Yuli Sezar — Vikipediya
Yuli Sezar | |
---|---|
lat. GAIVS IVLIVS CAESAR lat. DIVVS IVLIVS | |
Əvvəlki | yoxdur |
Sonrakı | Oktavian Avqust |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ən tezi 12 iyul e.ə. 100 və ən geci 13 iyul e.ə. 100[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 15 mart e.ə. 44[3][4][…] (55 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | qanaxma |
Dəfn yeri |
|
Fəaliyyəti | orator, memuarçı, rəhbər, şair, siyasətçi, hərbi lider[d], yazıçı, tarixçi |
Uşaqları | |
Dini | Qədim Romada din |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Qay Yulius Sezar (lat. Gaius Iulius Caesar; ən tezi 12 iyul e.ə. 100 və ən geci 13 iyul e.ə. 100[1][2][…], Roma[8] – 15 mart e.ə. 44[3][4][…], Pompey teatrı[d], Roma respublikası[9][10]), Romalı hərbçi, siyasi lider, Qeysər ünvanının sahibi və güclü yazıçı olan Sezar, dünya tarixinin ən güclü insanlarından biri olaraq qəbul edilir. Etdikləri sayəsində Roma Respublikasının Roma İmperiyasına çevrilməsində əsas rol oynamışdır. Roma senatındakı optimates klikinə mənsub müxalifləri Markus Porcius Kato və Markus Kalpurnius Bibulusa qarşı çevirərək, populares klikinə mənsub siyasətçi kimi, Markus Licinius Krassus və Gnaeus Pompeius Maqnusla birlikdə qeyri-rəsmi olaraq Roma siyasi həyatına bir necə illiyinə yön verəcək olan I Triumviratı qurdu. Qalliyanı fəth edərək Roma torpaqlarını Atlantik okeanına qədər genişləndirdi və eyni zamanda da e.ə. 55-ci ildə Britaniyanın Roma tərəfindən ilk işğalını reallaşdırdı. Triumviratın dağılması ilə birlikdə Pompey və Senatla münasibətləri korlandı. e.ə. 49-cu ildə Rubikon çayını keçməsilə başlayan müharibə nəticəsində Romanın tək hakimi halına gəldi. İdarəetməni ələ almasından sonra Roma cəmiyyətini və idarəetməsini əhatə edən geniş islahatlara başladı. Ömürlük diktator (diktator perpetuus) elan edildi və respublika bürokratiyasını özünə tabe etdirdi. Ancaq Sezarın köhne dostlarından Markus Junius Brutusun rəhbərliyindəki və keçmiş respublikanı bərpa etməyi arzulayan bir qrup senator tərəfindən e.ə. 44-cü il, 15 martda öldürüldü. Sui-qəsdin ardından başlayan yeni müharibə Sezarın varisi Gaius Oktavianusun Roma dünyası üzərində avtoritar güc halına gəlməsinə səbəb oldu. Sezar öldürülməsindən iki il sonra, e.ə. 42-ci ildə Senat tərəfindən rəsmən müqəddəsləşdirildi və Roma tanrılarından biri elan edildi. Sezarın həyatı haqqında məlumatların çoxu hərbi səfərlərindən bəhs etdiyi və özü tərəfindən yazılmış olan "Şərhlər" (Commentarii) adlı xatirələrindən, Mark Tulli Siseron kimi siyasi rəqiblərinin məktublarından, Sallastiusun tarixi yazılarından və Katullusun şerləri kimi müasiri olan qaynaqlardan əldə edilmişdir. Həyatına dair ətraflı məlumat sonrakı əsrlərdə yaşamış olan İsgəndəriyyəli Appian, Qaius Svetoni Trakvill, Plutarx, Kassius Dio və Strabon kimi tarixçilər tərəfindən verilmişdir.
