Azadlıq Bloku — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azadlıq Bloku | |
---|---|
Quruluş tarixi | 2005 |
Azadlıq Bloku — Azərbaycanda siyasi partiyalar ittifaqı. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır.
Tarixi
[redaktə | vikimətni redaktə et]2005-ci il parlament seçkiləri ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar), Azərbaycan Demokrat Partiyası və Müsavat Partiyası seçkilərə vahid siyahı ilə getmək barəsində razılaşdılar.[1][2] 10 iyun 2005-ci ildə bu 3 partiya Azadlıq Blokunu təsis etmiş, blokun rəngini narıncı inqilab səbəbi ilə narıncı, simvolunu isə narıncı qızılgül seçmişdir.[3] 7 iyul 2005-ci ildə blokun rəsmi təsisi ilə bağlı saziş imzalandı.[4] 21 iyulda blok qeydiyyatdan keçdi.[5] Azadlıq Bloku vahid namizədlər siyahısı təşkil etdi.[6] 116 vahid namizədin olduğu siyahıya[7] əsasən 28 namizəd (daha sonra 1 namizəd geri çəkildi) Azərbaycan Demokrat Partiyası üzvü idi.[6] Həmçinin, 2005-ci il Naxçıvan Ali Məclisinə seçkilərdə Azadlıq Bloku üzvlərindən Müsavat Partiyası 16, Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 və Azərbaycan Demokrat Partiyası 13 namizədlə iştirak etmişdir.[8]
Seçkilər ərəfəsində hakim Yeni Azərbaycan Partiyası və Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev iqtidar-müxalifət dialoqu təşkil etməyi təklif etmişdir.[9] Görüş AXCP qərargahında reallaşmış, Azərbaycan Demokrat Partiyasını Ali Məclis sədri Akif Şahbazov təmsil etmişdir.[10] Növbəti dəfə hakim YAP qərargahında görüş keçirsə də, Azadlıq Bloku üzvləri bu görüşə qatılmamışdır.[11]
Seçkilərdə ABŞ-də yaşayan partiya sədri Rəsul Quliyev 36 saylı Xətai 4-cü seçki dairəsindən deputatlığa Azadlıq Blokunun vahid namizəd olsa da, Azərbaycan Respublikasının Baş Prokurorluğu Rəsul Quliyevin namizədlərə şamil olunan toxunulmazlığının qaldırılması ilə bağlı qərar çıxarmışdır. Azərbaycana qayıtdığı təqdirdə o, həbs ediləcəkdi və onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Daxili İşlər Nazirliyinə tapşırıq verilmişdi. Baş Prokurorluğun yaydığı məlumatda Rəsul Quliyevin 1990–1995-ci illərdə "Azərneftyağ" zavodunun direktoru işlədiyi dövrdə 107 milyon ABŞ dolları məbləğində dövlət əmlakını mənimsədiyi və bu səbəbdən 10 oktyabr 2000-ci ildə Rəsul Quliyev haqqında axtarış elan edildiyi açıqlanmışdır.[12][13] Sentyabrda Rəsul Quliyev oktyabrın 15-dək Azərbaycana dönəcəyini açıqladı.[14][15] Rəsul Quliyev daha sonra oktyabrın 17-i yerli vaxtla saat 16:00-da xüsusi reyslə Londondan Bakıya gələcəyini açıqlamışdır.[16] 17 oktyabrda Rəsul Quliyevin təyyarəsi Binə Hava Limanının ərazisinə daxil oldmuş, ancaq onun yerə enməsinə icazə verilməmişdir.[17] "AZAL" Dövlət Konserninin prezidenti Cahangir Əsgərov Simferopol aeroportundan Rəsul Quliyevi gətirən Böyük Britaniyanın çarter təyyarəsinin Bakıda enməsi üçün icazə istənildiyini, sorğuya müsbət cavab verildiyini, lakin bir qədər keçdikdən sonra Simferopoldan faks daxil olduqdan sonra ADP sədrinin Bakıya uçmaqdan imtina etdiyini açıqlamışdır.[18] Simferopol Nəqliyyat Polisinin hava limanı bölməsinin rəisi Andrey İvantsov isə Rəsul Quliyevə Ukrayna ərazisində bir qədər məhdudiyyət qoyulmasının səbəbini Azərbaycanın təklifi ilə onun İnterpolun axtarışında olması ilə əlaqələndirmişdir.[18] Ardınca partiya üzvləri bununla bağlı aksiya keçirmiş və bu səbəbdən saxlanılmışdır.[19] Onlardan 40-ı deputatlığa namizəd olmuşdur.[18] 18 oktyabrda Rəsul Quliyev Ukraynada saxlanılmışdı.[20] 19 oktyabrda Azərbaycan iqtidarı bu hadisələri dövlət çevrilişinə cəhd olaraq qiymətləndirdi və bu hadisələrlə əlaqəli olan iqtisadi inkişaf naziri Fərhad Əliyev,[21] səhiyyə naziri Əli İnsanov[22] və Prezidentin İşlər İdarəsinin rəhbəri Akif Muradverdiyev və deputat Fikrət Sadıqov da həbs edildi.[23][24] Hadisələrlə bağlı sabiq maliyyə naziri Fikrət Yusifov da saxlanıldı.[25] Rəsul Quliyev çevriliş iddialarını qəbul etməmişdir.[26] 20 oktyabrda Jeleznedorojnı Rayon Məhkəməsinin qərarı ilə Rəsul Quliyev sərbəst buraxıldı.[27] Bundan sonra Quliyev ölkəyə qayıtmaq istəsə də, qayıda bilmədi.
