Məqsəd Səttarov — Vikipediya

Məqsəd Səttarov
Məqsəd Məhəmmədəli oğlu Səttarov
Doğum tarixi 13 may 1924(1924-05-13)
Doğum yeri
Vəfat tarixi 2000
Vəfat yeri
Elm sahəsi fəlsəfə
Elmi dərəcələri
İş yeri
Üzvlüyü
Heydər Hüseynov Fəlsəfə şöbəsinin tələbələri arasında akademik Aslan Aslanov, AMEA-nın müxbir üzvü Məqsəd Səttarov (ikinci sırada soldan dördüncü) və b.

Məqsəd Səttarov (13 may 1924, Qazax rayonu2000, Bakı) — elmlər doktoru (1964), professor (1968), AMEA-nın müxbir üzvü (1989).[1]

Məqsəd Məhəmmədəli oğlu Səttarov 13 may 1924-cü ildə Qazax rayonunda kəndli ailəsində anadan olub. O, 1945-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olub, 1950-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Məqsəd Səttarov professor Tofiq Məmmədovun əmisi oğludur.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məqsəd Səttarov Azərbaycan Milli Elmlər Aka­de­­miyası Fəlsəfə və Hüquq İnsti­tutunda şö­bə müdiri və Azərbaycan EA Fəlsəfə ka­fed­ra­sının müdiri vəzi­fələrində çalışıb.[2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məqsəd Səttarov 1954-cü ildə fəlsəfə dokto­ru, 1964-cü il­də elmlər doktoru disser­tasiyası müdafiə edib. 1968-ci ildə isə professor elmi adını alıb. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akade­mi­ya­sının müxbir üzvü seçilib.[1]

Məqsəd Səttarovun elmi fəaliyyəti əsasən, din və ateizm tarixi, nəzəriyyəsi, həm­çinin ictimai şüu­run inkişaf qanunauyğunluqları isti­qa­mət­lərini əhatə edib. Azərbaycanın mə­nə­vi-mədəni həyatında islamın yeri və rolu, Azər­­baycanda ateist fikir kimi məsələləri, ic­timai şüurun strukturu və onun ün­sür­lə­ri­nin qarşı­lıq­lı təsiri, ictimai şüurun yeni­ləş­di­ril­məsi və sağlamlaş­dırıl­ması yollarını araş­dırıb.[2]

Məqsəd Səttarov 10 monoqrafiya, 4 ki­tab, 21 kitabça və 60-a yaxın məqa­lənin mü­əl­­lifidir. Həmçinin bir sıra elmi nəşrlərin re­daksiya heyətinin üzvü olub. Alimin fəlsəfə üzrə yüksək ixtisaslı kadr­­ların hazırlanmasında böyük xidmətləri olub. Onun rəh­bərliyi altında 30-dan çox elmlər namizədi və elm­lər doktoru dis­ser­tasiya müdafiə edib.[2]

  • N. Nərimanov və din. Bakı, 1995
  • İnsan və cəmiyyət haqqında düşüncələr. Bakı , 2000

Məqsəd Səttarov 2000-ci ildə Bakı şəhərində vəfat edib.[1]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Məqsəd Səttarov Müharibə və əmək veteranı kimi medallarla və fəxri fərmanlarla təltif edilmişdir.[2]

  1. 1 2 3 4 "Səttarov Məqsəd Məhəmmədəli oğlu". science.gov.az. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
  2. 1 2 3 4 "Səttarov Məqsəd Məhəmmədəli oğlu". nkpi.az. 2016-06-10. İstifadə tarixi: 29/07/2024.
  • Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı. II cild. Bakı, Elm, 2005. səh. 291

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]