Kotavan (Ağdaş) — Vikipediya
Kotavan | |
---|---|
40°22′31″ şm. e. 47°25′52″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdaş rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 6 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0320[1] |
Kotavan — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kotavan kənd inzibati ərazi dairəsində kənd.[2] Kür çayının sahilində, Şirvan düzündədir.
Etimologiyası və tarixi
[redaktə | vikimətni redaktə et]Kotavan kəndi 1913-cü ildə Gəncə quberniyasının inzibati-ərazi bölgüsünə görə Ərəş qəzasının Kotavan kənd cəmiyyətinə tabe idi .
Kənd 1926-cı ildə Azərbaycan SSR-in inzibati ərazi bölgüsünə görə Göyçay qəzasının Ləki dayağına tabe idi.
İnzibati bölgü islahatlarından və qəzalar ləğv edildikdən sonra 1929-cu ildə Azərbaycan SSR-in Ağdaş rayonunda Kotavan kənd soveti yaradıldı .
1961 və 1977-ci illərin inzibati ərazi bölgüsünə görə Kotavan kəndi Azərbaycan SSR Ağdaş rayonu Kotavan kənd Sovetinin tərkibində olmuşdur .
1999-cu ildə Azərbaycan Respublikasında inzibati islahat aparıldı və Ağdaş rayonunun Kotavan bələdiyyəsi yaradıldı .
Keçmişdən adını saxlayan kəndin əsasını "Qasımuşağı" nəsli qoymuşdur. Yerli əhalinin məlumatına görə, kənd əvvəlcə Qarabağda olmuş, XVIII əsrdə indiki yerə köçürülmüşdür. Hazırda Ağdam rayonunun "Boyəhmədli" və Bərdə rayonunun "Məşədi İbişli" kəndlərinin ərazisində Kotavan arxı adlı yer mövcuddur. Bəzi tədqiqlərə görə, kəndin adı qədim Türk tayfasının adından, yəni Kut və məkan bildirən -van şəkilçisindən ibarət olub (-i bitişdirici saitdir), "Kuti van" "Qut'ların yeri" mənasındadır.
Digər yanaşmaya görə Kür çayının tez-tez daşması ilə əlaqədar yerinin dəyişməsi, bəzən "Kür-tavan" şəklində adlandırılmasına səbəb olmuşdur.
A.Bakıxanov «Gülüstani-İrəm» əsərində keçmişdə kənddə möhkəm qalanın olduğunu yazırdı. İstər yazılı abidələrin, istərsə müasir monqol, buryat, uyğur dillərində xota/xotan/xoton/xot sözləri "Şəhər", "kənd", "Şəhər divarı" mənalarını ifadə edir. Van komponenti isə Qafqaz, Yaxın və Orta Şərq toponimiyasında "ev", "yer", "ölkə", "yaşayış məntəqəsi" və s. mənalarda işlənir. Odur ki, kəndin adını "kənd yeri", "yaşayış məskəni" kimi də izah etmək olar.[3]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
3. A.A.Bakıxanov – Gülüstani-İrəm
Ağdaş rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |