"ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" medalı — Vikipediya

"ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip medal
Status təqdim olunur
Statistika
Təsis tarixi 20 dekabr 2022
Ardıcıllıq
Yüksək mükafat "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi" yubiley medalı
Aşağı mükafat "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı

"ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" medalıAzərbaycan Respublikasının dövlət təltifi.[1]

"ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 697-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.[1]

Maddə 1. Təltif edilən şəxslər

  • “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fəaliyyət istiqamətləri üzrə səmərəli əməkdaşlıq edən, bu sahədə mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edən şəxslər, habelə həmin sahədə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

  • “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir.

Maddə 3. Taxılma qaydası

  • “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
medal haqqında ƏSASNAMƏ[1]

"ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" medalının təsviri Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.[1]

Maddə 1. Medalın ümumi təsviri

  • “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, “ASAN xidmət” embleminin elementi olan guşələri pilləvari səkkizguşəli ulduz formalı, diametri 42 mm olan lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

  • Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
  • Medalın ön tərəfinin mərkəzində üç sətrə bölünməklə “ASAN XİDMƏT” İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ” sözləri həkk olunmuşdur.
  • Medalın ön tərəfində olan bütün yazılar və təsvirlər relyeflidir, tünd qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

  • Medalın arxa tərəfində ulduzun üzərində xarici çevrə ilə konturlanmış dairənin üst hissəsində bir qədər tünd qızılı rəngdə “asan xidmət” sözləri, mərkəzində isə qızılı rəngin çalarlarından istifadə olunmaqla əməkdaşlıq simvolu əks olunmuşdur.
  • Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.
  • Medalın arxa tərəfi hamar səthlidir.

Maddə 4. Medalın elementləri

  • Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
  • Xara lentin üzərində mərkəzdə 21 mm enində tünd göy rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 4 mm enində qızılı rəngli və 4 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
  • Xara lentin yuxarı hissəsinə 40 mm x 5,5 mm ölçülü qızılı rəngli lövhə bərkidilmişdir.
  • Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.
medalın TƏSVİRİ[1]
  1. 1 2 3 4 5 ""Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalının və "ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.