Qanıxçay — Vikipediya

Qanıxçay
lat. Qanıxçay, gürc. ალაზანი
Qanıxçay
Qanıxçay
Ölkələr
Mənbəyi Böyük Qafqaz
Mənsəbi Mingəçevir su anbarı
Uzunluğu 391 км[1]
Su sərfi 98 m³/s
Su hövzəsi KürXəzər dənizi
Hövzəsinin sahəsi 12 080[2]
Qanıxçay (Qafqaz)
mənbəyi
mənsəbi
Qanıxçay Qafqazın fiziki xəritəsində:

42°25′18″ şm. e. 45°14′04″ ş. u.HGYO

41°00′24″ şm. e. 46°38′25″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qanıxçay
Qanıx çayı, Qax rayonu Lələli kəndi

Qanıxçay və ya Alazan çayı[3] (gürc. ალაზანი, avar. Алазан, çeç. Алаз, sax. Дур) – Kürün ən böyük sol qoludur. Mingəçevir su anbarına tökülür.

Uzunluğu 391 km[1], hövzəsinin sahəsi 12.080 min km²-dir (7.325 km²-i Gürcüstanda, 4.755 km²-i isə Azərbaycanda olmaqla).[2]

Çayın 177 km-i Gürcüstan-Azərbaycan dövlət sərhədi boyunca axır.[2]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Başlanğıcını Gürcüstan ərazisində Baş Qafqaz silsiləsinin Didi Borbalo dağından (2837 m) götürür. Çay Pankisi dərəsindən çıxdıqdan sonra Kaxeti düzənliyinə daxil olur və bu hissədə sol tərəfdən bir çox qollar qəbul edir. Aşağı axımında, sağ tərəfdən 100 km-dən artıq məsafədə isə heç bir qol qəbul etmir. Orta və aşağı axımı Gürcüstanın Kaxeti mxaresi ilə Azərbaycanın Balakən, Zaqatala, QaxŞəki rayonları arasında dövlət sərhədini təşkil edir.

Azərbaycan ərazisində 90–95 km məsafədə axaraq sol tərəfdən ona Balakənçay, Katexçay, Talaçay, Qaraçay (və ya Muxaxçay) KürmükçayƏyriçay çayları tökülür. Qanıxçay Əyriçayın töküldüyü yerdən aşağıda, Qanıx-Həftəran vadisini cənubdan əhatə edən alçaq dağlar zonasını yararaq dərin və sıldırım yamaclı dar dərə ilə axır. Burada çay astanalar (kaskadlar) əmələ gətirir. Mənsəbinə 4,5 km qalmış Qanıxçay özünün ən böyük qolu olan Qabırrıçay (İori) qəbul edir. Hazırda su anbarı həmin yerləri örtdüyü üçün Qabırrıçayı bilavasitə Mingəçevir su anbarına tökülür.

İllik axımının 30%-ni yağış, 40%-ni yeraltı və 30%-ni qar suları təşkil edir. Orta illik su sərfi 108 kub m/san -dir. Axımın 50%-i yazda, 15%-i yayda, 20%-i payızda, 15%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 290kq/san, lillənməsi isə 2636 q/m³-dir. Çayın bütün axımı boyu suvarma işlərində geniş istifadə edilir.

Qanıxçayın toponimi

[redaktə | mənbəni redaktə et]

Alazani çayının Azərbaycan ərazisindən axan hissəsi Qanıx adlanır. İlk dəfə I əsrdə Strabonun əsərində (Strabon. XI, 32) adı Xanes kimi qeyd edilmişdir.

Qanıx hidronimi Azərbaycanın şimal-qərbində və Cənubi Dağıstanda yaşayan saxurların dilindəki "xan" (хьан), yəni "çay" sözündəndir. Gürcü tədqiqatçıları isə Alazani hidronimini gürcücə "ala" (nəm) və "zani" (yer) sözlərindən ibarət olmasını bildirirlər.

Bir digər açıqlamaya əsasən, Alazan türk dillərində "al" (geniş sahə, böyük düzən, açıqlıq) və "özən/üzən" (çay) sözlərindən ibarət olmaqla mənası "geniş çay" deməkdir, və Alazan vadisində çayın genişliyi ilə əlaqədardır. Adın danışıqda "zan" formasını kəsb edə bilən "özən / üzən" sözü Cənubi Azərbaycan ərazisində Qızılüzən çayının adında da vardır. Maraqlıdır ki, Dağlıq Altayda da bir çay məhz Alözən adının fonetik forması kimi Alazan adlanır. Qeyd etmək lazımdır ki, qədim türk dillərində özən "çay" sözü Manna (Cənubi Azərbaycan) ərazisində Urimzan çayının adında er.əv. 728-ci ilə aid assur mənbəyində çəkilir. Həmin çayı lokalizə etmək olmur, lakin Urimzan çay adı qədim türk dillərində irim "(yay vaxtı) qurumaqda olan çayın su axan hissəsi" (126, 235) və özən "çay" sözlərindən ibarətdir. Dağlıq Altayda Biy çayının qolu Kebozan, Sibirdə Oka çayının qolu Berezan, Volqaboyunda bir çay Çeremsan, Uralda bir çay Yaruozan adlanır. Qərbi Qazaxıstanda Qaraözen və Sarıözen adlı çaylar vardır.

  1. 1 2 "Бассейн реки Алазани/Ганых Оценка взаимосвязи между водой, продовольствием, энергией и экосистемами. Подготовлено Королевским технологическим институтом (KTH, Стокгольм) под руководством секретариата Конвенции по трансграничным водам ЕЭК ООН Первый проект отчета для комментариев со стороны соответствующих государственных органов 19 июня 2014 года" (PDF). 19-06-2014. 2020-07-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-16.
  2. 1 2 3 "Alazan/Qanıx çayı hövzəsi üçün Pilot Çay Hövzəsinin idarəçiliyi Planı, Azərbaycan" (PDF). 2013-11-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-09-23.
  3. Алазан // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 211.