"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" yubiley medalı — Vikipediya
"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" yubiley medalı | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Tip | yubiley medalı |
Statistika | |
Təsis tarixi | 26 noyabr 2020 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı[1] |
Aşağı mükafat | "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi" yubiley medalı[1] |
"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi.[2] Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaradılmasının 100 illiyi münasibətilə təsis edilmişdir.
Əsasnaməsi
[redaktə | mənbəni redaktə et]"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[3]
Maddə 1. Təltif edilən şəxslər
- "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, o cümlədən keçmiş əməkdaşları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
- "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
- "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
— medal haqqında ƏSASNAMƏ[3]
Təsviri
[redaktə | mənbəni redaktə et]"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" yubiley medalının təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[2]
Maddə 1. Medalın ümumi təsviri
- "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
- Medalın ön tərəfi daxili və xarici çevrələrlə konturlanmışdır.
- Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ" sözləri, aşağı qövs boyunca "1920–2020" rəqəmləri yazılmışdır. "1920–2020" rəqəmlərindən sol və sağ tərəflərə doğru qövs boyu sünbüllərdən ibarət çələng təsvir olunmuşdur.
- Medalın daxili çevrəsinin mərkəzində loqotip şəklində "ADNSU" sözü, aşağı hissəsinə "100" rəqəmləri həkk edilmişdir. "ADNSU" sözü ilə "100" rəqəmləri arasında "Azİİ 1920" sözləri yazılmışdır. "ADNSU" sözünün yuxarı sol hissəsinə karbohidratların ənənəvi kimyəvi formulunun vizual təsviri həkk edilmişdir.
- Çevrənin konturları, bütün yazılar və rəqəmlər, "ADNSU" loqotipi və sünbül çələngləri relyefli olaraq qızılı rəngdədir. İki çevrə arası tünd qırmızı rəngdə, ikinci çevrə daxilində arxa fon qızılı rəngdədir.
Maddə 3. Medalın arxa tərəfi
- Medalın arxa tərəfinin yuxarı hissəsində loqotip şəklində "ADNSU 100" sözləri, mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əsas binasının eskizi relyefli həkk olunmuşdur.
- Medalın arxa tərəfində medalın seriyası və nömrəsi yazılmışdır.
Maddə 4. Medalın elementləri
- Medal paltara bərkidilmək üçün elementi olan, 50 mm x 37 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
- Xara lentin üzərində hər iki kənarından mərkəzə doğru ardıcıl olaraq 3 mm enində tünd qırmızı, 9 mm enində boz, 1,5 mm enində ağ, 3,5 mm enində tünd qırmızı və mərkəzdə eni 3 mm enində olan boz rəngli şaquli zolaqlar təsvir edilmişdir.
- Xara lentin yuxarı hissəsinə mərkəzində loqotip şəklində relyefli "ADNSU" sözü, sol və sağ tərəflərə doğru sünbüllərdən ibarət çələng təsvir edilmiş, qızıl suyuna çəkilmiş 40 mm x 5,5 mm ölçüdə bürünc lövhə bərkidilmişdir.
- Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.
— medalın TƏSVİRİ[2]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
- ↑ 1 2 3 ""Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" Azərbaycan Respublikasının yubiley medalının təsviri". 2022-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
- ↑ 1 2 ""Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ". 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-13.