Musa Rüstəmov — Vikipediya

Musa Rüstəmov
Musa İsmayıl oğlu Rüstəmov
Doğum tarixi 8 may 1930(1930-05-08)
Doğum yeri
Vəfat tarixi 28 noyabr 2022(2022-11-28) (92 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi texnika üzrə elmlər doktoru
Elmi adı akademik
İş yeri AMEA-nın Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu
Təhsili Azərbaycan Sənaye İnstitutu (indiki Azərbaycan Dövlət Neft Akademiyası)
Üzvlüyü
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1979 Azərbaycan SSR Dövlət mükafatı — 1982
"Şöhrət" ordeni — 2004
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musa İsmayıl oğlu Rüstəmov (8 may 1930, Ordubad28 noyabr 2022, Bakı) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor, akademik, AMEA-nın Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neft və qazın kimyası və texnologiyası" şöbəsinin müdiri, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü.[1][2]

Ümumi məlumatlar

[redaktə | mənbəni redaktə et]

Musa İsmayıl oğlu Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur. M. İ. Rüstəmov 1937-ci ildə Ordubad 1 saylı orta məktəbinə daxil olmuş və 1947-ci ildə həmin məktəbi medalla bitirmişdir. Həmin ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olmuşdur.[3]. Hələ o, tələbə olarkən institutun Tələbə Elmi Cəmiyyətində öz elmi fəaliyyətinə başlamışdır. Professor S. M. Voloxun rəhbərliyi altında elmdə ilk addımları öz müsbət nəticəsini verdi. N. A. Baklanov metodu ilə boruvari sobaların hesabat tənliyinə düzəlişlər edildi ki, bu da hesablamaların dəqiqliyini artırdı.

M. İ. Rüstəmov 1952-ci ildə institutu kimyaçı-texnoloq ixtisası üzrə qurtardıqdan sonra V. V. Küybışev adına AzETNEİ-yə işə qəbul olundu. Qeyd etmək lazımdır ki, V. V. Küybışev adına AzETNEİ-i 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının Y. H. Məmmədəliyev adına Neft-Kimyası Prosesləri İnstitutu kimi fəaliyyətini davam etdirdi.

1953–1959-cu illərdə M. İ. Rüstəmov əvvəlcə böyük mühəndis, sonra kiçik elmi işçi işlədi. 1959-cu ildə o, laboratoriya rəhbərinin müavini vəzifəsinə irəli çəkilmişdir.

M. İ. Rüstəmov 1961-ci ildə institutun Elmi Şurasında "Xırda dispers materialların yarımaxın xətti tətbiq olunmaqla kontakt katalitik heterogen proseslərin aparılması üçün yeni yüksək səmərəli sistemlərin işlənib hazırlanması" adlı mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etdi. Bu dövrdə M. İ. Rüstəmovun apardığı elmi-tədqiqat işlərinin əsas hissəsi 1966-cı ildə nəşr olunmuş "Katalitik krekinqin müasir vəziyyəti və katalitik krekinq prosesinin intensivləşmə yolları" adlı monoqrafiyada toplanmışdır.

M. İ. Rüstəmovun təşkilatçılıq qabiliyyəti erkən üzə çıxmışdır. 1967-ci ildən o, "Katalitik krekinq və piroliz" laboratoriyasına rəhbərlik edir, 1968-ci ildən isə institut direktorunun elmi işlər üzrə müavini vəzifəsinə irəli çəkilir.

AMEA Akad. Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru vəzifəsində 1987–2012-ci ilə kimi çalışıb. Hal-hazırda "Neft və qazın kimyası və texnologiyası" şöbəsinin müdiri vəzifəsində çalışır.

Elmi tədqiqatları

[redaktə | mənbəni redaktə et]

