Motsartın doğum yeri — Vikipediya
Motsartın doğum yeri (Almanː Mozarts Geburtshaus və ya Hagenauerhaus) - Volfqanq Amadey Motsartın doğulduğu yer, Avstriyanın Zalsburq şəhərindəki 9 nömrəli Getreidegasse. Motsart ailəsi 1747-dən 1773-cü ilə qədər burada üçüncü mərtəbədə yaşayırdı.[1] Motsartın özü 1756-cı il yanvarın 27-də burada anadan olmuşdur. Zalsburq Kral Palatasının musiqiçisi olan Leopold Motsartın yeddinci övladı idi.[2]
İndi Motsartın doğulduğu yer, bir muzey kimi turistləri bəstəkarın erkən həyatını, ilk musiqi alətləri, dostları və operaya olan həvəsləri ilə tanış edir. Üçüncü mərtəbədə Motsartın uşaqlıq skripkası, eyni zamanda portretləri, sənədləri və musiqisinin ilk nəşrləri nümayiş etdirilir, ikinci mərtəbə Motsartın operaya marağına həsr olunmuş və "Sehrli Fleyta"nı bəstələdiyi klavixordu özündə cəmləşdirmişdir. Quruluş Motsart Fonduna məxsusdur.
Tarixi
[redaktə | vikimətni redaktə et]Ev, 12-ci əsrdə, Zalsburqun, Müqəddəs Pyotr Benediktin rahiblərinə aid olan bağın bir hissəsində qurulmuşdur. Tacir Otto Koytzel, 1408-ci ildə bu əmlakın sahibi olaraq xatırlanır, amma 1585-ci ildə məhkəmə apoteksiyası olan Çunrad Fröşmozer bu əmlakı satın alır. 1703-cü ildə ev, 1670 ətrafında Zalsburqa gələn Hagenauer ailəsinin mülkiyyətinə keçdi. Xüsusilə bunlara Cozef Matin Hagenauer və Motsartın sahibi olmuş evinin sahibi olan Yohan Laurenz Hagenauer daxil edildi.
21 noyabr 1747-ci ildə Anna Maria Pertl ilə evləndikdən sonra Leopold Motsart mətbəx, kiçik kabinet, qonaq otağı, yataq otağı və ofisdən ibarət olan üçüncü mərtəbədəki mənzili kirayə aldı. Bu 1773-cü ilə qədər onların iqamətgahı idi və burada yeddi övladı dünyaya gəldi; yalnız ikisi, Maria, Anna və Volfqanq Amadey həyatda qaldılar. Leopold Motsart 1763 ilə 1766 arasında Motsart ailəsinin böyük turu zamanı ev sahibi ilə məktublarla daim əlaqə saxlayırdı və bu məktublar tarixi sənədlər kimi qourunub saxlanılır. Motsart ailəsi 1773-cü ildə binadan köçdü.
Muzey kimi
[redaktə | vikimətni redaktə et]1880-ci ildən bəri bir muzey olan Motsartın doğulduğu yer, ziyarətçiləri bəstəkarın erkən həyatı, ilk musiqi alətləri, dostları və operaya olan ehtirası ilə tanış edir. Üçüncü mərtəbədə Motsartın uşaqlıq skripkası, habelə portretləri, sənədləri, ailə məktubları və musiqisinin ilk nəşrləri nümayiş olunur. Vyanadakı həyat yoldaşı və ailəsi ilə məktublarıda burada var. İkinci mərtəbə Motsartın operaya marağına həsr olunmuşdur və "Sehrli Fleyta" əsərini bəstələdiyi klavixordu burada nümayiş olunur. Birinci mərtəbə də, Motsartın dövründəki yaşayış şərtlərini əks etdirən dövr mebelləri ilə kompozisiyalar var. Orijinal sənədlər və rəsmlər Zalsburqdakı həyatını təsvir edir. Muzeydəki digər əşyalar 1789-cu ildə qardaşı Cozef Lanc tərəfindən çəkilmiş Motsartın tamamlanmamış portreti (Motsartın heyrətamiz portretlərindən biri), uşaqlığının şəkilləri və uşaqlıq skripkasıdır.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- Samuel Friman evi
- Herbert və Katerin Yakobsun ilk evi
- Hazen Spiller evi
- Hollihok evi
- David Davis malikanəsi
- Qarber evi
- Frensis Volley evi
- Robert Parker evi
İstinadlar
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Volfqanq Amadey Motsartın rəsmi saytı və orada Motsartın doğum yeri haqqında məqalə