Hindustan — Vikipediya
Hindustan yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | >2,000,000 km² |
Yerləşməsi | |
20°00′00″ şm. e. 80°00′00″ ş. u.HGYO | |
Akvatoriya | Ərəbistan dənizi/Benqal körfəzi/Lakkadiv dənizi |
Ölkə | Hindistan |
|
Hindustan (hind. हिन्दुस्तान Hindustān, urdu ہندوستان Hindostān fars. Hindū — Hind + stan) — Asiyanın cənubunda yerləşən yarımada. Sahəsi 2 milyon km² yaxındır. Şimal sərhəddi Hind çayının deltasından Qanq çayının deltasına qədər uzanır.[1]. Bəzən yarımadanın ərazisinə bütün platonu və dağları aid edirlər.[2]. Yarımada Hindistannın böyük hissəsi, Pakistan və Banqladeşin bir hissəsi özündə birləşdirir. Qərbdən Ərəbistan dənizi, şərqdən Benqal körfəzi, cənubdan isə Lakkadiv dənizi onun sahillərini yuyur. Yarımadadan cənub-şərqində böyük Şri-Lanka adası yerləşir. Yarımada Hindistan yarımqitəsinin və Hindistan tavasının cənubunda yerləşir.
Yarımadanın cənub nöqtəsi Komorin burnudur.
Geologiyası
[redaktə | vikimətni redaktə et]Cənub hissələri allyuvial çökəkliklər yerləşir. Malabar və Koromandel sahillərini buna misal çəkmək olar. Əsas çayları: Narbada, Tapti, Mahanadi, Qodavari və Qrişna.[3]
Adlanması
[redaktə | vikimətni redaktə et]Farslar yarımadanı və bütün bölgəni Hindustan adlandırmışlar, bu səbəbdən avropa dillərinə bu çür keçmişdir. XIX əsrdən avropalılar Himalay dağlarından Vindhya massivinə qədər əraziyə bu adı şamil etmişlər[4]. İngilislər yarımadanı Cənubi Hindistan adlandırırlar. Rusların adladırdığı İndostan termini isə artıq arxaikləşmişdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ L. İ. Kurakova, V. Е. Xain. Hindustan // Böyük sovet ensiklopediyası. Т. 10. — Sovet ensiklopediyası, 1972. — 3-е .
- ↑ Индостан // Словарь современных географических названий / Под общей редакцией акад. В. М. Котлякова. — Екатеринбург: У-Фактория, 2006.
- ↑ Индостан // Российский энциклопедический словарь. / глав. ред. А. М. Прохоров. — М.: «Большая российская энциклопедия», 2000. — С. 577 (книга 1).
- ↑ Hindustan // Böyük sovet ensinlopediyası. Т. 28. — Sovet Ensiklopediyası, 1978. — 3-.