Həyatı
[redaktə | vikimətni redaktə et]Həyatının erkən dövrü
[redaktə | vikimətni redaktə et]Sezar soylarının İlahə Veneranın oğlu Troyalı şahzadə Aeneasın oğlu Iulusdan gəldiyini iddia edən və partisi sinfindən bir ailə olan Yulius gensinə mənsubdur.[11][12][13][14] "Sezar" koqnomeni, Böyük Pliniyə görə qeysər kəsiyi ilə doğulmuş olan babasından gəlir.[a]
- Sezarın saçının çox sıx olması (latınca caesaries).
- Gözlərinin parlaq boz olması (latınca oculis caesiis)
- Döyüşdə fil öldürməsi (Məğribli dilində caesai)
Sezarın zərb etdirdiyi sikkələr üzərində fil təsvir edilməsi son versiyanı daha inandırıcı edir. Antik şəcərələrinə baxmayaraq Yulius Sezar siyasi olaraq o qədər də güclü ailə deyildi və üzvlərindən sadəcə 3-ü konsul seçilə bilmişdi. Sezarın eyni adı daşıyan atası Respublikanın seçki ilə təyin edilən üst səviyyə magistraları arasında ikinci sırada olan pretorluq məqamına qədər yüksələ bilmiş, bəlkə də məşhur qayını Qayus Marius sayəsində Asiya əyaləti valiliyi etmişdir. Anası Aurelia Kotta bir necə konsul yetişdirmiş güclü ailədən gəlirdi. Sezarın müəllimi olaraq dövrün alimi və linqivisti, Qalliya kökənli Markus Antonius Qnipho təyin edilmişdi. Sezarın hər ikisinin də adı Julia olan iki bacısı var idi. Sezarın uşaqlığı ilə bağlı məlumatlar çox azdır. Suetonius və Plutarxın bioqrafiyalarında Sezarın hekayəsi gəncliyindən başlayır və hər iki əsərdə də giriş paraqrafları itmişdir. Sezarın yetkinlik dövrləri qarışıqlıq dövrünə təsadüf etmişdi. Romanın müttəfiqlərinə verilən Roma vətəndaşlığı haqqının geri alınmasıın səbəb olduğu qarışıqlıq Roma və italyan müttəfiqləri arasında Sosial Müharibəyə səbəb olarkən, Pont hökmdarı VI Mitridat Romanın şərq əyalətlərini təhdid etməyə başlamışdı. Roma siyasətçiləri iki xəttə bölünmüşdü. Optimates adındakı birinci xətt Senat içərisində aristokratik idarəetməni müdafiə edərkən, populares xətti birbaşa seçkiləri müdafiə edirdi. Sezarın əmisi Marius popularis xəttinə mənsubkən rəqibi Lucius Kornelius Sulla optimas idi. Həm Sulla, həm də Mariusun Sosial Müharibə dövründə VI Mitridata qarşı ordunu idarə etmək istəməsinə baxmayaraq, şans ilk başda Sulla tərəfdən olmuşdu. Lakin Sulla ordunun idarəçiliyini ələ almaq üçün şəhər xaricinə çıxdığında bir tribun tərəfindən qəbul etdirilən qanun ilə komandanlıq Mariusa verildi. Sullanın cavab tədbiri ordu ilə Romaya geri dönmək və komandanlığını elan edərək, Mariusu sürgünə göndərməyə cəhd etmək oldu, lakin o səfərə çıxanda Marius çoxdan müvəqqəti ordunun başına keçmişdi. Marius və müttəfiqi Lucius Kornelius Cinna şəhəri ələ keçirdilər, Sulla "xalq düşməni" elan edildi. Sullanın tərəfdarlarına qanlı divan tutuldu. Marius e.ə. 86-cı ildə vəfat etdi. Lakin onun rəhbərlik etdiyi cərəyan hələ də güclü formada qalmaqda idi. e.