Məmməddərə — Vikipediya
Məmməddərə | |
---|---|
39°34′21″ şm. e. 47°00′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 828 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Məmməddərə (əvvəlki adı: Məmmədadzor) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Məmmədadzor kəndi Məmməddərə kəndi adlandırılmışdır.[2] 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Məmməddərə kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Kəndin keçmiş adı Məmmədkənd olmuşdur. XX əsrin əvvəllərində gəlmə erməni ailələri burada yerləşdirildikdən sonra kənd Məmmədadzor (Məmməd dərəsi) adlandırılmışdır. 1992-ci ildə kəndin adı Məmməddərə şəklində rəsmiləşdirilmişdi.[4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Məmməddərə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
225 | Alban məbədi[5] | 1147-ci il | Məmməddərə kəndi | Memarlıq | Ölkə |
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Qarabağ silsiləsində yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | XXXX | XXXX | XXXX |
2009[7] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
[redaktə | mənbəni redaktə et]Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din
[redaktə | mənbəni redaktə et]Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
[redaktə | mənbəni redaktə et]Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 58" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-10.
- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- ↑ "Xocavəndin işğaldan azad olunmuş yaşayış məntəqələri (https://xocavend-ih.gov.az/)". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- ↑ Məmməddərə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-156-0.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 9" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-15.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.