I Ferdinand (Rumıniya kralı) — Vikipediya

I Ferdinand
rum. Ferdinand I
rum. Ferdinand I al României
10 oktyabr 1914 – 20 iyul 1927
ƏvvəlkiI Karol
SonrakıI Mixail
Şəxsi məlumatlar
Doğum tarixi 24 avqust 1865(1865-08-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 20 iyul 1927(1927-07-20)[1][3][…] (61 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Kurtya-de-Ardjeş kafedralı[d]
Təhsili
Fəaliyyəti monarx
Həyat yoldaşı
Uşaqları
Dini Roma-Katolik kilsəsi
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Ferdinand (rum. Ferdinand Viktor Albert Meinrad von Hohenzollern-Sigmaringen; 24 avqust 1865[1][2][…], Ziqmaringen[4]20 iyul 1927[1][3][…], Sinaya[d][4]) — II Rumıniya kralı. Birləşdirici (rum. Întregitorul) ünvanıyla tanınır.

Atası Hohensollern şahzadəsi Leopold, anası isə Portuqaliya kraliçası II Mariyanın qızı İnfanta Antoniya idi. Ailəsi Prussiya monarx ailəsi olan Hohensollern sülaləsinin katolik qoluna mənsub idi.

1880-ci ildə atasının, 1886-cı ildə isə böyük qardaşı Vilyamın imtina etməsinin ardından Ferdinand Rumıniya taxt-tacının vəliəhdi elan olundu. Belə ki, əmisi I Karol Rumıniya kralı idi və varisi yox idi. Vəliəhd elan edilməsinin ardından Rumıniyada yaşamağa başlayan Ferdinand hərbi karyerasına davam etdi. Qısa zamanda general-leytenant rütbəsinə yüksəldi. 1893-cü ildə həm kraliça Viktoriyanın, həm də II Aleksandrın nəvəsi olan Mariya ilə evləndirildi.

Əmisinin ölümünün ardından 10 oktyabr 1914-cü ildə Rumıniya taxt-tacına sahibləndi. Birinci Dünya Müharibəsi illərində ölkəni idarə edən I Ferdinand İttifaq dövlətlərinə qarşı Antanta birliyini dəstəklədi. Bu isə Almaniya imperatoru II Vilhelmin soyadından Hohensollern adını çıxarmasına səbəb oldu. Müharibənin sonunda I Ferdinand Bessarabiya, TransilvaniyaBukovina bölgələrini ölkəyə birləşdirdi və 1922-ci ildə keçirilən təntənəli mərasimdə Böyük Rumıniya kralı kimi tac taxdı.

Ancaq 1925-ci ildə böyük oğlu və vəliəhdi Karolun taxtdan imtina edərək Birləşmiş Krallığa qaçması ilə ailə arasında vərasət problemi yarandı. Belə ki, taxt sırasındakı növbəti namizəd qaçan vəliəhdin 4 yaşlı oğlu Mixail idi. 1927-ci ildə I Ferdinand xərçəng xəstəliyi səbəbilə vəfat etdi və yerinə 3 nəfərlik bir komissiyanın nəzarət etdiyi 6 yaşlı nəvəsi I Mixail taxta çıxarıldı.

10 yanvar 1893-cü ildə Ziqmaringendə həm kraliça Viktoriyanın, həm də II Aleksandrın nəvəsi olan Edinburqlu Mariya ilə evləndirildi və cütlüyün bu nigahdan 6 övladı dünyaya gəldi. Bunlardna ən kiçiyi isə yetkinlik yaşına çatmadı.

  • Institute for Operative-Strategic Studies and Military History, Romania in World War II 1941–1945, Publishing House Sylvi, Bucharest 1997. ISBN 973-9175-24-4
  • Duțu, A.; Institute for Operative-Strategic Studies and Military History; Alexandrescu, I. (1997). Romania in World War II, 1941–1945. Publishing House Sylvi. ISBN 9789739175241
  • Jørgen Pedersen (2009). Riddere af Elefantordenen, 1559–2009 (in Danish). Syddansk Universitetsforlag. p. 468. ISBN 978-87-7674-434-2
  1. 1 2 3 4 Ferdinand I // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Ferdinand (Ferdinand I.) // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Lundy D. R. Ferdinand Viktor Albert Meinrad von Hohenzollern-Sigmaringen, King of Romania // The Peerage (ing.).
  4. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #119346397 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.