Zabuxçay — Vikipediya

Zabuxçay
Ölkə Azərbaycan Azərbaycan
Mənbəyi Qızıltəpə dağı
 • Yüksəkliyi 3036 m
Mənsəbi Həkəriçay
Uzunluğu 51 km
Su sərfi 4,37 m³/san
Su hövzəsi ArazKürXəzər dənizi
Hövzəsinin sahəsi 527 km²
Zabuxçay (Azərbaycan)
mənbəyi
mənsəbi
Zabuxçay Azərbaycanın fiziki xəritəsində:

39°41′ şm. e. 46°11′ ş. u.HGYO

39°34′ şm. e. 46°33′ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ZabuxçayHəkəriçayın sağ qoludur. Laçın rayonu ərazisindən axır.[1]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 51 km, hövzəsinin sahəsi 527 km²-dir. Mənbəyi "Kiçik Qafqazın Qızıltəpə dağından (3036 m) başlayır.[2] Yuxarı axımında Ağoğlan, orta axımında isə Minkəndçay adlanır. Axımı qar, yağış və yeraltı sularından əmələ gəlir. Yaz-yay aylarında qarın əriməsi nəticəsində çayda daşqınlar yaranır. Aprel — iyun aylarında illik axımının 60–65%-i keçir. Axımında yeraltı suların miqdarı çox (50–55%) olduğundan yay aylarında nisbətən sulu olur. Çayın orta illik su sərfi 4,37 kub m/san-dir. Ən çox su sərfi may, ən azı isə yanvar ayında müşahidə edilir. Zabuxçaydan suvarma və dəyirmanların işlədilməsində geniş istifadə edilir.

  1. Zabuxçay // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  2. Zabuxçay // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]