Kuril adaları — Vikipediya
Kuril adaları | |
---|---|
Курильские острова | |
Ümumi məlumatlar | |
Adaların sayı | 56 |
Ümumi sahəsi | 10500 km² |
Hündür nöqtəsi | 2339 m |
Əhalisi | 19.276 nəfər (2010-cu il) |
Yerləşməsi | |
46°30′00″ şm. e. 151°30′00″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriya | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Kuril adaları – Kamçatka y-a ilə Hokkaydo a. arasında adalar qrupu. Oxot dənizini Sakit okeandan ayırır. 30-dan çox böyük (İturup, Urup, Kunaşir, Paramuşir və s.), çoxlu kiçik ada və qayalardan ibarətdir. Uz. təqr. 1200 km, sah. təqr. 10.5 min. km2. Adalar vulkan mənşəlidir, vulkanik və metamorfik süxurlardan təşkil olunmuşdur. Tez-tez zəlzələlər olur. Çoxlu vulkan (o cümlədən təqr. 40-dan çox püskürən) var. Faydalı qazıntıları: kükürd, mis, qızıl, qalay. Səthi dağlıqdır. İqlimi mülayim soyuq, mussondur. Çoxlu göl, çay və isti bulaq var. Bitkiliyi tundra tiplidir. Dəniz heyvanları (dəniz şirləri, nerpa və s.) və balıqlarla zəngindir. Balıq sənayesi mövcuddur.
Şimaldan cənuba ən əhəmiyyətli adalar
[redaktə | vikimətni redaktə et]Rusiya Federasiyasına məxsus və 1200 kilometr uzanan Kuril adası Sakit Okeanla Oxot dənizini bir-birindən ayıran 56 adadan ibarətdir. Adada əsasən, ruslar, ukraynalılar, belaruslar, koreyalılar və tatarlar yaşayırlar. Əsas məşğuliyyət balıqçılıqdır.
Yaponiya sözü gedən 4 adanı "Şimal əraziləri" adlandırıb Yaponiyaya geri qaytarılmasını tələb edir. Lakin əslində məhz elə bu "Şimal əraziləri" termininin özü bir çox problemlərə səbəbdir.
Adı | Sahəsi, km² | Maksimsl hündürlük, m | Eni | Uzunluğu | Havanın orta illik temperaturu | Aktiv temoeraturun qiyməti |
---|---|---|---|---|---|---|
Böyük Kuril cərgəsi | ||||||
Şimal qrupu | ||||||
Atlasov | 150 | 2339 | 50°52' | 155°34' | — | — |
Şumşu | 388 | 189 | 50°45' | 156°21' | — | — |
Paramuşir | 2053 | 1816 | 50°23' | 155°41' | 1,5 | — |
Ansiferov | 7 | 747 | 50°12' | 154°59' | — | — |
Makanruşi | 49 | 1169 | 49°46' | 154°26' | — | — |
Onekotan | 425 | 1324 | 49°27' | 154°46' | — | — |
Xarimkotan | 68 | 1157 | 49°07' | 154°32' | — | — |
Çirinkotan | 6 | 724 | 48°59' | 153°29' | — | — |
Ekarma | 30 | 1170 | 48°57' | 153°57' | — | — |
Şiaşkotan | 122 | 934 | 48°49' | 154°06' | — | — |
Mərkəzi qrup | ||||||
Raykoke | 4,6 | 551 | 48°17' | 153°15' | — | — |
Matua | 52 | 1446 | 48°05' | 153°13' | — | — |
Rasşua | 67 | 948 | 47°45' | 153°01' | — | — |
Uşişir adaları | 5 | 388 | — | — | — | — |
Ruyponkitya | 1,3 | 121 | 47°32' | 152°50' | — | — |
Yankiç | 3,7 | 388 | 47°31' | 152°49' | — | — |
Ketoy | 73 | 1166 | 47°20' | 152°31' | — | — |
Simuşir | 353 | 1539 | 46°58' | 152°00' | — | 518[1] |
Brouton | 7 | 800 | 46°43' | 150°44' | — | — |
Çornıye Bratya adaları | 37 | 749 | — | — | — | — |
Çirpoy | 21 | 691 | 46°30' | 150°55' | — | — |
Brat-Çirpoev | 16 | 749 | 46°28' | 150°50' | — | — |
Cənub qrup | ||||||
Urup | 1450 | 1426 | 45°54' | 149°59' | 2,2 | 700–540[2] |
İturup | 3318,8 | 1634 | 45°00' | 147°53' | 4,3 | 1 350 |
Kunaşir | 1495,24 | 1819 | 44°05' | 145°59' | 4,7 | 1 700 |
Kiçik Kuril cərgəsi | ||||||
Şikotan | 264,13 | 412 | 43°48' | 146°45' | 5,0 | 1650 |
Polonski | 11,57 | 16 | 43°38' | 146°19' | — | — |
Oskolki adaları | 0,2 | 38 | 43°35' | 146°25' | — | — |
Zelyonı | 58,72 | 24 | 43°30' | 146°08' | — | — |
Tanfilev | 12,92 | 15 | 43°26' | 145°55' | — | — |
Yuri | 10,32 | 44 | 43°25' | 146°04' | — | — |
Dyomin adaları | 0,7 | 34 | 43°25' | 146°10' | — | — |
Anuçin | 2,35 | 33 | 43°22' | 146°00' | — | — |
Kuril adasının tarixi
[redaktə | vikimətni redaktə et]İkinci Dünya müharibəsi başlayarkən, birlikdə müharibəyə girmək istəməyən tərəflər — Rusiya və Yaponiya 1941-ci ildə bitərəflik haqqında saziş imzalayırlar. Lakin 1945-ci ildə ABŞ-nin əvvəlcə Xirosima, daha sonra isə Naqasakiyə atom bombası atmasından sonra Rusiya bitərəflik haqqında sazişi pozaraq Yaponiyaya qarşı müharibəyə elan edir. Məğlub olacağını anlayan Yaponiya Potsdam bəyannaməsini imzalayaraq müttəfiq qüvvələrə təslim olur. Bundan sonra Yaponiyanın bütün torpaqları müttəfiq qüvvələr tərəfindən ələ keçirilmişdir. Müttəfiq qüvvələr belə qərara gəlirlər ki, Yaponiya, ABŞ, Tayvan, Çin, Saxalin və Kuril adaları isə Sovet İttifaqı müstəmləkəsinə çevrilsin. Bundan cəsarətlənən SSRİ ən böyükləri — Xabomay, Şikotan, Etorofu və Kunaşir olan adalardan ibarət adalar qrupu — Kurili ələ keçirir. Bu hadisələrin baş verməsindən günümüzə qədər olan dövrdə tam həll olunmayan bu məsələ İkinci dünya müharibəsindən sonra Yaponiya və Rusiya arasında razılaşma olmasına maneçilik törətmişdir.