ə. 85-ci ildə Sezarın atası bilinməyən səbəbdən ayaqqabılarını geyərkən vəfat etdi. Hələ 16 yaşında olan Sezar ailənin rəhbəri oldu. Sonrakı il əmisi Mariusun Sulla ilə mübarizəsi zamanı ölən, köhnə Yupiter yüksək rahibi Merulanın yerinə yeni Flaman Dialis olaraq təyin edildi. Ardıyca bu vəzifəyə seçilən şəxslərin patrisi olması məcburiyyətinə əlavə olaraq, bu şəxsin patrisi ilə evli olması məcburiyyəti formasındakı adəti, uşaqlığından bəri nişanlı olduğu, Equestrian bir ailədən gələn Kossutia adındakı qızdan ayrılaraq Cınnanın qızı ilə evlənməsi ilə yıxdı. VI Mitridat ilə sülh bağlayan Sulla artıq geri dönərək Mariusun tərəfdarlarına qarşı müharibəyə davam edə bilərdi. Bütün Roma boyunca davam edən toqquşmaların ardıyca, e.ə. 82-ci ildə Kolline keçidi döyüşünü qazanaraq Romanı ələ keçirdi və özünü diktator elan etdi. Hər nə qədər bu məqama təyin edilən şəxs 6 ay diktator kimi qala bilsə də, Sulla üçün müddət təyin edilməmişdi. Mariusun heykəlləri dağıdıldı və məzarı açılaraq, cəsədi Tiber çayına atıldı. Digər rəqibi Cinna isə öz əsgərlərinin üsyanı nəticəsində əvvəlcədən öldürülmüşdü. Sullanın tədbirləri nəticəsində ona qarşı müxalif olanlardan yüzlərləsi öldürüldü və ya sürgünə göndərildi. Sezar Mariusun qardaşı oğlu və Cinnanın kürəkəni olaraq artıq hədəfdə idi. Əvvəl əmisindən qalan mirasdan, sonra həyat yoldaşının cehizindən və son olaraq da rahiblik vəzifəsindən məhrum edildi, ancaq həyat yoldaşından boşanmağı rədd edincə qaçmağa məcbur oldu. Özünə qarşı olan təhdidlərdən, aralarında Sullanın dəstəkçilərinin və Vestal bakirələrinin də olduğu ailə üzvlərinin vasitəsi sayəsində, Sullanın istəksizcə də olsa geri addim atması ilə qurtula bildi. Sullanın "Sezarda çoxlu sayda Marius gördüyünü" dediyi iddia olunur.
Kariyerasının erkən dövrü
[redaktə | vikimətni redaktə et]Sezar Romaya geri dönmək yerinə orduya qoşuldu və Asiyada Markus Minucius Thermus və Kilikiyada Serviliusun əmrində xidmət etdi. Midilli mühasirəsində göstərdiyi üstün xidmətlərinə görə Korona Civika ilə mükafatlandırıldı. Kral IV Nikomedesin donanmasını müşayət edərək təhlükəsizliyini təmin etmək üçün getdiyi Vifiniyada, kralın sarayında uzun müddət qalınca, bütün həyatı boyunca onu izləyəcək Nikomedeslə münasibət yaşaması barədə şaiyələr yayıldı. Rahiblik vəzifəsindən qovulması ironik formada ona hərbi karyera qurmanın yolunu açmışdı, çünki adətlərə görə bir Flaman Dialisin atlara toxunması, öz yatağından başqa bir yataqda 3 gündən çox ya da Roma xaricində bir gündən çox yatması, bir orduya tərəf baxması qadağan idi. İki il diktator olan Sulla e.ə. 80-ci ildə istefa verdi və yenidən konsulyar hökumət qurub, bir il konsul olaraq çalışdıqdan sonra siyasətdən birdəfəlik getdi. Sezar sonradan Sullanın diktatorluq vəzifəsindən ayrılmasını ələ salacaq və Sulla siyasətin əlifbasını belə bilmir deyəcəkdi. Sulla iki il sonra, e.