Yardımlı rayonu — Vikipediya

Bu məqalə Yardımlı rayonu haqqındadır. Yardımlı şəhəri üçün Yardımlı səhifəsinə baxın.
Rayon
Yardımlı

38°55′14″ şm. e. 48°14′14″ ş. u.HGYO


Ölkə
Daxildir Lənkəran-Astara
İnzibati mərkəz Yardımlı
İcra başçısı Ayaz Əsgərov
Tarixi və coğrafiyası
Yaradılıb 8 avqust 1930
Sahəsi 667.2[1] km²
Əhalisi
Əhalisi 70 000(2019)[2] nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-YAR
Telefon kodu 994 25
Poçt indeksi AZ 6500
Avtomobil nömrəsi 65
Rəsmi sayt
Yardımlı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yardımlı rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Yardımlı şəhəridir. 8 avqust 1930-cu ildə Vərgədüz rayonu adı ilə təşkil edilib.[3] Rayonun təşkili tarixinədək bu ərazi inzibati cəhətdən Lənkəran dairəsinə daxil idi. Təşkil edildiyi tarixdə inzibati mərkəzi Yardımlı kəndi idi, 1 noyabr 1931-ci il tarixinə 900 km² olan rayon ərazisində 97 kənddə 1 yanvar 1930-cu il tarixinə olan cari hesablamalara əsasən 20.651 nəfər əhali yaşayırdı.[4] 1938-ci ildə rayon, inzibati mərkəzinin adına uyğun olaraq Yardımlı rayonu adlandırıldı.

Budaq Budaqovun fikrinə görə Yardımlı toponimi etnonim olub VIII əsrin sonlarından Ural-Volqa çayları arasında yaşamış peçeneqlərin qədim mənbələrdə erdim/erdem kimi qeyd olunmuş tayfasının adından və mənsubiyyət bildirən –li şəkilçisindən ibarətdir. XII–XIII əsrlərdə Şimali Qafqazdan qıpçaqların Azərbaycana gəlişində peçeneqlər də iştirak etmişlər. Tədqiqatçıların ehtimalına görə, erdem tayfası da peçeneqlərlə Azərbaycana bu vaxt gəlmişlər.

Yardımlı rayonu 39°–38° dərəcə şimal en dairəsində, 48°–49° dərəcə şərq uzunluq dairəsində, Azərbaycanın cənub–şərq hissəsində, dağlıq ərazidə yerləşir.[5] Yardımlı rayonu İran İslam Respublikası və Azərbaycan Respublikasının Lerik, Masallı və Cəlilabad rayonları ilə həmsərhəddir.[5] Cənubdan Lerik rayonu ilə sərhədinin uzunluğu 40 km, şərqdən Masallı rayonu ilə 11 km, şimali–şərqdən Cəlilabad rayonu ilə isə 20 km–dir.[5] Şimal və qərbdən qonşu İran İslam Respublikası ilə dövlət sərhədinin uzunluğu 96 km–dir.[5]

Yardımlı rayonu 66.720 ha torpaq sahəsini əhatə edir. Ərazisinin 20.536 hektarı meşəlikdir. Torpaq zonaları dağ–çəmən torpaqlarından, dağ–meşə–qonur torpaqlarından, qəhvəyi–dağ–meşə torpaqlarından ibarətdir. Torpaqların mexaniki tərkibi gillicə, orta gillicə, ağır gillicədir.

Rayonun ən böyük çayı Viləş çayıdır. Viləş çayının qolları–Allar, Peştəsər, Solqard və Vəlişli çaylarıdır. Rayon ərazisi Talış sıra dağları (rayondakı ən hündür zirvəsi Şahnişinidir, onun hündürlüyü 2490 m–dir), Peştəsər sıra dağları (rayondakı ən hündür zirvəsi Peştəsərdir, onun hündürlüyü 2244 m–dir), Buravar sıra dağları ilə əhatələnir.

İqlimi və orta illik tempetaturu; İqlim–isti, normal nəmli, yumşaq qış, isti yay. Orta illik temperaturu +11,9 dərəcə C, yağıntının miqdarı – 586 mm, külək qərb–cənub, orta surəti – 1.6 m/san–dir, qrunt sularının dərinliyi – 4,5 metr, seysmik dərəcəsi – 7 baldır.

Meşələrdə qiymətli ağaclar–fıstıq, vələs, palıd, nəhəng ağcaqayın, dəmrağac, kol cinslərindən qaragilə, itburnu, əzgil, quşarmudu və s. ağac növləri vardır. Meşələrdə canavar, donuz, çaqqal, tülkü, dələ, porsuq kimi vəhşi heyvanlarla yanaşı, çöl pişiyi və vaşaqa da rast gəlinir.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Rayon 30 inzibati ərazi vahidindən, 30 bələdiyyədən, 88 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 87 kənddən ibarətdir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən taxılçılıq, kartofçuluq, tütünçülük, qoyunçuluq və arıçılıqla məşğuldur.

