fəaliyyəti | Vəliəhd |
Atası | II Abdulla bin Hüseyn |
Anası | Raniyə əl-Abdulla |
Ailəsi | Haşimilər |
Dini | sünnilik |
Hərbi xidmət | |
Qoşun növü | İordaniya Silahlı Qüvvələri[d][1] |
Rütbəsi | mayor |
| |
alhussein.jo/en | |
Vikianbarda əlaqəli mediafayllar |
Hüseyn bin Abdulla (ərəb. الحسين بن عبد الله الثاني; 28 iyun 1994) — İordaniya Haşimilər Krallığının vəliəhdi, taxt-tacın birinci varisi, kral II Abdulla və kraliça Rania əl-Abdullanın böyük oğlu. 2004-cü ildə ögey əmisi Həmzə bin Hüseyni varislik siyahısında əvəz etmiş və 2009-cu ildə vəliəhd titulu almışdır. Yetkinlik yaşına çatandan sonra bir neçə dəfə kral naibi kimi öz atasını əvəz etmişdir.
Həyatı
[redaktə | vikimətni redaktə et]Hüseyn bin Abdulla 28 iyun 1994-cü ildə İordaniyanın paytaxtı Amman şəhərində doğulub. Məhəmməd peyğəmbərin nəslindən gələn 42-ci şəxsdir. 2 iyul 2009-cu ildə vəliəhd elan edilib. 2016-cı ildə Corctaun Universitetində beynəlxalq tarix və iqtisadiyyat fakültəsindən məzun olub. Hazırda Sandhörst Kral Hərbi Akademiyasında təhsil alır. Ərəb və ingilis dillərini mükəmməl, fransız dilini yaxşı dərəcədə bilir.
İordaniya ordusunda baş leytenant rütbəsindədir.