Simin Behbəhani — Vikipediya
Simin Behbəhani | |
---|---|
fars. سیمین بهبهانی | |
Doğum adı | Siminbar Khalili[2] |
Doğum tarixi | 20 iyul 1927[1] |
Doğum yeri | |
Vəfat tarixi | 19 avqust 2014[1] (87 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | 3 |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, söz yazıçısı[d], mahnı yazarı[d] |
Fəaliyyət illəri | 1941–2014 |
Əsərlərinin dili | fars dili |
Vikianbarda əlaqəli mediafayllar |
Simin Behbəhani (fars. سیمین بهبهانی; 20 iyul 1927, Tehran – 19 avqust 2014, Tehran) – İranın görkəmli şairəsi və tanınmış feminist.
Həyatı
[redaktə | mənbəni redaktə et]12 yaşında şeir yazmağa başlamış Behbəhani ilk dəfə şeirini 14 yaşında ikən nəşr etdirmişdir. Əvvəl Nima Yuşicin "çar parə" ədəbi tərzini işlədir, sonralar qəzəllərə keçmişdir. Şairənin teatr məsələlərini və müasir gündəlik hadisələri qəzəl formasında təqdim etməsi fars ədəbiyyatının inkişafında böyük rol oynamışdır. Simin Behbəhani bir arada İran Yazıçılar Birliyinin sədri vəzifəsində çalışmışdır. Nobel mükafatına ədəbiyyat üzrə 1999-cu və 2002-ci ildə namizəd seçilmişdir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- "Sınıq tar", 1951
- "Ayaq izi", 1954
- "Çılçıraq", 1955
- "Mərmər", 1961
- "Dirilmə", 1971
- "Sürət və atəş xətti", 1980
- "Dəşti-Arjan", 1983
- "Kağızdan paltar", 1992
- "Bir azadlıq pəncərəsi", 1995
- "Şerlər məcmuəsi", 2003
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Anderson K. Simin Behbahani // Encyclopædia Britannica (ing.).
- ↑ https://www.nytimes.com/2014/08/22/arts/international/simin-behbahani-outspoken-iranian-poet-dies-at-87.html.
Şair ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |