Möhsün Həştrudi — Vikipediya

Möhsün Həştrudi
Möhsün Şeyx İsmayıl oğlu Həştrudi
Doğum tarixi 13 dekabr 1908(1908-12-13)
Doğum yeri
Vəfat tarixi 4 sentyabr 1976(1976-09-04) (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
İş yerləri
Təhsili
Elmi rəhbəri Elie Kartan[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Möhsün Həştrudi (13 dekabr 1908, Təbriz4 sentyabr 1976, Tehran) — azərbaycanlı şair, alim, riyaziyyatçı.

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Həştrudi Möhsün İsmayıl oğlu 1907-ci il dekabrın 13-ü Təbriz şəhərində anadan olub. Orta təhsilinə Təbrizdə başlayır. Sonradan isə Tehrana köçərək burda məşhur Darülfünun məktəbində oxuyaraq 1925-ci ildə həmin məktəbi bitirir. 1936-cı ildə Sarbonna Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsi alır. Onun doktorluq müdafiəsi Difernsial Həndəsə mövzusuna həsr olunub.[2]

Doktorluq dərəcəsini aldıqdan sonra İrana geri dönür. TəbrizTehran universitetlərində fəaliyyət göstərir. Bütün fəaliyyəti ərzində daima beynəlxalq elmi assosiasiyalar ilə əlaqə saxlamışdır. Bir müddət Harvard universitetində mühazirələr verib.

Atası Şeyx İsmayıl Şeyx Məhəmməd Xiyabaninin məsləhətçisi olmuşdur.

Rübab adlı xanımla ailə həyatı qurmuş və bu evlilikdə Frenk, Fariba və Ramin adlı övladları dünyaya gəlmişdir.

Möhsün Həştrudi 1976-cı il sentyabrın 4-də 68 yaşında ürək tutmasından dünyasını dəyişib. O, Tehranın "Beheşt Zəhra" qəbiristanlığında 824 nömrəli məzarda dəfn olunub.

Möhsün Həştrudinin Təbrizdəki heykəli.

Professor Möhsün Həştrudinin xatirəsinə Həştrud şəhərinin girişində, 2018-ci ilin fevral ayında isə Təbrizin "Fələkeyi Danişgah" meydanında heykəli ucaldılıb.[3][4]

İran Riyaziyyatçılar Cəmiyyətinin bir mükafatı məhz Möhsün Həştrudinin adını daşıyır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Möhsün Həştrudinin həyatı

  1. Mathematics Genealogy Project (ing.). 1997.
  2. "Arxivlənmiş surət". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-23.
  3. "Təbriz parkları". 2018-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-21.
  4. "Azərbaycanlı alimin heykəli ucalıdıldı". 2018-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-21.