Mesopotamiya memarlığı — Vikipediya

Mesopotamiya

Nippurda məbəd qalıqları.

Qədim Mesopotomiya (İkiçayarası) xaqlarında memarlığı mühüm əhəmiyyət kəsb edirdi. İkiçayarasında təbii ehtiyatlar yox dərəcəsində idi. Orada tikinti ağacları və daş kifayət qədər olmadığından xüsusilə gil - kərpic memarlığı təkmilləşmişdı. İkiçayarasının tikinti işində çiy kərpicdən istifadə olunurdu. Bəzi hallarda divara bişmiş kərpicdən və daşdan üz çəkirdilər.[1]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Dini xarakterli tikililər – əzəmətli məbəd, məqbərələr ilk memarlıq nümunələri kimi mühüm rol oynayırdısa, bu tikililərin bəzədilməsi, müxtəlif bədii işlərin aparılması təsviri və tətbiqi sənətin formalaşması üçün əsaslı zəmin idi. Belə ki, e.ə. IV minillikdə hündür yerdə tikilən nəhəng məbədlər, həm də yaşayış məntəqələrinin mərkəzi xarakterini kəsb edirdi. İbadət üçün xüsusi komplekslər, 3, 5, 7 mərtəbədən ibarət bürclər (zikkuratlar) İkiçayarası mədəniyyətinin orijinal memarlıq nümunəsi idi.[2]

E.ə IV minillikdə hündür yerdə tikilmiş əzəmətli məbədlər böyük yaşayış məntəqələrinin mərkəzinə çevrilmişdir. E.ə III minillikdə Şumer şəhər dövlətinin mərkəzində ibadətə xidmət edən tikintilər (məbəd) dəsti (kompleksi) bina edilir, ətrafina da xüsusi divarlar çəkilirdi.

Mesopotamiyada zikkurtuların olduğu şəhərlər

Dini mənbələrdə adı çəkilən bu tikili insan qürurunun hədsizliyini və cəzasını özündə əks etdirir. Yəhudi-Xristian ənənələrinə görə,həmçinin İncildə haqqında bəhs edilənləri nəzərə alsaq, Babil qülləsi Babildəki Şinar düzündə Nuh peyğəmbərin nəslindən gələnlər tərəfindən göyə çatmaq,Tanrıya çatmaq üçün planlanlanmış bir tikilidir. Ancaq İsrail oğullarının tanrısı Yəhova insan qürurunu,hörmətsizliyini göstərən bu tikilini təsdiqləməz.Tanrı qüllənin tikintisində iştirak edən insanların dillərini qarma-qarışıq bir hala salar və insanlar bir-birlərini başa düşməzlər.Beləcə insanların planları pozular.Bundan sonra yarımçıq qüllə və planlanan şəhər həmin insanlar tərəfində tərk edilər.Günümüzdə də “Babil qülləsi” deyildikdə çox zaman tamamlanmamış işlər,uğursuzluğa uğrayan planlar başa düşülür.[3]

Ümumiyyətlə, qüllə üçün örnək götürülən model Mesopotamiya şəhər-dövlətlərinə xas bir tikili olan məbəd-zikkuratdır. Versiyalara görə, Babildəki yeddi pilləli “Marduk” məbədi “Babil qülləsi” rəvayəti üçün mənbə olmuşdur. Bu şəhər-dövlətlərdə bir çox məbəd var idi. Məbədlərdən bəziləri digərlərinə nisbətən kiçik olsalar da, hamısı möhtəşəm bir dağ kimi göyə yüksələn, pilləvari tikililər idi. Zirvələrində qurbanlar verilirdi. Zikkuratlar göy ilə yer arasında qovuşma nöqtələri, insanların və tanrıların bir-birləri ilə qarşılaşdıqları yerlər hesab edilirdilər. Məbədlər üçün istifadə olunan adlarının bir çoxlarının tərcüməsi “dağ kimi ev”,”göy ilə yer arasında əlaqə”,”başı yuxarıda olan ev” və s. mənalar verir. Qeyd etmək olar ki, məhz digər bir əfsanədə əks olunan “Babilin və ya Semiramidanın asma bağları” da məhz zikkuratın pillərində salınmış bağlar idi.

Şumer zikkuratının.

Şumer zikkuratı

[redaktə | mənbəni redaktə et]

Şumerlilərin əsas allahı Ay allahı- Nanna sayılırdı və onun şərəfinə çar Urnammu e.ə XXIII əsrdə nəhəng bir zikkurat tikdirmişdir. Bu zikkurat üç mərtəbəli piramida formasındadır. Zikkuratın birinci və dağılmamış mərtəbəsi 15 metr hündürlüyündə olub 60x45 m düzbucaqlı ölçüdədir. [4]. Zikkuratın şimal- şərq tərəfindən əlavə olaraq hər biri 100 pilləsi olan iki pilləkən vardır. Hər üç pilləkən birinci və ikinci terrasın arasındakı qapıda birləşir və burada növbəti terrasa əsas, baş pilləkən qalxır. Zikkuratın 100 мetr hüdürlüyündə ətraf çöllüyə, qumla örtülü düzənliyə sonsuz ponarama açılır.

Saray memarlığı

[redaktə | mənbəni redaktə et]
Babil.Qala divarları

Əzəmətli məbədlərlə yanaşı Mesopotomiyada saray tikintisidə inkişaf etmişdir. Sarayın bir çox yaşayış və köməkçi binaları, dəbdəbəli ön salonları olurdu.

Qəbir memarlığı

[redaktə | mənbəni redaktə et]

Daha çox hökümdar məqbərələrində müşahidə olunur. Bu qəbrlərdə xeyli incəsənət abidəsi aşkar edilmişdir. Müharibə mövzusu Entemenanın və Naram- Suenin daş abidəsində əks olunmuşdur: orada meyitlər və onların dimdikləyən qartal, döyüşçülərin dağ yolları ilə qalxması, hökümdarın əzəmətli fiqurası göstərilmişdir. Hökümdar nizə ilə düşməni öldürür , o birisi isə ayağı ilə basır. Düşmən döyüşçüləri vahimə içində təsvir olunmuşdur.[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Yusif Yusifov.Qədim Şərq tarixi. Bakı-2007.s. 161.
  2. "Kitablar" (PDF). 2016-03-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-10-02.
  3. "BABİL QÜLLƏSİ". 2016-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.
  4. О.Gerasimov.. Меsopotomiyanın qədim şəhərlərində. Хəzər jurnalı, 2000-ci il, №1, s. 144-157
  5. Yusif Yusifov.Qədim Şərq tarixi. Bakı-2007.s. 161.