Qəhvə — Vikipediya
Qəhvə (ərəb. قهوة – "ehtiraslandıran içki") — qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içki. Dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur. Bu içki tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]İlk dəfə qəhvə Həbəşistanın cənub qərbində yerləşən Qaffa bölgəsində aşkar olunmuşdur. Sonralar Qəhvə Mərkəzi Ərəbistana gətirilir. Yəmənin cənub qərb hissəsində becərilir. Bu günə kimi də Yəmən dünyada ən böyük qəhvə istehsalçısıdır. Hazırda dünyada 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir.
Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır. Dənəciklər qovrulduqdan sonra üyüdülür. Üyüdülmüş qəhvə tozu su və qəndlə birlikdə qaynadılır və Yabana adlanan maye hazırlanır. Onu kiçik piyalədə içirlər.
Yohan Volfqanq Göte qəhvə dənəciklərini distillə etmək ideyasını verir. Bu ideyanı həyata keçirən zaman kimyaçı Fridlib Runq kofeini aşkar edir.
Tezliklə qəhvə Fars və Osmanlı İmperiyasına yayılır. 1517-ci ildə Yavuz Sultan Səlimin dövründə türk əsilli Özdəmir paşa Yəməndə içdiyi və çox sevdiyi qəhvəni İstanbula gətirməklə qəhvəni Avropaya ilk gətirən şəxs kimi tarixə düşür. Qahirəyə qəhvə ilk dəfə 1532-ci ildə gətirilimişdir. Paralel olaraq qəhvə Suriya və Kiçik Asiyaya da yayılır. Qəhvənin tətbiqi 1538-ci ildə Yəmənin işğalından sonra daha güclənir. 1554-cü ildə Osmanlı imperiyasında gedən çəkişmələrdən sonra İstanbulda qəhvə evi açılır. Buna baxmayaraq qəhvənin ölkədə rəsmi içki kimi qəbul edilməsi tənzimatın 1839-cu ildə apardığı islahatlara qədər davam etmişdir.
1573-cü ildə Almaniyalı həkim Leonard Rauvolf Aleppoda bu içkinin dadına baxır və 1582-ci ildə onun haqqında yazır.Başqa mənbələrə görə 1592-ci ildə Prospero Alpino tərəfindən qəhvə İtaliyaya gətirilir.
1645-ci ildə Venedihdə, 1650-ci ildə Oksfordda və 1652-ci ildə Londonda qəhvə evləri mövcud idi. Fransada ilk dəfə qəhvə evi 1659-cu ildə tikilir. Vyanada qəhvə evi 1683-cü ildə türklərə qarşı müharibədə ələ keçirilmiş 500 kisə qəhvə qənimətindən sonra açılmışdır. Bu evi türklərin əsiri olmuş polşalı Georg Kolşitçki təşkil etmişdir. Almaniyada qəhvə Fransadan gətirilir və ilk dəfə olaraq 1673-cü ildə Bremendə qəhvə evi təşkil olunur. Az keçməmiş bu bütün Almaniyanı bürüyür və XVII əsrin sonu böyük şəhərlərin əksəriyyətində qəhvə evləri fəaliyyət göstərirdi.
1899-cu ildə isveçrə kimyaçısı Maks Morqentaller qəhvə tozunu düzəldir. Həll olan qəhvə XX əsrin 40-cı illərindən başlayaraq geniş yayılır.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Qəhvə içkisi hazırlamaq üçün təbii qəhvə dənələrindən, üyüdülmüş təbii qəhvədən, tez hallanan qəhvə konsentratından və müxtəlif qəhvə içkilərindən istifadə olunur.Qəhvə içkiləri 3 əsas qrupa ayrılır:
- Tərkibində 5-35% təbii qəhvə olan içkilər.
- Kasnı bitkisinin kökü əlavə edilmiş içkilər.
- Tərkibində təbii qəhvə və kasnı bitkisi olmayan içkilər.
