Gəncə keçidi — Vikipediya

Gəncə keçidi, həmçinin Gəncə aralığı (ing. Ganja Gap) və ya Gəncə dəhlizi (ing. Ganja corridor) — AzərbaycanGürcüstanı birləşdirən, İranRusiyadan yan keçən, AvropaAsiya arasında nəqliyyat daşımalarına imkan verən dar sərhəd ərazisidir. Keçidin adı yaxınlıqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin adından götürülmüşdür. Bu nəqliyyat dəhlizi qərbdə Türkiyəyə, Qara dəniz regionuna və Avropaya, şərqdə isə Mərkəzi Asiyaya və daha sonra Çinə gedib çıxır.[1]

Gəncə keçidindən avtomobil və dəmir yolu, eləcə də Qərbi Avropa və Xəzər regionunu birləşdirən fiber-optik kabel keçir.[2][3] Digər nəqliyyat kommunikasiyalarına əlavə olaraq, Gəncə keçidi karbohidrogenlərlə zəngin, lakin dənizə çıxışı olmayan Azərbaycanın dünya bazarına çıxışını asanlaşdıran mühüm neft və qaz əlaqələrinə imkan verir.[1] Bu bölgədən keçən əsas neft və qaz kəmərləri Bakı-Tbilisi-Ceyhan, Bakı-SupsaCənub Qaz Dəhlizidir.[2]

Amerikanın "The Diplomat" nəşrinin yazdığına görə, Ukraynada müharibə başlayandan sonra Gəncə keçidi qərb ölkələri tərəfindən Qazaxıstan neftinin daşınması üçün Rusiyadan yan keçən alternativ marşrut kimi təklif edilir. ABŞ Əfqanıstan müharibəsində bu yol vasitəsilə Xəzər dənizindən Mərkəzi Asiyaya daşımalar etmişdir.[4]

  1. 1 2 Miguel Borja Bernabé-Crespo, Alejandro Vallina Rodríguez. Strategic Importance of the Ganja Gap in the New Security Scenario (англ.) // Novus Orbis: Journal of Politics and International Relations : журнал. — 2023. — Vol. 5, no. 1. — ISSN 2687–220X.
  2. 1 2 "Armenia-Azerbaijan clashes put a squeeze on 'Ganja Gap'". Arab News (ingilis). 2020-07-27. 2024-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.
  3. Luke Coffey, Efgan Nifti. "Why the West Needs Azerbaijan". Foreign Policy (ingilis). 2024-09-24. 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.
  4. Алимова, Ельнур. "Токаев готовится к президентским выборам? Слабеет ли влияние Москвы в Центральной Азии?". Радио Азаттык (rus). 2022-06-05. 2024-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.