Hikmət Hacıyev — Vikipediya

Hikmət Hacıyev
Vəzifədədir
29 noyabr 2019-cu ildən
Prezidentİlham Əliyev
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Vəzifədədir
26 noyabr 2018-ci ildən
19 sentyabr 2014 – 18 sentyabr 2018
NazirElmar Məmmədyarov
ƏvvəlkiElman Abdullayev
SonrakıLeyla Abdullayeva
Şəxsi məlumatlar
Doğum tarixi 15 oktyabr 1979(1979-10-15) (45 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2019 "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı — 2018
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hikmət Fərhad oğlu Hacıyev (15 oktyabr 1979, Kirovabad) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri.

Hikmət Fərhad oğlu Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub və buradakı 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirmişdir. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.[1]

Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışmışdır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib. 2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub.

2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıtmışdır. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir.[1]

Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.[1]

18 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini,[2] 26 noyabr 2018-ci ildə isə bu şöbənin müdiri,[3] 29 noyabr 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin olunmuşdur.[4]

Rus, türk, ingilis və fransız dillərini bilir.

Ailəlidir, iki övladı var.

  1. 1 2 3 Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsini Hikmət Hacıyev icra edəcək
  2. "Prezident Administrasiyasında yüksək posta təyinat olub". sputnik.az. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2018.
  3. "H.F.Hacıyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2019.
  4. "H.F.Hacıyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2020.
  5. "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-01.
  6. "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-15.