İncəçay — Vikipediya

İncəçay
azərb. İncəçay
Ölkə  Azərbaycan
Rayonlar
Mənbəyi Murovdağ
 • Yüksəkliyi 2580 m
Mənsəbi Kür
Uzunluğu 83 km
Su sərfi 1,52 m³/san
Su sistemi Kür
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 205 km²


İncəçayKürün sağ qoludur. Ağdərə, TərtərYevlax rayonları ərazisindən axır.

Uzunluğu 83 km, hövzəsinin sahəsi 205 km²-dir. Başlanğıcını Murovdağ silsiləsinin şimal-şərq yamacından (2580 m) götürür. Axımı yeraltı (56%), qar (36%) və yağış (8%) sularından əmələ gəlir. Çayda yaz-yay fəsillərində müntəzəm olaraq qar, yağış suları daşqınlar əmələ gətirir. Daşqın martın axırlarında başlayır, iyulun əvvəlində isə qurtarır. Payız və qış aylarında çayın suyu xeyli azalır. Bu aylarda illik axım həcminin yalnız 10%-i keçir.

Çayın orta illik su sərfi 1,52 kub m/san-dir. Axımı-nın çox hissəsi yaz (50%) və yay (25%), az hissəsi isə payız (15%) və qış (10%) fəsillərində keçir. Axımının 20%-i intensiv suvarma dövründə (iyul-avqust aylarında) axıdılır. Orta illik lillənməsi 63 q/kub m, suyu hidrokarbonatlı-kalsiumlu olmaqla orta minerallaşması 150–250 mq/l-dir. İncəçayın üzərində SES qurulmuşdur.

Aşağı axımı isə suvarma işlərinə məsrəf olunur.

Digər İncəçay çayıAraz çayının sol qoludur, Cəbrayıl rayonu ərazisindən axır. Uzunluğu 51 km, hövzəsinin sahəsi 351 kvadrat km-dir. Qarabağ silsiləsinin cənub qurtaracağından (1370 m) başlayır. Axımı yağış, yeraltı və cüzi miqdarda qar sularından əmələ gəlir. Aprel-may yağışları çayda daşqın əmələ gətirir. Yay aylarında suyu qurumaq dərəcəsinə çatır.