M. İ. Rüstəmovun elmi tədqiqatlarının istiqaməti heterogen-katalitik proseslərinin texnologiyasını, neft emalı və neft kimya prosesləri üçün katalizatorların yaradılmasını, neft emalı məhsullarının keyfiyyətlərinin yüksəldilməsini əhatə edir. O, heterogen-katalitik prosesləri aparmaq üçün lift reaktorlarının hidrodinamikasını, kiçik ölçülü mikrosiferik katalizatorların, qaynar lay və lift reaktorlar sistemində kimyəvi proseslərin effektivliyini nəzəri cəhətdən tətqiq etmiş, mikrosferik katalizatorların axıcılıq indeksinin proseslərin effektivliyinə təsirini öyrənmişdir. Akademik M. Rüstəmov yüksək effektivliyi Q. 43–107 katalitik krekinq kompleksinin müəlliflərindən biridir. Bu proses Bolqaristan, Rusiya, Ukrayna, Latviya, və Azərbaycan neft emalı zavodlarında istismar olunur. Onun tədqiqatlarının bir qismi neft emalı məhsullarının keyfiyyətini yüksəltmək məqsədi ilə hidrokrekinq, hidroizomerləşmə, destruktiv izomerləşmə, seolit katalizatorları iştirakinda oksigenli əlavələrin alınması proseslərinin yaradılmasına həsr edilmişdir. Nəticədə tərkibində qurquşun olmayan, ekoloji cəhətdən təmiz Aİ-93-, Aİ-95 avtomobil benzinlərinin alınma texnologiyası təklif etmişdir. M. Rüstəmov Azərbaycanda hidrogen energetikası sahəsində tədqiqatların əsasını qoymuşdur. Onun tərəfindən Azərbaycanda neft emalı qaz emalı və neft kimya sənayesinin inkişaf konsepsiyası yaradılmış və onun əsasında neft emalı zavodlarının 2010 ilə kimi koimpleks modernizasiyasının tərkib hissəsi və sxemi hazırlanmışdır. M. Rüstəmov bir çox Beynəlxalq və Respublikada fəaliyyət göstərən elmi şuraların və assosiasiyaların üzvi olmuşdur, Beynəlxalq konfranslarda, Simpoziymlarda Azərbaycanı təmsil etmişdir.

Akademik M. İ. Rüstəmov kataliz sahəsindəki görkəmli əsərləri ilə elmi zənginləşdirən alimdir. Onun əsas elmi tədqiqat işlərinin nəticələri 700-dən yuxarı elmi əsərdə, 60 patentdə, 130-dan artıq müəlliflik şəhadətnaməsində, 4 monoqrafiyada və 6 kitabda, 36 publitistik məqalədə öz əksini tapmışdır v’ onlardan 157-si xaricdə çıxmışdır.

Professor 7 elmlər doktoru, 45 elmlər namizədi hazırlamış və akademik M. İ. Rüstəmov məktəbi yaratmışdır.

Musa Rüstəmov 28 noyabr 2022-ci ildə 93 yaşında vəfat edib.[4]

Elmi-təşkilatı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1980–1991-ci illərdə Hidrogen energetikası üzrə Beynəlxalq assosiasiyanın,
  • SSRİ EA Prezidiumu yanında Hidrogen energetikası bürosunun,
  • SSRİ EA "Neft Kimyası" və "Kataliz" koordinasiya şuralarının,
  • SSRİ Nazirlər Şurasının Elm və Texnika Komitəsi nəzdində "Kataliz və onun səeayedə tətbiqi" şurasının üzvü sosialist ölkələri Akademiyalarının Neft kimyası problemi üzrə katalitik krekinq və destruktiv izomerizasiya mövzusunun koordinatoru olmuşdur.
  • Azərbaycan Respublikası Rəyasət Heyəti yanında "Neft emalı və neft kimyası" Elmi şurasının sədri,
  • Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Prezidenti yanında yaradılmış Neft Emalı üzrə Elmi-Texniki Şuranın sədri,
  • Azərbaycan EA NKPİ-nin nəzdində doktorluq dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşmış Şuranın sədri və sonralar üzvü,
  • Rusiya EA "Neft kimyası" Elmi-texniki Şurasının üzvü,
  • SSRİ EA "Neft kimyası" Elmi Şurasının üzvü,
  • SSRİ Nazirlər Soveti yanında kimya-meşə kompleksi üzrə Elmi-texniki Şuranın üzvü,
  • SSRİ EA "Günəş enerjisinin yeni istifadə yollarının axtarışı" Şurasının üzvü,
  • SSRİ EA Rəyasət Heyəti yanında hidrogen energetikası üzrə Komissiya Bürosunun üzvü,
  • SSRİ Nazirlər Soveti yanında Elm və Texnika Komitəsinin "Kataliz və onun sənayedə tətbiqi;
  • Elmi Şurasının üzvü, sosialist ölkələrinin EA-larının çoxsahəli əməkdaşlıq proqramı daxilində "Neft kimyası" probleminin "Katalitik krekinq və destruktiv izomerləşmə" mövzusunun rəhbəri və koordinatoru,
  • Azərbaycan EA hidrogen energetikası üzrə Şuranın sədri olmuşdur.