Parlament seçkilərinin nəticəsində Azadlıq Bloku 6 mandat qazansa da Azərbaycan Demokrat Partiyası mandat qazana bilmədi.[28] Azadlıq Bloku seçki nəticələrini tanımadı.[29] 9 noyabrda YeS Bloku və Milli Birlik Hərəkatının üzvlərinin iştirakı ilə Azadlıq Bloku etiraz mitinqi keçirdi.[30] Daha sonra arıdıcıl bir neçə mitinq keçirən Azadlıq Blokuna üzv partiyaların rəhbərləri şikayətlərini və etirazlarını ABŞ və Avropa Birliyinə üzv digər dövlətlərinin nümayəndələrinə də çatdırdılar.[31]
Azadlıq Seçki Bloku 6 mandat qazansa da, mandatlardan 4-ü Müsavat Partiyasının payına düşürdü. Müsavat Partiyası təkrar seçkilərə qatılmaq istəyini bildirsə də, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyası seçkiləri boykot etmə qərarı almışdır.[32]
27 yanvar 2007-ci ildə Azərbaycan Demokrat Partiyası Təşkilat Komitəsi partiyanın Ali Məclisinin iclasını keçirərək radikal müxalifət partiyası kimi yox, konstruktiv və siyasi dialoq yönümlü siyasi partiya kimi çıxış etməyə başlayacaqlarını aşıqlamışdır. 2007-ci ilin əvvəlində Rəsul Quliyev Ali Məclisin iclasını çağırdı. Bu səbəbdən qərara etiraz olaraq ADP Ali Məclisinin 59 üzvü bəyanatla çıxış etdi.[33] Sədr müavini Sərdar Cəlaloğlu Rəsul Quliyevin bu qərardan xəbərdar olduğunu, bu qərarla razılaşmayacağı təqdirdə Rəsul Quliyevin partiya sədrliyindən istefa verəcəyini açıqlamışdır.[34] 10 fevral 2007-ci ildə Rəsul Quliyev Sərdar Cəlaloğlunu sədr müavinliyindən azad etdi və Təşkilat Komitəsinin fəaliyyətini dayandırdı,[35] lakin Cəlaloğlu 27 yanvarda partiyanın bütün strukturlarını buraxdığını açıqladı.[36] Quliyev Akif Şahbazovu Azadlıq Blokunda patiyanı təmsil etməklə bağlı vəzifələndirsə də, blok partiya təmsilçi olaraq Cəlaloğlunu tanımışdır.[37] 19 fevral 2007-ci ildə isə Rəsul Quliyev partiya sıralarından xaric edildi.[38] Bu hadisələrdən sonra Azadlıq Bloku Azərbaycan Demokrat Partiyasını blokdan çıxarmışdır.[39]
2006-cı ildə Müsavat Partiyası bloku tərk etmişdir. Sonralar Azərbaycan Liberal və Vətəndaş və İnkişaf partiyaları da bloka daxil olmuşlar.
2010-cu ildə blokun buraxıldığı deyildi.
