"Diplomatik xidmətdə fərqlənməyə görə" medalı — Vikipediya
"Diplomatik xidmətdə fərqlənməyə görə" medalı | |
---|---|
| |
Ölkə | |
Tip | medal |
Təltif edir | |
Statistika | |
Təsis tarixi | 30 iyun 2009 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı[1] |
Aşağı mükafat | "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi" yubiley medalı[1] |
"Diplomatik xidmətdə fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi.[2]
Əsanaməsi
[redaktə | mənbəni redaktə et]- 1. "Diplomatik xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının diplomatik rütbəsi olan əməkdaşlarına aşağıdakılara görə verilir:
- 1.1. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə;
- 1.2. diplomatik xidmət sahəsinə aid mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə;
- 1.3. Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində mühüm işlərin görülməsinə görə;
- 1.4. diplomatik xidmət orqanlarında vicdanlı fəaliyyətə və xüsusi xidmətlərə görə.
- 2. "Diplomatik xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır[3].
Təsviri
[redaktə | mənbəni redaktə et]"Diplomatik xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı bilavasitə dairəvi medaldan və düzbucaqlı lövhədən ibarətdir.
Medalın diametri 35 mm-dir, hər iki üzü qızılı rəngli dairəvi metal lövhədən ibarətdir, üz tərəfində iki dairə yerləşdirilmişdir. Birinci dairədə yuxarı qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASININ", aşağı qövs boyunca "DİPLOMATİK XİDMƏTİ" sözləri həkk olunmuşdur. Medalın ikinci dairəsinin mərkəzində simmetrik şəkildə bir-birinin üstünə qoyularaq Azərbaycan milli ornamentlərinin elementini əks etdirən qabarıq qızılı haşiyə içərisində "DİPLOMATİK XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri həkk olunmuşdur.
Medalın arxa tərəfi hamar səthlidir, ortasında diametri 21 mm olan Azərbaycan Respublikasının Dövlət gerbinin qızılı rəngdə qabarıq əksi həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 39 mm ölçüdə, aşağıya doğru bucaq altında kəsilən göy rəngli ("Panton 3005 °C") metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin üzərində aşağı sol küncdən yuxarı sağ küncə doğru yüksələn və hər birinin eni 0,5 mm olan 4 qızılı zolaqdan və onların arasında yerləşən, hər birinin eni 4 mm olan və Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən 3 maili zolaqdan ibarət element yerləşir. Lövhənin alt hissəsində eni 4 mm olan qızılı təbəqə bərkidilir.
Medala 27 mm x 9 mm ölçüdə, paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və göy rəngli ("Panton 3005 °C") fonda, üzərindəki lövhədə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən üç maili zolağı təkrar edən element yerləşdirilmiş qəlib əlavə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
- ↑ Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Arxivləşdirilib 2012-03-30 at the Wayback Machine
- ↑ http://www.e-qanun.az/files/framework/data/18/f_18028.htm[ölü keçid]