Yuxarı Ağcayazı — Vikipediya
Yuxarı Ağcayazı | |
---|---|
40°42′21″ şm. e. 47°30′46″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0331 |
Yuxarı Ağcayazı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd Sovetinin Yuxarı Ağcayazı kəndi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndi Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Ağdaşda iki eyniadlı kənd olduğu üçün birinci komponent həmin yaşayış məntəqələrini fərqləndirmək məqəsdi ilə işlədilir. Toponim türk mənşəli "ağca" — rəng, "yazı" isə — çöl, düz, düzənlik mənasını ifadə edir.[4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Kənd 1712-ci ildə yaranmışdır.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd rayon mərkəzindən 27 km aralı, Şirvan düzündə yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi 641 nəfərdir
Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]- Heydərov Arif Nəzər oğlu – Azərbaycan SSR daxili işlər naziri
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Kəndin ərazisi 717 ha, kənddəki təsərrüfatların sayı 200-dür. Əhali əsasən əkinçilik, maldarlıq və meyvə-tərəvəzçiliklə məşğul olur.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kənddə klub və kitabxana[5] mövcuddur.
Təhsil
[redaktə | mənbəni redaktə et]Kənddə tam orta məktəb fəaliyyət göstərir.
Din
[redaktə | mənbəni redaktə et]Səhiyyə
[redaktə | mənbəni redaktə et]Kənddə feldşer-mama məntəqəsi var.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-06.
- ↑ "Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
- ↑ Yuxarı Ağcayazı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ "Arxivlənmiş surət". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Ağdaş rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |