Viləşçay — Vikipediya

Viləşçay
azərb. Viləşçay
Ölkə  Azərbaycan
Rayonlar
Mənbəyi Talış dağları, Quludaş
 • Yüksəkliyi 2203 m
Mənsəbi Xəzər dənizi
Uzunluğu 115 km
Su sərfi 5,47 m³/san
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 935 km²

ViləşçayYardımlıMasallı rayonlarından axıb Qızılağac körfəzinə tökülür. İranın Mazandaran vilayətinin Kelar- dəşt mahalinda oxşar adlı Velaşt gölü var.

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

Talışın ərazisindən axan ən uzun çaydır. Uzunluğu 115 km, hövzəsinin sahəsi 935 km²-dir. Başlanğıcını Talış silsiləsinin Quludaş zirvəsindən (2203 m) alır. Yuxarı axımında Peştəsər, orta axımında isə Alaşar-Burovarsilsilələrini çəpinə keçir və çox dərin və dar dərələr əmələ gətirir. Axırıncı 25 km məsafədə Lənkəran düzənliyindən axır. Başlıca qolları, sağdan Şərətük (uzunluğu 29 km), soldan Mətəli (uzuluğu 21 km) çaylarıdır. Bilavasitə Xəzər dənizinə tökülən çaydır[1].

Suyun çox hissəsini yağış (70%), qismən də yeraltı (20%), qar (10%) sulardan alır. Orta illik su sərfi 5,47 kub m/san-dir. Axımın 45%-i yazda, 6%-i yayda, 25%-i payızda, 24%-i isə qışda keçir. Yaz və payız fəsilində güclü yağışlar çayda böyük daşqınlar əmələ gətirir. Daşqın oktyabr ayından başlayıb maya kimi davam edir.

Çayın orta illik asılı gətirmələr sərfi 4,87 kq/san, lillənməsi isə 900 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 500-1000mq/l minerallaşmaya malikdir.

Viləşçayın hövzəsində dəri, yel xəstəliklərinin müalicəsi üçün yararlı bulağı vardır.

Çayın suyundan suvarma işlərində istifadə edilir.

Viləşçay okean səviyyəsindən aşağıda Xəzər dənizinə tökülür. Uzunluğu , orta meyilliyi isə 16,60-dir. Dağlıq ərazidə dərəsi mürəkkəb morfoloji xüsusiyyətə malikdir. Çay əsasən yağış və qismən də yeraltı sularla qidalanır. İllik orta axımı (Şıxlar kəndi) 4,5 m3/san təşkil edir. İllik axımın 16%-i qış fəslinə, 39% yaza, 17%-i yaya, 28%-i isə payıza düşür. 

  1. "Çaylar" (az.). azerbaijan.az. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-27.