Qəhvə tozunun hazırlanması
[redaktə | mənbəni redaktə et]Ev şəraitində qəhvə içkisi hazırlamaq üçün çiy qəhvə dənələri istifadə olunmamalıdır. Ona görə də, qəhvə dənələri əvvəlcə qovrulur, sonra isə elektrik dəyirmanında üyüdülür. Bunun üçün ev şəraitində qəhvə dənələrini tavaya 2-3 sm qalınlığında yayıb tünd qəhvəyi rəng və özünəməxsus ətir kəsb edənə kimi qovururlar.Qovurulduqda qəhvə dənələrinin kütləsi 16-18% azalır, həcmi isə zülali maddələrin şişməsi hesabına artır. Qəhvə dənələri istifadə olunduqca tədricən yüyüdülməlidir, Bu zaman daha keyfiyyətli qəhvə içkisi alınır. Qeyd edək ki, hal-hazırda qəhvə tozu üyüdülmüş, hazır qablarda satışa buraxılır.
Təbii qəhvədən şərqsayağı qəhvə, qara qəhvə, süd və ya qaymaqla qəhvə, südlə bişirilmiş qəhvə, qatılaşdırılmış südlə qəhvə və digər içkilər hazırlanır.
Qəhvənin hazırlanma üsulları və növləri
[redaktə | mənbəni redaktə et]- Şərq üsulu kofe - cezve (türk) adlandırılan qabda hazırlanır. Hazırlanmasında tez-tez hill, darçın və başqa ədviyyatlardan istifadə olunur.
- Türk qəhvəsi, yalnız Türklər tərəfindən hazırlanan, özünə xas bişirmə və təqdim etmə şəkli olan qəhvə növüdür. Türk qəhvəsi deyilincə ağla ilk gələnlər köpük, telvə (türklər qəhvənin dibində qalan çöküntüyə telve deyirlər), cezve (qəhvədan) və fincandır.
- French Press hazırlanan. Frenç Press xüsusi kolbadır. Adətən şüşə və ya metal termos formasında olur. Hansında ki, ələklə porşen içkini qəhvə çöküntüsündən ayırır.
- Geyzer tipli qəhvədan (həmçinin neopolitan üsulu qəhvə). Geyzer tipli qəhvədanı, və ya moka, üç hissədən ibarətdir: alta su doldurulur, hansı ki, sonradan 1,5 atm təzyiq altında buxara çevrilir. Buxar sonradan yuxarı dar kanal üzrə qalxır və orta hissəyə tökülmüş üyüdülmüş qəhvədən keçir. Yuxarı hissəyə artıq hazır içki qalxır.
- Espresso - xüsusi espresso maşınının köməyi ilə alınır, hansında ki, üyüdülmüş qəhvə vasitəsilə təzyiq altında 9 atm. isti su temperatur 88-ə qədər qızdırılmış verilir — 91 °C
- Mırra - Türkiyənin Şanlıurfa bölgəsinə məxsus bir qəhvə növüdür. Bu qəhvə bir neçə dəfə dəmlənərək hazırlanır.
- Mocha ( Mokka ) - Yəməndə hazırlanan bir qəhvə növüdür. Bu qəhvə Latte-yə şokolad tozu və şəkər əlavə etməklə hazırlanır.
- Americano ( Amerikano ) - Amerikano Espressonun üzərinə biraz qaynar su əlavə edərək hazırlanır.
- Doppio ( Dopyo ) - Amerikanodan daha da sərt olan bir qəhvə növüdür.
- Cappuccino (Kapuçino) - Espressonun üzərinə qaynar süd və süd köpüyü əlavə edərək hazırlanır.
- Latte - Espressonun üzərinə buxarlandırılmış süt əlavə edilir.
- Macchiato ( Makiyato ) - Espressonun üzərinə qatılaşdırılmış süd və süd köpüyü əlavə etməklə hazırlanır. Bəzi barmenlər bu süt köpüyü üzərində müxtəlif rəsmlər çəkə bilirlər.
- Affoqato - dondurmalı qəhvə
Qəhvə süfrəsi
[redaktə | mənbəni redaktə et]Qara qəhvə tutumu 75–100 ml olan qəhvə fincanlarında və yaxud çini qəhvədanda süfrəyə verilir. Əgər süd və ya qaymaqla qəhvə verilirsə, onda 200 ml tutumlu fincanlardan istifadə edilir. Fincana 150 ml qəhvə, 50 ml süd və ya qaymaq tökülür.
Qəhvədana qəhvə 2–4 fincanlıq tökülür. Bu zaman qəhvədan əvvəlcə qaynanmış su ilə yaxalanmalıdır. Əgər qəhvə 100–mm-lik fincanda verilirsə, onda nəlbəkiyə qəhvə qaşığı qoyulur. Qəhvə fincanının əltutan yeri sol tərəfdə, qaşıq isə sağ tərəfdə olmalıdır. Bir neçə nəfərə xidmət etdikdə qəhvə fincanları podnosda gətirilir və qonağın sağ tərəfinə yaxınlaşıb ona qəhvə təklif edilir və yaxud qonağın sağ tərəfindən yaxınlaşıb süfrəyə qoyulur. Qəhvə yanında yalnız tikə qənd verilməlidir.
Kütləvi sürətdə qəhvə hazırladıqda süd və şəkər birbaşa içkiyə qatılır. Süd və qaymaqla qəhvə tutumu 200 ml olan stəkanlarda da verilə bilər. Şərqsayağı qəhvə isə hazırlandığı xüsusi qazançada süfrəyə verilir və süzülmədən fincanlara tökülür.
Qara qəhvə yanında soyuq qaynadılmış su da verilir. Qəhvə yanında konyak və likor verilə bilər.
Bəzən qəhvə stoluna süfrə salınmır. Hər qonağın qabağına kiçik rəngli dəsmal qoyulur, onun üstünə qəhvə fincanı, sol tərəfə desert boşqab və qəhvə dəsti qoyulur. Fincanın arxasına konyak və ya likor üçün qədəh qoyulur. Stolun ortasında vazada tort, pirojna, qovrulmuş fındıq və ya badam qoyulur.
Zərərləri
[redaktə | mənbəni redaktə et]Qəhvə faydalı olmaqla yanaşı aludəçilik yaradır və müəyyən zərərləri var. Ona görə də bəzi insanlar qəhvədən istifadə edərkən ehtiyatlı olmalıdırlar.
Qəhvənin çox istifadə olunması ürəyə zərər göstərir. Qəhvənin tərkibindəki kafein ürək döyüntülərində qeyri tarazlıqlar yaradır, ürəyin tez-tez döyünməsinə səbəb olur. Məhz buna görə də ürək xəstələri qəhvədən az istifadə etməlidir.
Yüksək təzyiq
[redaktə | mənbəni redaktə et]Aparılan təcrübələr göstərmişdir ki, həddindən artıq qəhvə içmək qan təzyiqinin yüksəlməsinə səbəb olur.
Mədədə problemlər
[redaktə | mənbəni redaktə et]Qəhvə, mədə xorası və qastrit kimi xəstəliklər törədir. Bu cür xəstələrin qəhvədən çox istifadə etməsi narahatlıqların daha da artmasına və pisləşməsinə səbəb olur. Çünki, qəhvə mədəni qıcıqlandırır və mədə turşu ifraz etməyə başlayır.
Miqren
[redaktə | mənbəni redaktə et]Miqren və qəhvə tamamilə bir-birinə ziddir. Qəhvənin tərkibindəki qarışıqlar beyində olan hüceyrələrə təsir edir və migren ağrıları yaradır.
Mineral və vitanmin
[redaktə | mənbəni redaktə et]Qəhvənin tərkibindəki kafein orqanizmin dəmiri saxlamasına imkan vermir və kalsiumun bədəndən sidik yolu ilə çıxmasına səbəb olur. Bütün bunlar sümük əriməsi riskini çoxaldır.
Doğuş
[redaktə | mənbəni redaktə et]Qəhvənin tərkibində olan kafein səbəbilə gündə 3 stəkandan çox qəhvə içən xanımlarda doğuş faizi aşağı düşür. Qəhvə kişilərə tamamilə əks təsir göstərir və spermaları gücləndirir.
Hamiləlik dövründə qəhvə içmək
[redaktə | mənbəni redaktə et]Qəhvədəki kafein ana bətnindıki körpəyə zərərlidir. Buna görə hamilə qadınlar qəhvədən istifadə edərkən ehtiyatlı olmalıdır
Mənbə
[redaktə | mənbəni redaktə et]- Çay və Qəhvənin zərərləri Arxivləşdirilib 2010-10-10 at the Wayback Machine