Muxaxçay — Vikipediya

Muxaxçay
Ölkə  Azərbaycan
Uzunluğu 56 km
Su sərfi 2,2 m³/san
Su hövzəsi Qanıxçay—>Kür—>Xəzər dənizi
Hövzəsinin sahəsi 572 km²

Muxaxçay (digər adı Qaraçay) — Qanıxçayın sol qolu. Zaqatala rayonu ərazisindən axır.[1]

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

Uzunluğu 56 km, hövzəsinin sahəsi 572 km²-dir. Başlanğıcını Baş Qafqaz silsiləsinin cənub yamacından (2800 m) alır. Başlıca qolları, sağdan Qaraağacçay (uzunluğu 27 km) və Sabınçay, (uzunluğu 12 km) çaylarıdır. Axımı qar, yeraltı və qismən də yağış sularından əmələ gəlir. Suyunun çox hissəsi (50-60%) yaz-yay aylarında keçir, çayda tez-tez sel hadisələri baş verir.

Muxaxçaydan suvarma işlərində istifadə edilir.

  1. "Alazan/Qanıx çayı hövzəsi üçün Pilot Çay Hövzəsinin "darəçiliyi Planı, Azərbaycan" (PDF). 2013-11-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-09-25.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]