Şamaxı FK — Vikipediya
Şamaxı FK | |||
---|---|---|---|
Klubun tam adı | Şamaxı Futbol Klubu | ||
Ölkə | Azərbaycan | ||
Ləqəb(lər) | şirlər | ||
Rəng(lər) | ağ-qırmızı | ||
Yaranma tarixi | 1997[1] ) | ||
Stadionu | Şamaxı Şəhər Stadionu | ||
Tutumu | 2.200 | ||
Prezidenti | Elçin Usub | ||
Baş məşqçisi | Ayxan Abbasov | ||
Liqa | Azərbaycan Premyer Liqası | ||
2023-24 | 1 (Premyer Liqaya yüksəldi) | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Şamaxı FK — Azərbaycanın Şamaxı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibidir. 2023-2024 mövsümündə 1-ci Liqanın qalibi olaraq növbəti mövsümdə Preymer liqaya yüksəlib.
2004-cü ilə kimi Xəzər Universiteti, 2017-ci ilə kimi "İnter", 2022-ci ilə kimi isə "Keşlə" adı altında mübarizə aparıb.
Tarixi
[redaktə | vikimətni redaktə et]"Şamaxı" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir. 2003/2004 mövsümündə "Xəzər Universiteti" uğurla çıxış etmiş və Azərbaycan çempionatını 4-cü pillədə başa vurmuşdur.
Bu nəticə "Xəzər Universiteti"nə UEFA-İntertoto kubokunda iştirak etmək hüququ qazandırdı.
- Yarışın birinci mərhələsində "Xəzər Universiteti" Avstriyanın "Bregents" komandasını sıradan çıxardı: 3:0 (+:-) və 2:1.
- İkinci mərhələdə isə "Xəzər Universiteti"nin rəqibi Finlandiyanın "Tampere Yunayted" komandası oldu. Komandamız ilk görüşdə 0:3 hesabı ilə uduzsa da, Bakıda keçirilən təkrar qarşılaşmada 1:0 qalib gələrək, UEFA-İntertoto Kubokunda iştirakını dayandırdı.
Beləliklə, Azərbaycan klublarının avrokubok tarixində "Xəzər Universiteti" ilk dəfə olaraq, bir avrokubok mövsümndə 3 qələbə qazandı. 2004-cü ilin yayından "Xəzər Universiteti" komandasının bütün hüquqları yeni yaradılmış "İnter-Bakı" Peşəkar Futbol Klubuna keçmiş və komanda 13-cü Azərbaycan çempionatına da "İnter-Bakı" adı ilə başlamışdır. Bir müddət sonra isə klubda struktur dəyişikliyi edilmiş və "İnter-Bakı" Peşəkar Futbol Klubu "İnter" Peşəkar İdman Klubuna çevrilmişdir. Beləliklə, futbol komandasının adı 13-cü çempionatın ortalarından rəsmi şəkildə "İnter" kimi təsdiq olunub. 13-cü çempionatda "İnter" gözəl oyunu ilə fərqlənsə də, yekun cədvəldə 7-ci pillə ilə kifayətlənib. 14-cü Milli çempionatımızda isə "İnter" medallara layiq yer tutmağa çox yaxın olsa da komanda yekun cədvəldə 4-cü yerdən yuxarı qalxa bilməmişdir. Gənc komanda olmasına baxmayaraq, 2007–2008-ci il mövsümündə ölkə çempionu olub. Növbəti çempionatda isə 2-ci yeri tutub. 2009–2010-cu il mövsümündə "İnter" ikinci dəfə Azərbaycan çempionu adını qazandı. 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 256,5 xal ilə Azərbaycan klubları arasında 4-cü, dünyada isə 465-ci pillədə başa vurmuşdur[2].
2017-ci il 28 oktyabrdan etibarən klub rəsmən "Keşlə" adlandırılıb.[3] 2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. "Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.[4]
Liqa və kubok tarixi
[redaktə | vikimətni redaktə et]Uğurları
[redaktə | vikimətni redaktə et]- Azərbaycan çempionatı:
- Azərbaycan Kuboku:
- Azərbaycan Birinci Liqası:
- Birlik Kuboku:
Keşlə Avrokuboklarda
[redaktə | vikimətni redaktə et]Son yenilənmə: 2020-ci il
Turnir | Oyunlar | Q | H | M | VQ | BQ |
---|---|---|---|---|---|---|
UEFA Çempionlar Liqası | 6 | 1 | 3 | 2 | 3 | 5 |
UEFA Avropa Liqası | 26 | 12 | 7 | 7 | 37 | 29 |
UEFA İntertoto Kuboku | 4 | 3 | 0 | 1 | 6 | 4 |
Cəmi | 36 | 16 | 10 | 10 | 46 | 38 |
Mövsüm | Turnir | Mərhələ | Klub | Ev | Qonaq | Ümumi | |
---|---|---|---|---|---|---|---|
2004 | UEFA İntertoto Kuboku | 1R | Breqens | 2–1 | 3–0 | 5–1 | |
2R | Tampere Yunayted | 1–0 | 0–3 | 1–3 | |||
2008–09 | UEFA Çempionlar Liqası | 1M | Rabotniçki | 0–0 | 1–1 | 1–1(a) | |
2M | Partizan | 1–1 | 0–2 | 1–3 | |||
2009–10 | UEFA Avropa Liqası | 2M | Spartak Trnava | 1–2 | 1–3 | 1–5 | |
2010–11 | UEFA Çempionlar Liqası | 1M | Lex Poznan | 0–1 | 1–0 | 1–1(8–9 p.) | |
2012–13 | UEFA Avropa Liqası | 1M | Narva Trans | 5–0 | 2–0 | 7–0 | |
2M | Asteras Tripolis | 1–1 | 1–1 | 2–2(2–4 p.) | |||
2013–14 | UEFA Avropa Liqası | 1M | Mariehamn | 1–1 | 2–0 | 3–1 | |
2M | Tromsö | 1–0 | 0–2 | 1–2 | |||
2014–15 | UEFA Avropa Liqası | 1M | Tiraspol | 3–1 | 3–2 | 6–3 | |
2M | Elfsborq | 0–1 | 1–0 | 1–1(3–4 p.) | |||
2015–16 | UEFA Avropa Liqası | 1M | Laçi | 0–0 | 1–1 | 1–1(a) | |
2M | Hafnarfyordur | 2–2(ə.v.) | 2–1 | 4–3 | |||
3M | Atletik Bilbao | 0–0 | 0–2 | 0–2 | |||
2017–18 | UEFA Avropa Liqası | 1M | Mladost Luçani | 2–0 | 3–0 | 5–0 | |
2M | Fola Eş | 1–0 | 1–4 | 2–4 | |||
2018–19 | UEFA Avropa Liqası | 1M | Balzan | 2–1 | 1–4 | 3–5 | |
2020–21 | UEFA Avropa Liqası | 1M | Laçi | 0–0(4–5 p.) | N/A | N/A | |
2021–22 | UEFA Konfrans Liqası | 2M | Soçi | 2–4 | 0–3 | 2–7 |
Heyəti
[redaktə | vikimətni redaktə et]- 25 Sentyabr 2021 tarixində yenilənib
|
|
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Haqqında". Shamakhifc.az. 2024-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-02.
- ↑ Reytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? Arxivləşdirilib 2022-02-18 at the Wayback Machine (az.) apasport.az tarixi:2010.11.27
- ↑ "Peşəkar Futbol Liqasının məlumatı 2017–10–28". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-29.
- ↑ ""Keşlə"nin adı dəyişdi". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Rəsmi saytı (az.) (ing.)