Məhəmməd Said — Vikipediya

Məhəmməd Saed Mərağeyi
fars. محمد ساعد مراغه ای
bayraq
Baş nazir
6 aprel 1944, 9 noyabr 1948 – 25 noyabr 1944, 23 mart 1950
ƏvvəlkiƏli Süheyli-Əbdülhüseyn Həjir
SonrakıMürtəzaqulu Bayat-Əli Mənsur
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tiflis, Rusiya imperiyası və ya Marağa, İran
Vəfat tarixi
Vəfat yeri Tehran, İran
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat
Atası Məhəmmədkazım Qazi
Dini şiəlik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Saed Mərağeyi (fars. محمد ساعد مراغه‌ای‎; 28 aprel 1881, Marağa, Şərqi Azərbaycan ostanı2 noyabr 1973, Tehran) — iki dəfə İranın Baş Naziri, səkkiz dəfə Xarici İşlər Naziri, bir dəfə Daxili İşlər naziri, dörd dəfə xarici ölkələrdə səfir, dörd dəfə Senat Məclisi və bir dəfə Məclisin nümayəndəsi olmuşdur.

Məhəmməd Saed (Saed-ül-Vüzarə) Marağada[1] və ya da Tiflisdə[2] anadan olmuşdur. Əslən azərbaycanlı, atası Məhəmmədkazım Qazi idi.[3] Atası və babası Azərbaycanın yüksək səviyyəli münsif və hakimlərindən idi. İsveçrənin Lozann Universitetində təhsil almışdır.

Məhəmməd Saidin uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M. S. Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehranda nəşr etdirdiyi "Siyasi xatirələr"ində 1918-ci il mart faciələri günlərində şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir. Qanlı mart hadisələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi şəhəri kütləvi surətdə tərk etməyə başlamışdır. M. S. Marağayi böyük çətinliklə şəhərə giriş-çıxışa qadağa qoymuş erməni-bolşevik hökumətindən sərnişinlərlə dolu gəmilərin İran limanlarına yola salınmasına icazə almışdır. Bir neçə gün ərzində 5 mindən 10 minə qədər insan — İran təbəələri və yerli müsəlmanlar Bakını tərk edərək Astara, Ənzəli və İranın digər şəhərlərində sığınacaq tapmışlar. FTK-nın sənədlərindən məlum olur ki, Bakıda iranlı təbəələrin və şəxsən İran konsulunun özünün təqib olunması sonrakı aylarda da, türk-Azərbaycan qoşunları şəhəri azad edənədək davam etmişdir.

1918-ci ilin əvvəlində yalnız Bakı və onun ətraf kəndlərində 70 minə yaxın əksəriyyəti etnik azərbaycanlı olan İran vətəndaşları işləyir və yaşayırdı. İstər sayına, istərsə də şəhərin sosial-iqtisadi həyatının müxtəlif sahələrində tutduqları mövqeyə görə onlar Bakı cəmiyyətinin əhəmiyyətli hissəsini təşkil edirdilər. Kifayət qədər fəal və işgüzar bir insan olan İran konsulu Məhəmməd Said-əl Vəzarə Marağayi isə şəhərin rəsmi və ali dairələrə daxil olan tanınmış və hörmətli xarici diplomatlardan biri hesab olunurdu. O, Azərbaycan və rus dillərini yaxşı bilir, yerli adamlarla öz dillərində danışır və nitqlər edirdi.

Bakıda yaşayan İran vətəndaşlarının arasında İranla Qafqaz şəhərləri arasında ticarətin ayrı-ayrı sahələrinə nəzarət edən və şəhərdə öz kontorları, daşınmaz əmlakı, mağazaları və s. olan milyonçular, iri və orta tacirlər zümrəsi var idi. Çoxsaylı xırda iranlı tacirlər də şəhərin ticarət həyatında əhəmiyyətli rol oynayırdılar. Bu əhali qrupunun daha böyük hissəsi isə neft sənayesində, əsasən, qara fəhlə işləyirdi. Eyni zamanda şəhərdə yüzlərcə bədbəxt, yaşamaq üçün hər növ vəsaitdən məhrum olan və Bakının küçələrində dilənçi həyatı keçirən "iranlılar" var idi. Tamamilə aydındır ki, Bakının mərkəzi küçələrini və yaşayış məhəllələrini əhatə edən 1918-ci il qanlı mart hadisələri İran vətəndaşlarının özlərindən, eləcə də onların əmlakından yan keçə bilməzdi. Təsadüfi deyil ki, küçə döyüşlərinin və atışmalarının ilk qurbanları əksər hallarda məhz bu evsiz-eşiksiz insanlar, "Əlahəzrət İran şahının" təbəələri oldular. Hadisələrdən az sonra həm İranda, həm də Bakıda çıxan İran qəzetləri bu haqda dəfələrlə yazmaqla, əsas günahı öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyi bacarmamış İran konsulunda görürdülər, halbuki mart hadisələrinin ikinci günü erməni quldurlarından gizlənən yüzdən artıq İran vətəndaşlarının sığınacaq tapdığı İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən ələ keçirilmiş, konsulun özü, konsulluğun əməkdaşları ilə birlikdə əsir götürülmüşdü. Yalnız Məhəmməd Said-əl Vəzarənin Bakı Sovetinə dəfələrlə müraciətindən sonra əsir İranlı vətəndaşları azad etmək mümkün olmuşdu və bu zaman konsulun özü də daxil olmaqla bu insanlara konsulluğun binasını tərk etməmək əmri verilmişdi. (Bayat Kave. Qafqaz üzərində fırtına. İranın müstəqilliyin ilk dövründə Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları ilə regional münasibətləri. 1917–1921, Tehran, 2001, s..39 (fars dilində).) Lakin bolşeviklərin xəbərdarlığına baxmayaraq, İran konsulu bir neçə rus dənizçisi ilə birlikdə Bakının küçələrinə çıxaraq, müsəlmanların müdafiə olunduğu İçəri Şəhər Qalasına gəlmiş və Qalanı toplardan atəşə tutan Xəzər donanmasının rus əsgər və matrosları tərəfindən hərbi əməliyyatların dayandırılması üçün həqiqətən çox səy göstərmişdi. (AR Pİİ SSA, f.277, siyahı 2, iş14, v.1–4.) Lakin, Said-əl Vəzarənin bolşeviklərlə danışıqları zamanı "günahsız müsəlman, qadın və uşaqlara qarşı vəhşiliklərin dayandırılması", habelə "müharibədə iştirak etməyən yüzlərlə İranlı vətəndaşların ölümünə səbəb olan şəhərin bombalanmasına dərhal son qoyulması" kimi tələbləri eşidilməmiş qalmışdı. (Marağayi Said Məhəmməd. Siyasi xatirələr. Tehran, 1994, s. 49 (fars dilində).)

