Kiçikçəkməcə — Vikipediya

Kiçikçəkməcə
41°01′18″ şm. e. 28°46′38″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 118,45 km²
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 34
Digər
kucukcekmece.gov.tr
Xəritəni göstər/gizlə
Kiçikçəkməcə xəritədə
Kiçikçəkməcə
Kiçikçəkməcə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kiçikçəkməcə (türk. Küçükçekmece) — İstanbul ilinin ilçəsi. İlçə eyniadlı gölün sahilində yerləşir. Qərbdə, şimalda AvcılarKiçikçəkməcə gölü, şərqdə Başakşəhər, BağçalıevlərBağçılar, cənubda BakırköyMərmərə dənizi ilə sərhəddir. Cəmi 27 yaşayış məntəqəsi: 2 kənd və 25 məhəllədən ibarət ilçə, 1987-ci ildə Bakırköydən ayrılaraq müstəqil ilçə olmuşdur. 1992-ci ildə Avcılar və 2009-cu ildə Başakşəhərin ilçəyə çevrilməsi ilə mövcud sərhədləri müəyyən olunmuşdur. 2009-cu ildə 21 məhəllədən ibarət olmuşdur. İstanbulun 39 ilçəsi arasında həyat keyfiyyəti indeksi sıralamasında 12-ci yeri tutur. Mərmərə dənizinə və adını daşıdığı Kiçikçəkməcə gölünə sahili var.[1]

Kiçikçəkməcə ilçəsinin tarixinin İstanbul tarixində geniş rolu olmuşdur. İstanbula hakim olan bir imperiya Kiçikçəkməcə bölgəsinə hakim oldu. Kiçikçəkməcənin yüksək hissələrində, bu gün Təpəüstü deyilən ərazidə Region adlı qədim bir şəhər olmuşdur. Roma İmperiyasını Bizansla birləşdirməyin ən vacib yollarından biri olan Egnatiya yolu, Regiondan keçirdi. Müxtəlif mənbələrdə bu bölgənin əsrin ortalarında baş verən böyük bir zəlzələ nəticəsində məhv edildiyi bildirildi.[2]

Kiçikçəkməcə ilçəsinin ən qədim yaşayış məntəqəsi Kiçikçəkməcə gölünün şimal hissəsindəki Yarımburqaz mağaralarıdır. Burada məskunlaşma Paleolit dövründən başlamışdır. Respublika dövründə 1950-ci ildən sonra əhalinin sıxlaşması başlamışdır.

Kiçikçəkməcə geniş düzənlikdə kələ-kötür ərazidə yayılmışdır. Dəniz və göl sahili var. Şimaldakı təpələrdə hündürlük 200 metrə çatır. Vadilər fərqli bir görünüşə sahibdir, ilçədəki göl, morfoloji quruluşuna görə laqun-tiplidir. Dünyanın nadir laqun göllərindən biridir və təbiətin möcüzələrindən biridir.

2009-cu ildən günümüzə qədər fəaliyyətlərinə davam edən Türkiyə Basketbol Federasiyası tərəfindən maliyyələşdirilən İstanbul infrastruktur liqalarında təmsil edən Küçükçekmece Basketbol Gənclik və İdman Klubu var. Rayonda Kiçikçəkməcə Mətin Oktay Stadionu adlı bir futbol stadionu var.

İlçədə 96 dövlət məktəbi var: 62 ibtidai məktəb, 10 Ümumi Lisey (4-ü xarici dili liseyi), 8 Peşə Liseyi, 4 Anadolu Liseyi və 15 özəl bağça. Bundan əlavə rayonda 1 Xalq Maarif Mərkəzi, 1 Təlim Tədris Mərkəzi, 1 Sağlamlıq Təhsil Mərkəzi, 1 Müəllim evi və 3 Mədəniyyət Mərkəzi var. Kiçikçəkməcə Bələdiyyəsi nəzdində Kiçikçəkməcə İfa Sənət Akademiyası adlı bir sənət akademiyası da vardır.

Rəsmi məktəblərlə yanaşı, 12 özəl məktəb də vardır. Bunlardan 4-ü uşaq bağçası, 3-ü ibtidai məktəb, 4-ü lisey və 1-i Akşam Liseyidir. Rayonda 3 universitet var: İstanbul Arel Universiteti, İstanbul Aydın UniversitetiSabahattin Zaim Universiteti.

  1. "Küçükçekmece Belediye Başkanı Kemal Çebi mazbatasını aldı". İstanbul Gerçeği (türk). 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2020.
  2. "Şehirler". www.yerelnet.org.tr (türk). 2012-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2020.