Behişti-Zəhra — Vikipediya
Qəbiristanlıq | |
Behişti-Zəhra | |
---|---|
fars. بهشت زهرا | |
Ölkə | İran |
Yerləşdiyi yer | Tehran |
Əsası qoyulub | 25 iyul 1970 |
Sahəsi |
|
Sayt | beheshtezahra.tehran.ir |
35°32′11″ şm. e. 51°22′13″ ş. u.HGYO | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Behişti-Zəhra (fars. بهشت زهرا — behešt-e zahrâ) — Dünyanın və İranın ən böyük qəbiristanlıqlarından biri.
Tarixi
[redaktə | mənbəni redaktə et]Tehranın sürətlə böyüməsi və şəhər rəhbərliyinin məscidlərdə dəfn praktikasını yığışdırmaq, bunu vahid bir yerdə cəmləmək istəyi yeni qəbiristanlığın açılmağına səbəb olur. Tehrandan 6 km cənubda yerləşən qəbiristanlıq 25 iyul 1970-ci ildə açılır. Qəbiristanlıq İmam Əlinin həyat yoldaşı Fatimeyi-Zəhranın şərəfinə ”Behişti-Zəhra” adlandırılıb. Burada İran-İraq müharibəsinin şəhidləri və o cümlədən bir çox dini və siyasi liderlərin məzarları yerləşir. Qəbiristanlığın 1979-cu il inqilabı tarixində xüsusi yeri var. İnqilabın banisi ayətullah Xomeyni 1979-cu ildə İrana qayıdanda kütlə qarşısında ilk çıxışını şah rejiminə qarşı mübarizədə həlak olmuş şəxslərin şərəfinə məhz bu qəbiristanlıqda edib[2].
Ümumi məlumatlar
[redaktə | mənbəni redaktə et]Qəbiristanlığın ümumi ərazisi 534 hektardır. Burada 1.600.000 insan dəfn olunub. Qəbiristanlıqda orta hesabla hər gün 150 insan dəfn olunur. Orta hesabla qəbiristanlığa hər gün 15 min insan ziyarətə gəlir.[2]
Qəbiristanlıqda quraşdırılmış xüsusi avadanlıq sayəsində ziyarətə gələnlər mobil telefonun bluetooth sistemi ilə istədikləri qəbiri və ya yeri asanlıqla tapa bilirlər[2].
2009-cu il hadisələri
[redaktə | mənbəni redaktə et]2009-cu ildə İranda keçirilən prezident seçkilərində Mahmud Əhmədinejad qələbə qazandı. Ancaq islahatçı namizədlər Mir Hüseyn Musəvi və Mehdi Karrubi səslərin hesablanmasında pozuntulara yol verildiyini irəli sürərək onları dəstəkləyənləri küçələrə çıxmağa çağırdılar. Bundan sonra başda paytaxt Tehran olmaqla, yüz minlərlə insanın iştirak etdiyi kütləvi etiraz aksiyaları təşkil edildi. Hökumət əvvəlcə polis, sonradan isə İnqilab Keşikçiləri nəzdindəki Bəsic qüvvələrinin gücü vasitəsilə nümayişlərə müdaxilə etdi. Etirazlar nəticəsində 70-dən çox insan həlak oldu. Müsəvi və Karrubi ev dustağı edildi[3].
2009-cu il etirazlarında zindanlarda işgəncələr altında həlak olmuş 44 nəfərin meyitinin gizli şəkildə basdırılması faktı öz etirazlardan bir müddət sonra öz təsdiqini tapır. Hadisə həm İranda, həm də dünyada böyük əks-səda doğurur. Tezliklə "Behişti-Zəhra" qəbristanlığının o dövrdəki baş direktoru Mahmud Rzaianı tutduğu vəzifədən azad edirlər. İlk dövrlər ittihamları qəbul etməsələr də daha sonra bu etiraf olunur və araşdırma komissiyası yaradılır. Parlament araşdırma komissiyasının üzvü Həmidrza Katuzian deyib: "Son hadisələrdə həlak olanların kütləvi şəkildə gizlicə basdırılması məsələsini bəzi deputatlarla müzakirə etmişik". Deputat bu qəbristanlığın 302-ci bölümündə kimliyi müəyyənləşdirilməmiş meyitlərin basdırıldığını təsdiq edib[3].
2009-cu il etirazlarının simvoluna çevrilmiş Nida Ağa Sultan da məhz Behişti-Zəhra qəbiristanlığında dəfn edilib. Nidanın dəfni və 40 mərasimi böyük izdihamla müşahidə olunub. 40 mərasiminə qatılıb qəbrinə qərənfil qoyan rejissor Cəfər Pənahi və həmkarı Məhnaz Muhammədi polis tərəfindən həbs edilib. Polis həmçinin prezidentliyə namizəd Mir Hüseyn Musəvinin məzara yaxınlaşmasına izin verməyib və başqa bir namizəd Mehdi Kərrubinin çıxış etməsinə mane olub[4].
Qəbiristanlıqda dəfn olunan məşhurlar
[redaktə | mənbəni redaktə et]- Məhəmməd Said
- Əmir-Abbas Hoveyda
- Fərruxru Parsa
- Məhəmmədibrahim Əmir Teymur
- Nadir mirzə Cahanbani
- Cavad Fakuri
- Hüseyn Fərdust
- Nurəddin Kiyanuri
- Məryəm Fərmanfərmaiyan
- Məhəmməd Behişti
- Məhəmmədəli Rəcai
- Ruhullah Xomeyni
- Abbasəli Əmid Zəncani
- Əli Əkbər Haşimi Rəfsəncani
- Abbas Duzduzani
- Möhsün Həştrudi
- Əbdülhüseyn Zərrinkub
- Firidun Müşiri
- Yəhya Ədl
- Firudin Adəmiyyət
- Məhəmmədəmin Riyahi
- İrəc Əfşar
- Simin Behbəhani
- Məhəmmədəli Sepanlı
- Nasir Purpirar
- Qurban Süleymani
- Məhəmməd Nuri
- Cəmilə Şeyxi
- Kazım Əfrəndniya
- Yədulla Səmədi
- Nasir Hicazi
- Arif Quluzadə
- Bəhman Gülbarnəjad
- Reyhanə Cabbari
- Üskülü Mərziyyə
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://beheshtezahra.tehran.ir/Default.aspx?tabid=224.
- ↑ 1 2 3 "Behişti-Zəhra". 2021-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-02.
- ↑ 1 2 "İranda etirazlar". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-02.
- ↑ Nida Ağa Sultaninin qəbrinə qərənfil qoyan Cəfər Pənahi və Məhnaz Muhammədi həbs olundular[ölü keçid]