Artıq qeyd edildiyi kimi, mart faciələri günlərində həlak olmuş müsəlmanların arasında çoxlu sayda İran vətəndaşları var idi və İran qəzetləri hadisələrdən sonra dərhal vətənə qayıtmağa müvəffəq olmuş öz vətəndaşlarının son məlumatlarına istinad edərək, iddia edirdilər ki, "müharibənin 3–4 günü ərzində 2000 nəfər qətlə yetirilmiş və onlardan 500 nəfərdən çoxu iranlılar olmuşdur". Həmçinin qeyd edilirdi ki, həlak olanların arasında İran konsulunun 21 yaşlı qardaşı da var idi. ("Bahar" qəzeti, Хорасан, 1918, 21 aprel (fars dilində).) Lakin konsul Məhəmməd Said Marağayi sonralar başqa bir rəqəm gətirərək yazırdı ki, "yalnız onun tərəfindən təşkil edilmiş komissiya tərəfindən küçə və həyətlərdən 5000-dən artıq qətlə yetirilmiş müsəlman, iranlı və qeyriiranlıların meyitləri toplanmış və dəfn edilmişdi." (Marağayi Said Məhəmməd. Siyasi xatirələr, s. 49.)

İranın Bakıdakı konsulu Məhəmməd Said-əl Vəzarə Marağayi də, həmin günlərdə aralarında minlərlə İran vətəndaşlarının olduğu müsəlmanlara qarşı zorakılığın qarşısının alınmasında fəal iştirak etməklə, bu hadisələri yerli müsəlman əhalisinin erməni silahlı qüvvələri tərəfindən qızışdırılan milli qırğını kimi xarakterizə edirdi. (Marağayi Said Məhəmməd. Siyasi xatirələr….s.48.)

Məhəmməd Said 1932–1934-cü illərdə Qərbi Azərbaycan əyalətinin valisi olmuşdu. İran milli və senat parlementlərində Urmiyadan nümayəndə seçilmişdi. 1938-ci ildən İranın Rusiyadaki səfiri idi. O, Əli Süheylinin 1943-cü ildə kabinetinin süqutundan sonra baş nazir oldu. Saed, Sovetin İranın şimalında nəft konsessiya tələbin qəbul etməkdən imtinasından sonra, İran-Rusiya münasibətləri, Saedin hökuməti ərzində aşağı düşmüşdür.[4] Sergey Kavtaradze açıqca baş nazirə hücum etdi və onun istefasını tələb etdi. Sovet və Tudə mətbuatı Kavtaradzenin sözlərini əks etdilər. Sovetlər Tudə yoldaşlarını ruhlandırdılar ki, Saedin istefa verməyi üçün nümayiş etsinlər. Saed 1944-cü ilin noyabrında istefa verdi. 1948-ci ilin noyabr ayında yenidən İranın baş naziri oldu.

O, Tudə Partiyasını baş nazirliyi zamanı qadağan etmişdir və Artur Millspo (Artur Millspaugh) onun rəhbərliyi altında yenidən maliyyə naziri təyin edildi.

Bildirilir ki, o, hətta senatorluq zamanı da, ictimai nəqliyyatdan (məsələn, avtobus) istifadə edirdi. O, rus, fransız, alman, ərəbtürk dillərini mükəmməl bilirdi.

  1. http://dic.academic.ru/dic.nsf/dic_diplomatic/1100/САЕД Arxivləşdirilib 2019-09-17 at the Wayback Machine САЕД
  2. ساعد، محمد؛ خاطرات سیاسی محمد ساعد مراغه ای، تهران، نامک، 1371ش، ص8.
  3. الموتی، مصطفی؛ بازیگران سیاسی از مشروطیت تا سال1357، لندن، 1375ش، ج2، ص21.
  4. Rubin, Barry. Paved With Good Intentions. Oxford University Press. 1980. 25. ISBN 0-19-502805-8.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]