Museyon — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İskəndəriyyə Museyonu (Μουσεῖον τῆς Ἀλεξανδρείας) — ellinizm dövrünün mədəniyyət, tədris, və fəlsəfə mərkəzi. E.ə. III əsrdə peripatetik filosof Falerli Demetriusun təşəbbüsü ilə Misir hökmdarı I Ptolemeus tərəfindən elmi-mədəni mərkəz olan Museyonun və orada yerləşən məşhur İsgəndəriyyə kitabxanasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Museyonda məşhur kitabxana var idi. Bu kitabxanada qədim dünyanın elmi və fəlsəfi fikrini əks etdirən kitablar toplanmışdı.
E. ə. 48-ci ildə Yuli Sezar Misiri işğal edərkən İskəndəriyyə şəhərinə daxil oldu. Baş verən döyüşlər zamanı Museyonun böyük bir hissəsi məhv edilmişdir. Sonradan onu qismən dirçəldə bilsələr də, bu hadisədən bir neçə əsr sonra ikinci dəfə Museyon və orada yerləşən kitabxananı təəssübkeş xristianlar IV əsrdə darmadağın etmişdilər. Bundan sonra Museyonun və onun kitabxanasının fəaliyyətinə son qoyulmuşdur.
Orta əsrlərdə VII əsrdə Museyonun ərəblər tərəfindən yandırılması haqqında əfsanələr də yayılmışdır. Ancaq bu əfsanələr həqiqəti əks etdirmir, çünki o zaman kitabxana artıq mövcud deyildi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 154-155.