Hirkan armudu — Vikipediya
Hirkan armudu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Hirkan armudu | ||||||
Beynəlxalq elmi adı | ||||||
|
Hirkan armudu (lat. Pyrus hyrcana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A2 abc; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir.
Qısa morfoloji təsviri
[redaktə | mənbəni redaktə et]25 m-ə qədər hündürlüyündə ağacdır. Yarpaqları yumurtavaridir, kənarları xırda, sivridişlidir. Altdan ağ keçətükcüklü, üstdən tükcüksüzdür. Saplağı uzun, nazik, yarpaq ayasının uzunluğuna bərabər, zəriftükcüklüdür. Meyvələri darçını rəngli, basıq, kürəşəkilli olmaqla, birillik zoğlarda tək-tək və ya dəstə halında yerləşir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Aprel—may aylarında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir. Tozlanması — entomofildir. Toxumla və kök pöhrələri ilə çoxalır. Dağ massivinin dağətəyi meşələrində və meşə talalarında qarışıq halda yayılmışdır.
Ümumi yayılması
[redaktə | mənbəni redaktə et]Azərbaycanda və İranda təbii arealı vardır. Azərbaycanda Astara, Lənkəran rayonları ərazisində yayılmışdır. Lənkəran ovalığı (Astara-Şüvi, Anbabu, Duriya, İstisu, Astara kəndləri; Lənkəran rayonu-Daşdatük və Xanbulaq kəndləri) və Lənkəranın dağlıq hissəsi (Yardımlı rayonu — Pirembel kəndi; Lerik rayonu — Lerik kəndi). Lənkəran rayonunun Xanbulan, Daşdatük kəndlərində, Astara rayonunun Anbabu kəndində, Hirkan Milli Parkının Vənəbicar və Himmətəli məhəllə adlanan ərazisində, Nıvıştaru çayının sahilində tək-tək rast gəlinir.
Sayı və tendensiyası
[redaktə | mənbəni redaktə et]İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır.
Məhdudlaşdırıcı amillər
[redaktə | mənbəni redaktə et]Meyvəsi yerli əhali tərəfindən toplanır, meyvələri yetişmədən əvvəl gəmiricilər və quşlar tərəfindən yeyilir. Mal-qara ilə otarılması təbii bərpanı çətinləşdirir.
Zəruri qoruma tədbirləri
[redaktə | mənbəni redaktə et]Yeni yasaqlıqların təşkil edilməsi tövsiyə olunur.
Mühafizə tədbirləri
[redaktə | mənbəni redaktə et]Hirkan Milli Parkında mühafizə olunur. Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir. Mədəni halda Nəbatat bağlarında becərilir.