Həsən Kərimov (siyasətçi) — Vikipediya

Həsən Kərimov
2009 – 20 noyabr 2015
ƏvvəlkiQulamhüseyn Əlibəyli
SonrakıNurəddin Məmmədli[1]
bayraq
Səbail Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
10 avqust 1992 – 12 iyul 1993
ƏvvəlkiTofiq Əliyev
SonrakıRüstəm Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 28 may 1954(1954-05-28)
Doğum yeri
Vəfat tarixi 20 noyabr 2015(2015-11-20) (61 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həsən Hüseyn oğlu Kərimov (28 may 1954, Köçəsgər, Ağstafa rayonu20 noyabr 2015, Bakı) — Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Həsən Kərimov 28 may 1954-cü ildə Qazax rayonunun Köçəsgər kəndində anadan olmuşdur.[2]

Həsən, İsfəndiyar və Rəşad Kərimovların məzarları

Onun oğlu İftixar Kərimov 2009-cu ildə vəfat etmiş, ardınca digər oğlu Rəşad Kərimov itkin düşmüşdür. Daha sonra Rəşad Kərimovun öldüyü və naməlum şəxs olaraq dəfn olunduğu məlum olmuşdur.[3]

Cəmil Həsənli, Əli Kərimli, İsa Qəmbər və digərləri Həsən Kərimovun dəfnində

Həsən Kərimov 2011-ci ildə Mərkəzi Klinik Xəstəxanada ürəyi ilə bağlı müalicə almışdır. 23 sentyabr 2013-cü ildə Həsən Kərimovun səhhəti kəskin pisləşmiş və o, kəskin ürək ağrıları səbəbi ilə Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yatırılmışdır. O, 2013-cü ilədək 3 dəfə infarkt keçirmişdir.[4] O, 2015-ci ilədək ürəyi ilə bağlı problemlər yaşamış, 20 noyabr 2015-ci ildə ürək xəstəliyi səbəbindən ölmüşdür.[5] Onun cənazəsi Yeni Günəşli qəsəbəsində dəfn edilmişdir.[6]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Həsən Kərimov 10 avqust 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 119 nömrəli fərmanı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[7] O, 12 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 679 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[8]

Həsən Kərimov Azərbaycan Xalq CəbhəsiAzərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilat şöbəsinin müdiri, sədr müavini kimi postlarını tutmuş, 2009-cu ildə isə partiya Ali Məclisinin sədri seçilmişdir.[9] O ölənədək bu vəzifəni icra etmişdir.

Həsən Kərimov 2005-ci parlament seçkilərində Azadlıq Blokunun 29 saylı Səbail seçki dairəsi üzrə deputatlığa vahid namizədi olmuşdur. O seçkilərdə bitərəf namizəd Fuad Muradova məğlub olmuşdur.[10]

Həsən Kərimov 2010-cu il parlament seçkilərində "AXCP-Müsavat" Seçki Blokunun 29 saylı Səbail seçki dairəsi üzrə deputatlığa vahid namizədi olmuşdur.[11] O, seçkilərdə 1779 səs (9,17%) toplayaraq bitərəf namizəd Fuad Muradovun ardınca seçkiləri ikinci sırada tamamlamışdır.[12]

  1. "Arxivlənmiş surət". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  2. "Həsən Kərimov vəfat edib". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  3. "AXCP Ali Məclisinin sədri Həsən Kərimov vəfat edib". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  4. "AXCP Ali Məclisinin sədri Həsən Kərimov xəstəxanaya yerləşdirildi". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  5. "Həsən Kərimov vəfat etdi". 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  6. "​Həsən Kərimov dəfn edildi - Foto". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  7. "H. H. Kərimovun Bakı şəhəri Səbail rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və T. F. Əliyevin həmin vəzifədən azad edilməsi haqqında". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  8. "H. H. Kərimovun Bakı şəhəri Səbail rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  9. "AXCP Ali Məclisinin sədri vəfat edib". 2015-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  10. "2005-ci il parlament seçkilərinin nəticələri". 2007-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  11. "29 SƏBAIL SEÇKI DAIRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  12. "29 SƏBAIL SEÇKI DAIRƏSİ". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]