AzStat-ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 62.387 nəfər əhali yaşayır.[6]

Etnik
qrup
15–22 yanvar, 1970-ci il sa.[7] 17–24 yanvar, 1979-cu il sa.[8] 12–19 yanvar, 1989-cu il sa. 27 yanvar-3 fevral, 1999-cu il sa.[9] 13–22 aprel, 2009-cu yıl sa.[6][10]
Sayı % Sayı % Sayı % Sayı % Sayı %
cəmi 27 705 100.00 34 026 100.00 39 932[11] 100.00 49 039 100.00 58 073 100.00
Azərbaycanlı 27 247 98.35 33 397 98.15 49 001 99.92 58 067 99.99
Rus 323 1.17 390 1.15 24 0.05 3 0.01
Ukraynalı 67 0.24 131 0.38 10 0.02
Tatar 6 0.02 8 0.02 1 0.00
Ləzgi 6 0.02 24 0.07
Erməni 23 0.08 17 0.05
Avar 5 0.01
Gürcü 8 0.03 5 0.01
Yəhudi 6 0.02
Dağ yəhudisi 1 0.01
Tat 1
Digər 17 0.06 49 0.14 3 0.01 3 0.01

Rayonda 80 ümumtəhsil məktəbi, o cümlədən 46 tam orta, 18 ümumi orta, 16 ibtidai məktəbləri və 1 texniki peşə məktəbi fəaliyyət göstərir. Əlavə olaraq rayonda S.İbişov adına Yardımlı peşə məktəbi fəaliyyət göstərir. Bu məktəbdə 6 qrupda (Elektrik-qaz qaynaqçısı, geniş profilli traktorist-maşinist, kəndin elektrikləşməsi və rabitə üzrə elektrik mantyoru, avtomobil və kənd təsərrüfatı maşın və avadanlıqların təmiri üzrə çilingər, heyvandarlıq kompleksi üçün ferma operatoru və arıçılıq peşəsi) 160 şagirdin təhsili ilə 16 pedoqoji işçi işləyir.

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • ASE, V cild, Bakı, 1981, səh. 80–81  (az.)
  1. Ümumi məlumat. — Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — İnzibati kənd rayonları (01.01.2006), səhifə 12. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
  2. "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  3. Районы Азербайджанской ССР. — Ярдымлинский район, стр. 139. // Президиум Верховного Совета Азербайджанской ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Баку: Азербайджанское государственное издательство "Азернешр", 1961, 278 стр.
  4. Перечень административно-территориальных единиц союза ССР (в алфавитном порядке). — Азербайджанская ССР, стр. 226–227. // Административно-территориальное деление союза ССР: Районы и города СССР. Авторы: Центральный Исполнительный Комитет Союза ССР, Всероссийский центральный исполнительный комитет. Москва: Издательство "Власть Советов" при Президиуме ВЦИК, 1931, 311 стр.
  5. 1 2 3 4 Yardımlı rayon İcra Hakimiyyətinin rəsmi veb-saytında rayonun coğrafi mövqeyi haqqında məlumatlar Arxivləşdirilib 2014-11-27 at the Wayback Machine – yoxlanılıb: 21.12.2014
  6. 1 2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine: Yardımlı rayonu Arxivləşdirilib 2014-06-28 at the Wayback Machine (yenilənmə: 1 yanvar, 2014-cü il) — yoxlanılıb: 28.12.2014
  7. Ethno-Caucasus, Этнодемография Кавказа: Население Ярдымлинского района (по переписи 1970 года) Arxivləşdirilib 2018-08-24 at the Wayback Machine + Распределение русских и украинцев по административно-территориальным единицам Азербайджанской ССР (по переписи 1970 года, без Нагорно-Карабахской АО) Arxivləşdirilib 2015-06-27 at Archive.today + Распределение евреев и горских евреев по административно-территориальным единицам Азербайджанской ССР (по переписи 1970 года, без Нагорно-Карабахской АО) Arxivləşdirilib 2015-06-27 at Archive.today
  8. Ethno-Caucasus, Этнодемография Кавказа: Население Ярдымлинского района (по переписи 1979 года) Arxivləşdirilib 2018-08-24 at the Wayback Machine + Распределение русских и украинцев по административно-территориальным единицам Азербайджанской ССР (по переписи 1979 года, без Нагорно-Карабахской АО) Arxivləşdirilib 2015-06-27 at Archive.today
  9. Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 1999 census Arxivləşdirilib 2015-06-27 at Archive.today
  10. Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 2009 census Arxivləşdirilib 2015-06-27 at Archive.today
  11. Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу Arxivləşdirilib 2014-12-22 at the Wayback Machine // Источник: Всесоюзная перепись населения 1989 года. ТОМ 1. Часть 1. Таблица 3. Численность наличного населения союзных и автономных республик, автономных областей и округов, краев, областей, районов, городских поселений и сел-райцентров.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]