Kürmükçay — Vikipediya

Kürmükçay
Ölkə
Mənsəbi Qanıxçay
Uzunluğu
  • 55 km
Su sərfi 10,7 m³/s
Hövzəsinin sahəsi 562 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

KürmükçayƏyriçayın sağ qoludur. Qax rayonu ərazisindən axır.

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

Uzunluğu 55 km, hövzəsinin sahəsi 562 km²-dir.[1] Başlanğıcını Böyük Qafqazın cənub yamacından — Dağıstan sərhəddindən (2880 m) alır. Künaxaysu və Hamamçayın birləşməsindən əmələ gəlir. Axımı, əsasən yeraltı (54%) qar (38%) və qismən də yağış .(18%) sularından əmələ gəlir.

Çayın orta illik su sərfi 4,36 kub m/san-dir. Yaz, yay fəsillərində illik axımının 45–50%-i, payız, qış fəsillərində isə 10–15%-i keçir.

Yazda qar, yayda, payızda isə yağış suları çayda daşqın əmələ gətirir. Yaz daşqını martın axırında başlayıb iyun ayının axırlarııa kimi (100–120 gün) davam edir. Yay aylarında küclü yağışlar çayda dəhşətli sel hadisələrinə səbəb olur. Suyunun orta lillənməsi 500–1000 q/kub m olmaqla hidrokarbonatlı- kalsiumludur. Orta minerallaşması 150 mq/l ilə (mənbədə) 300–500 mq/l (mənsəb) arasında dəyişir. Alazan-Əyriçay dərəsi daxilində çay bir çox qollara ayrılaraq əkin sahələrinin suvarılmasında istifadə edilir.

Kürmükçayın Günaxaysu qolu üzərində HES qurulmuşdur.

  1. "Alazan/Qanıx çayı hövzəsi üçün Pilot Çay Hövzəsinin idarəçiliyi Planı, Azərbaycan" (PDF). 2013-11-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-09-23.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]