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • 1977 – Azərbaycan elm və təhsilinin inkişafında xidmətlərinə görə Y. H. Məmmədəliyev adına medal;
  • 1979 – "Azərbaycanın əməkdar elm xadimi"
  • 1982 – "Xırda dispersli alümosilikat katalizatorunun birbaşa və yarım birbaşa axınlı yüksək səmərəli reaktorlar tətbiq etməklə neft xammalının ikipilləli katalitik krekinqi prosesinin tətqiqi, işlənib hazırlanması və tətbiqi adlı işə görə Az. SSR-nin Dövlət Mükafatı ilə təltif olunmuşdur;
  • 1982-ci ildə Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı,
  • 1997 — Azərbaycanda elm və təhsilin inkişafında xidmətlərinə görə Y. H. Məmmədəliyev adına medalla mükafatlandırılmışdır;
  • 2002 – İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində "Elm və texnologiya" mükafatına layiq görülmüşdür;
  • 2002-ci ildə İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının "Elm və Texnoloji sahəsində mükafatı",
  • 2004 – Azərbaycan Respublikasının "Şöhrət" ordeni;[5]
  • 2015 – Katalitik krekinq prosesi üçün mütərəqqi sənaye sistemlərinin yaradılması istiqamətində əldə etdiyi nailiyyətlərinə görə AMEA-nın akademik Y. H. Məmmədəliyev adına mükafatı;
  • 2015 – Azərbaycan elminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.
  • 2019 — Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.[6]

Əsas elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]
  1. Определение критической скорости образования кипящего слоя теплоносителя. ХТТМ — 1959. — № 8. — С. 65–67
  2. Индекс текучести слоя мелкодисперсных материалов и его влияние на показатели процесса, проводимого в "кипящем" слое. АХЖ. — 1962. — № 6. — С. 53–61
  3. Современное состояние и пути интенсификации процесса каталитического крекинга, монография, Азернешр, Баку, 1966.
  4. О перспективах создания атомно-нефтеперерабатывающих комплексов. // Вопросы атомной науки и технологии, серия атомноводородная энергетика и технология. 1981, вып.2 (9).
  5. Фотоиндуцированное выделение водорода из воды под действием видимого света в присутствии катализаторов. Химия и жизнь. — 1981. — № 9. — С. 7–8
  6. Уголь будущих веков. Химия и жизнь.-1981. — № 12. — С. 8–12
  7. "Почему именно водород?". Химия и жизнь. 1981, № 12, С. 16–19
  8. Термодесорбция водорода с нанесенных никелевых катализаторов. Изв. АН СССР. Серия химическая.- 1981. — № 7.-С. 1468–1474
  9. В поисках идеального топлива. Наука в СССР. 1982. — № 5
  10. Фотосенсибилизированное оксидом вольфрама WО3 образование Н2 из водно-спиртовых растворов под действием видимого света. Журнал физической химии. – 1982. — № 7. – С. 315–319
  11. Исследование корреляционной зависимости между активностью, селективностью и спектром кислотности катализатора крекинга в процессе его дезактивации коксовыми отложениями. Годишник на Софийский Университет. "Климент Охриджи". хим. фак. 1985.-Т. 79 — С. 44–52.- Библиогр.: 12 назв.
  12. Photocatalytic Hydrogeneration from water-organic Solutions Using Polytumgstates. Lit, Y. International Journal of Hydrogen Energy. 1988. vol. 13. № 08.-p. 533–538
  13. Фотокаталитическая активация низших алканов в водных растворах полиоксокомпонентов вольфрама. // ДАН СССР, 1988, т 303, № 3.
  14. Низкотемпературный процесс совместного превращения метанола с бензинами термического и каталитического крекинга. Материалы 6 нефтехимического Симпозиума Социалистических стран. Киев. 1990
  15. Some peculiarities in regeneration of zeolietcontaining cracking catalysts by carbon dioxide. // React. Kinet. Catal. Lett. Vol. 48, N1, 1992.
  16. Концепция Развития Нефтеперерабатывающей, Газоперерабатывающей и Нефтехимической промышленностей Азербайджана. // Процессы нефтепереработики и нефтехимии, N1, 2000.
  17. Каталитические процессы получения высококачественных моторных топлив. Монография (I и II том), Баку "ЭЛМ" 2006.
  18. Новая технология получения цеолитсодержащих катализаторов каталитического крекинга с регулируемой пористой структурой. Процессы нефтехимии и нефтепереработки, 2006, № 3, С. 22–29.
  19. Диметиловый эфирновое экологически чистое топливо. АНХ, № 8 стр,76–81
  20. Экологические проблемы Земли и альтернативные источники энергии Баку, 2008
  1. http://www.nkpi.az/?page=addread&id=492[ölü keçid]
  2. "Arxivlənmiş surət". 2019-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-15.
  3. "Görkəmli kimyaçılar". 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
  4. "Akademik Musa Rüstəmov vəfat edib". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29.
  5. "Arxivlənmiş surət". 2019-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-15.
  6. "Arxivlənmiş surət". 2019-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]