Vahid namizədlər
[redaktə | vikimətni redaktə et]Milli Məclis
[redaktə | vikimətni redaktə et]
|
|
Ali Məclis
[redaktə | vikimətni redaktə et]2005-ci il Naxçıvan Ali Məclisinə seçkilərdə Azadlıq Bloku üzvlərindən Müsavat Partiyası 16, Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 və Azərbaycan Demokrat Partiyası 13 namizədlə iştirak etmişdir. Ümumilikdə 65-i Yeni Azərbaycan Partiyası, 36-sı isə bitərəf namizəd olmaqla 146 namizəd içindən Azərbaycan Xalq Cəbhəsi Partiyası 2, Azadlıq Bloku isə 1 deputat çıxarmışdır. Çünki, deputat seçilmiş Əhəd Cəfərli AXCP-nin klassiklər qanadının üzvü idi.[40]
Etirazlar
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ AzadlıqRadiosu. "Müxalifət seçkiyə vahid siyahıyla gedə biləcəkmi?". Azadlıq Radiosu (az.). 2006-04-24. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ Məmmədov, İlkin. "Üç müxalifət partiyası seçkiyə birgə gatılmaq üçün danışıqlar aparır". Azadlıq Radiosu (az.). 2006-04-24. 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ AzadlıqRadiosu. "«Üçlər» blokun adını, rəngini və rəmzini müəyyənləşdirdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ AzadlıqRadiosu. "«Azadlıq» seçki bloku rəsmən təsis olundu". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ AzadlıqRadiosu. "Üç seçki bloku qeydiyyatdan keçdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ 1 2 "Isa Qemberin sehifesi". web.archive.org. 2014-02-25. 2014-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ AzadlıqRadiosu. "Seçkidən qabaq və sonra..." Azadlıq Radiosu (az.). 2006-04-24. 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNƏ SEÇKİLƏRDƏ 146 NƏFƏR NAMİZƏD MÜBARİZƏ APARIR
- ↑ AzadlıqRadiosu. "İqtidar-müxalifət dialoqu: "Dialoq yoxdur"". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ AzadlıqRadiosu. "İqtidar və müxalifət partiyalarının görüşü uğursuz oldu". Azadlıq Radiosu (az.). 2006-04-24. 2023-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ AzadlıqRadiosu. "YAP-la «Azadlıq» bloku dialoq mövzusunda dil tapmır". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ AzadlıqRadiosu. "Rəsul Quliyev haqqında həbs qərarı qüvvədə qaldı". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ AzadlıqRadiosu. "Baş Prokurorluq Rəsul Quliyevin toxunulmazlığını ləğv edib". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ AzadlıqRadiosu. "Rəsul Quliyevin dönüş günü müəyyənləşdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ "ADP sədri Rəsul Quliyev Azərbaycana qayıdır". Voice of America (az.). 2005-09-28. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ AzadlıqRadiosu. "Rəsul Quliyev oktyabrın 17-də Bakıya gəlməyi planlaşdırır". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ Kazımoğlu, Kənan. "Rəsul Quliyevi gətirən aviaşirkət Bakıdan eniş izni ala bilmədiyini deyir". Azadlıq Radiosu (az.). 2006-04-24. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ 1 2 3 AzadlıqRadiosu. "Rəsul Quliyevi «İnterpol» Ukraynada saxladı". Azadlıq Radiosu (az.). 2006-04-24. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ "ADP-nin tərəfdarları həbs edilib". Voice of America (az.). 2005-10-17. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ "Azərbaycan Demokrat partiyasının sədri Ukraynada saxlanıb". Voice of America (az.). 2005-10-18. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ AzadlıqRadiosu. "Fərhad Əliyev həbs edildi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ AzadlıqRadiosu. "Keçmiş Səhiyyə nazirinin həbs xəbəri təsdiqləndi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ AzadlıqRadiosu. "Daha bir neçə məmur həbs edildi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ AzadlıqRadiosu. "Parlament Fikrət Sadıqovun həbsinə razılıq verdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2023-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ "Azərbaycanda müxalifəti maliyyələşdirdiyinə görə iki nazir həbs edilib". Voice of America (az.). 2005-10-21. 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ "Azərbaycanın sabiq səhiyyə naziri müxalifət düşərgəsinə keçdiyini elan edib". Voice of America (az.). 2007-02-28. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ AzadlıqRadiosu. "Rəsul Quliyev sərbəst buraxıldı". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ AzadlıqRadiosu. "Müxalifət «Qələbə»siz qaldı". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ AzadlıqRadiosu. "Qalib kim olacaq?". Azadlıq Radiosu (az.). 2006-04-24. İstifadə tarixi: 2024-08-12.
- ↑ AzadlıqRadiosu. "«Azadlıq» bloku yürüş-mitinq keçirdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ AzadlıqRadiosu. "Müxalifət rəhbərləri Bakıdakı səfirlərlə görüşdülər". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ "ADP təkrar parlament seçkisində iştirak etməmək barədə qərar çıxarıb". 2023-03-06. 2023-03-06 tarixində arxivləşdirilib.
- ↑ modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ AzadlıqRadiosu. "ADP siyasi yönümünü dəyişdi". Azadlıq Radiosu (az.). 2007-01-27. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ "Azərbaycan Demokrat partiyasında qarşıdurma". Voice of America (az.). 2007-02-19. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ AzadlıqRadiosu. "Rəsul Quliyev Sərdar Cəlaloğlunu özünün müavini vəzifəsindən azad etdi". Azadlıq Radiosu (az.). 2007-02-11. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ AzadlıqRadiosu. "«Azadlıq» bloku ADP-nin təmsilçisi kimi Sərdar Cəlaloğlunu tanıdı". Azadlıq Radiosu (az.). 2007-02-14. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ "Rəsul Quliyev ADP sıralarından xaric olunub". Trend.Az (az.). 2007-02-19. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
- ↑ AzadlıqRadiosu. "ADP-nin hər iki qanadı «Azadlıq» blokunun qərarını pisləyir". Azadlıq Radiosu (az.). 2007-03-06. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNƏ SEÇKİLƏRDƏ 146 NƏFƏR NAMİZƏD MÜBARİZƏ APARIR
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- "İnternet saytlara müdaxilə olubmu?". www.bbc.com. 2005-10-27. İstifadə tarixi: 2024-08-25.
Siyasət haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |