Molla, haray — Vikipediya

Molla, harayAzərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə və ya digər vaxtlarda uşaqgənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir.

Oyunun quruluşu

[redaktə | vikimətni redaktə et]

Uşaqlar halay gəlmək yolu ilə mollalar arasıda iki dəstəyə ayrılırlar. Mollalardan birinin gözünü yumurlar. Gözüaçıq mollanın dəstəsində olanlar qaçıb gizlənirlər. Gözüyumulu mollanın uşaqları sığınacaqda otururlar. O, gözünü açır, gizlənən uşaqların mollası ilə uşaqları axtarmağa başlayır. Hər yerdən keçdikdə gizlənən uşaqların mollası bərkdən xəbərdarlıq edir. Məsələn, "Bulağın yanından keçdik", "Dərəni o taya adladıq", "Əlinin evinin yanındayıq" və i. a. Bu xəbərdarlıqdan məqsəd gizlənən uşaqların möhkəm gizlənməsi, gözə görünməməsidir.

Əgər axtaran molla gizlənən uşaqlardan birini görsə oyunu udmuş olur. Gizlənən uşaqlar onun gözünə görünmədən qaçıb sığınacağa gəlsələr, onları axtaran mollanın uşaqları ağız-ağıza verib bərkdən "Molla, haray, molla, haray!" – deyə qışqırışırlar. Axtaran molla onların sığınacağa girməsini görməsə, gizlənən tərəf axtaran tərəfi udur.