Azərbaycanın iqtisadi rayonları — Vikipediya
Azərbaycanın iqtisadi rayonları — Azərbaycanın iqtisadi-coğrafi cəhətdən rayonlaşdırılması. Azərbaycanın iqtisadi rayonlaşdırılması aşağıdakı kimidir[1].
İqtisadi rayonlar
[redaktə | mənbəni redaktə et]Map ref. | İqtisadi rayon | Sahəsi (km2) | Əhalisi | Qısa məlumat |
---|---|---|---|---|
1 | Abşeron-Xızı | 5420 | 578800 | Abşeron, Xızı rayonlarını və Sumqayıt şəhərini əhatə edir. Əsas sənaye sahələri neft-kimya, kimya, ağır sənaye, qara və əlvan metallurgiya, energetika, maşınqayırma, elektrotexnika, yüngül və yeyinti sənayesi, tikinti sənayesi. |
2 | Gəncə-Daşkəsən | 5270 | 611300 | Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarını, Gəncə və Naftalan şəhərlərini əhatə edir. |
3 | Şəki-Zaqatala | 8969 | 543400 | Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonlarını əhatə edir. Əsas sənaye sahələri: yüngül sənaye və qida sənayesi. |
4 | Lənkəran-Astara | 6140 | 926500 | Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonlarını əhatə edir. Əsas sənaye sahəsi: qida sənayesi. |
5 | Quba-Xaçmaz | 6960 | 498400 | Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarını əhatə edir. Əsas sənaye sahələri: yüngül sənaye və qida sənayesi.[2] |
6 | Mərkəzi Aran | 6619 | 792027 | Ölkənin ən böyük iqtisadi rayonu. Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarını və Mingəçevir şəhərini əhatə edir.[3] |
7 | Qarabağ | 7253,5 | 628200 | Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər rayonlarını və Xankəndi şəhərini əhatə edir. |
8 | Şərqi Zəngəzur | 7470 | 341200 | Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın və Cəbrayıl rayonlarını əhatə edir. |
9 | Dağlıq Şirvan | 6060 | 287800 | Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarını əhatə edir. Əsas sənaye sahələri: yüngül sənaye və qida sənayesi. |
10 | Naxçıvan | 5550 | 414900 | Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını və Naxçıvan şəhərini əhatə edir. Əsas sənaye sahələri: yüngül sənaye və qida sənayesi. |
11 | Bakı | 2140 | 2204200 | Bakı şəhərini əhatə edir. Azərbaycanın əsas iqtisadi mərkəzlərindən biridir. Əsas sənaye sahələri: beynəlxalq ticarət, neft emalı, kimya, maşınqayırma, yeyinti, toxuculuq sənayesi.[4] Hərbi sənaye, yüksək texnologiyalı sənaye və informasiya texnologiyaları inkişaf etdirilir. [5] |
12 | Qazax-Tovuz | Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz rayonlarını əhatə edir. | ||
13 | Mil-Muğan | 5670 | 513770 | Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarını əhatə edir. |
14 | Şirvan-Salyan | Biləsuvar, Hacıqabul, Neftçala, Salyan rayonlarını və Şirvan şəhərini əhatə edir. |
1991–2021-ci illərdə mövcud olmuş iqtisadi rayonlar
[redaktə | mənbəni redaktə et]- Abşeron
- Quba-Xaçmaz
- Dağlıq Şirvan
- Şəki-Zaqatala
- Aran
- Gəncə-Qazax
- Yuxarı Qarabağ
- Kəlbəcər-Laçın
- Lənkəran
- Naxçıvan
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbələr
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ziyad Səmədzadə, Böyük İqtisadi Ensiklopediya 1-ci cild,Azərbaycan İqtisadçılar İttifaqı, Şərq-Qərb Nəşriyyatı Bakı-2012 səhifə 492–552
- ↑ "Мамедов Р.М. (2011) Анализ и оценка хозяйственных комплексов экономических районов Азербайджана". Издательство Креативная экономика (rus). 2019-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-09.
- ↑ "Aran economic region". 2017-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-27.
- ↑ "10.2 An Overview - Baku: City that Oil Built - by Farid Alakbarov". azer.com. 2010-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-09.
- ↑ "В Баку началось серийное производство боевых машин типа". ИА REGNUM (rus). 2011-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-09.
İqtisadiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |