La-Pas (Boliviya) — Vikipediya
Paytaxt | |
La-Pas | |
---|---|
La Paz Chuqiyapu | |
16°29′45″ c. e. 68°08′00″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 20 oktyabr 1548 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 3.640 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +591 2 |
Poçt indeksi | 0201–0220 |
Digər | |
lapaz.bo | |
Vikianbarda əlaqəli mediafayllar |
La Pas, tam adı Nuestra Senyora de la Pas (isp. La Paz, Nuestra Señora de La Paz, aym. Chuqi Yapu)[2] — Boliviyada şəhər, ölkənin faktiki paytaxtı (1898-ci ildən), həmçinin La Pas departamentinin inzibati mərkəzi.
Şəhər əhalisi şəhərətrafı əhali ilə birlikdə 1 609 000 nəfərdir.
Boliviyanın rəsmi paytaxtı Sukre olmasına baxmayaraq La Pasda dövlət idarələrinin çoxu, o cümlədən prezident iqamətgahı yerləşir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]La Pas eyniadlı çayın sahilində, dəniz səviyyəsindən 3 600 metr hündürlükdə yerləşir. Şəhər bir neçə milyon il bundan əvvəl sönmüş vulkanın kraterində salınıb. Yüksəklikdə yerləşdiyinə görə iqlimi sərindir. Ən isti ayı — noyabr (+15 °C), əb soyuq ayı -iyul (+7 °C).
Tarixi
[redaktə | mənbəni redaktə et]Şəhər 1548-ci ildə Alonso de Mendoso tərəfindən qədim hindu qəsəbəsi Çukiaqonun yaxınlığında salınıb, ilk adı Nuestra Senyora de la Pas idi (Nuestra Señora de La Paz — "Bizim sülh anamız"). 1898-ci ildə ölkənin faktiki paytaxtına çevrilir. Tarixən çox sayda qiyamların, inqilabların və dövlət çevrilişlərinin şahidi olub.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Şəhərdə yeyinti, yüngül və tütün sənayesi müəssisələri yerləşir. Dəmiryol xətti var, beynəlxalq aeroporta malikdir.
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]La Pas ən yüksəklikdə yerləşən milyoner şəhər və paytaxtdır. El Alto Beynəlxalq Aeroportu ən yüksəklikdə yerləşən beynəlxalq aeroportdur (dəniz səviyysindən 4050 metr yüksəklikdə).
Yüksəkliyə görə La Pasda su 88 °C-də qaynayır (190 °F).
La Pas şəhərinin mərkəzi avtobus stansiyası Eyfel qülləsinin layihəçisi Qustav Eyfel tərəfindən layihələndirilib.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- La Pasın bələdiyyə saytı Arxivləşdirilib 2008-08-28 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 archINFORM (alm.). 1994.
- ↑ Yaticha Kamani / Ministerio de Educación, Aymara aru thakhinchawi, Chuqi Yapu 2011