Siyasi vəziyyət
[redaktə | vikimətni redaktə et]1855-ci ildə ələ Yaponiya Kuril adalarını ələ keçirsə də,2-ci Dünya Müharibəsinin sonunda Sovet İttifaqı ada üzərində nəzarətə sahib olmuşdur. Baxmayaraq ki, bu ada təbii cəhətdən bir o qədər zəngin deyil, amma Yaponiya tərəfi ada üzərindəki suverenlik məsələsində inadla öz mövqeyini bildirirdi. Ada əhalisi arasında keçirilən ictimai sorğu nəticəsində isə belə bir maraqlı nəticə olmuşdur ki, hətta adada yaşayan rusların çoxu belə Yapon hakimiyyətinə keçməyə razı olduqlarını bildirmişdilər. 2-ci Dünya müharibəsindən sonra adadakı mövcud həyat standartları bir o qədər yaxşı deyil və onun bərpa olunacağına da bir o qədər ümid yoxdur. Məsələni çətinləşdirən digər amil isə adadakı 100 vulkandan 35-nin fəaliyyətdə olmasıdır.
2000-ci ildə 3 günlük Yaponiya ziyarəti edən Vladimir Putin belə bir bəyanat vermişdir: "Hökumətdən adanın Yaponiyaya veriləcəyinə dair bir söz belə eşitmisinizmi? Biz sadəcə görüşmələr edirik".
Keçmiş Rusiya prezidentlərindən Yeltsinin 1997-ci ildə imzaladığı bir müqavilədə adaların Yaponiyaya geri qaytarılması məsələsi əks olunmuşdur. Bildirilir ki, 1996–1997-ci illərdə Yaponiya baş naziri Hoşimotonun etdiyi Moskva ziyarəti ərzində Yeltsin ada qarşılığında Yaponiya tərəfindən 30 milyard dollar istəmişdir. Lakin Yaponiya tərəfi bu pul miqdarının çox olduğunu bildirmişdir.
Yapon televiziya kanalı "Asahi"yə verdiyi müsahibədə keçmiş baş nazir İosiro Mori isə 2004-cü il Mart ayında Putinlə etdiyi görüşmələrdə Kuril adalarının Yaponiyaya qismən qaytarılması mövzusunda qismən anlaşdıqlarını açıqlamışdır. Kuril adaları üzərindəki mübarizənin isə 2 səbəbi olduğu qeyd edilir:siyasi və iqtisadi. Qarşılıqlı bəyanatlar və danışıqlar isə onu göstərir ki, bu mövzu hələ uzun müddət iki ölkə arasında problem olaraq qalacaqdır. Baxmayaraq ki, 1956-cı ildə SSRİ adalardan ikisini Yaponiyaya vermək istəsə də, bu cəhd ABŞ-nin təzyiqi nəticəsində uğursuzluqla nəticələnmişdir. Bu təzyiqin səbəbi isə Yaponiya-Rusiya münasibətlərində ola biləcək yaxınlaşmaya maneçilik törətmək idi. Əslində ABŞ-nin bu mövqeyi indi də dəyişməyib. Çinin getdikcə daha da böyüyən siyasi və iqtisadi istəklərinin həm Rusiya, həm də Yaponiya baxımından bir təhdid meydana gətirməsi də digər bir həqiqətdir. "İzvestiya" qəzeti də belə qeyd etmişdir ki, Çin Yaponiyanı "qazanmaq" üçün bir sıra kiçik adaları da fəda etməyə çalışır.
2012-ci ildə Rusiya və Yaponiyada hakimiyyət dəyişiklikləri baş verir. Bu sonraki Rus-Yapon münasibətlərinin inkişafına çox böyük töhfə vermiş olur. Lakin Adalarla bağlı hər hansısa bir irəliləyişə nail olunmur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət" (PDF). 2016-03-28 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-28.
- ↑ "Экология. Биологическая составляющая охраны природы и рационального природопользования на Дальнем Востоке: ВВЕДЕНИЕ "". 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-28.