ə. 78-ci ildə öldü və cənazəsi mərasimi ilə dəfn edildi. Sullanın öldüyünü eşidən Sezar, özü üçün artıq kifayət qədər təhlükəsiz yer olduğuna inandığı Romaya geri döndü. Bütün mülkiyyəti müsadirə edildiyinə görə Romanın kənarında, alt təbəqə insanlarının yaşadığı Suburada sadə bir evə köçdü. Sezarın geri dönüşü Markus Aemilius Lepidus tərəfindən Sulla sisteminə qarşı çevriliş cəhdi olaraq dəyərləndirildi ancaq Sezar Lepidusun liderliyinə inanmadığından bu plana qatılqmaqdan qaçdı. Yenidən hüquqşünaslıq etməyə başladı. Möhtəşəm natiqlik qabiliyyəti ilə yanaşı, həyəcanlı jestləri, incə səsi, korrupsiyada boğulan köhnə valilərin cəza mühakimələrindəki insafsızlığı sayəsində Romada məşhur biri oldu. Ritorikasını mükəmməlləşdirmək üçün e.ə. 75-ci ildə Siseronun da müəllimi olan Apollonius Molonun yanına — Rodosa getdi. Sezar Egey dənizində olarkən Kilikiyalı dəniz quldurları tərəfindən qaçırıldı və Oniki adalardan biri olan Kiçik Farmakos adasında saxlanıldı. Quldurlar Sezarın əvəzində 20 talant qızıl istəmək qərarı aldıqdan sonra Sezar 50 talant qızıl istəmələri üçün israr etdi. Pulun ödənməsindən sonra sərbəst buraxılan Sezar donanma topladı və quldurları tutaraq, Berqamoya həbs etdirdi. Asiya əyaləti canişini quldurları edam etməyi rədd edərək, onları qul kimi satmağı üstün tutdu. Lakin Sezar, onları dustaq olduğu zaman söz verdiyi kimi çarmıxa çəkdirdi. Ardiyca Rodosa doğru getdi, lakin Pont krallığından gələn təhlükəyə görə orduya çağırıldı. Romaya döndükdən sonra, Roma siyasi həyatında cursus honorumun ilk pilləsi olan tribun seçildi. Spartaka qarşı olan müharibə (e.ə. 73-e.ə. 71)bu dövrdə olmuşdur, lakin Sezarın bu müharibədə hər hansı bir rol oynayıb-oynamadığına dair məlumat yoxdur. e.ə. 69-cu ildə Kvestor seçildi, eyni il qohumu və əmisi Mariusun dul həyat yoldaşı Julianın dəfn mərasimində bir nitq söylədi. Öz həyat yoldaşı da həmin il öləcəkdi. Sezan cənazənin ardından Antistius Vetusun əmrində Kvestorluq vəzifəsini yerinə yetirmək üçün Hispaniyaya getdi. Orada olduğu zaman Böyük isgəndərin heykəli ilə qarşılaşdığı və indi İsgəndərin dünyanı tutduğu yaşda olduğunu və onun müqayisə edildiyində çox az şeyi bacardığı reallığını narahatlıqla qarşıladığı deyilir. Vəzifəsindən erkən ayrılma istəyi qəbul edildikdən sonra Roma siyasi həyatına geri döndü. Geri döndüyündə Sullanın nəvəsi Pompeiya ilə evləndi. Ardıyca Aedilis seçilən Sezar, hələ də hakimiyyətdə olan Sulla tərəfdarı hakimiyyətin ziddinə olaraq, əmisi Mariusun zəfərlərinə həsr edilmiş abidələri restavrasiya etdirdi. Bundan başqa Sullanın qadağalarından faydalananlara qarşı məhkəməyə şikayət etdi, eyni vəzifəni paylaşdığı Markus Calpurnius Bibulusu kölgədə buraxacaq qədər pul ianəsi ilə ictimai işləri və oyunlar təşkil etdi. Bundan başqa iki uğursuz çevriliş cəhdi ilə də qarşı-qarşıya qaldı.
Yüksəlişi
[redaktə | vikimətni redaktə et]E.ə. 63-cü ildə Sezar üçün çox hərəkətli il oldu. Tribun Titus Labienusu, 37 il əvvəl siyasi sui-qəsdə qurban gedən tribun Lucius Appuleius Saturninusun ölümüylə əlaqədar senator Gayus Rabiriusu məhkəməyə şikayət etməyə və bu məhkəməyə baxacaq iki hakimdən biri olaraq da özünü təyin etdirməyə nail oldu. Rabirius, Siseron və Quintus Hortensius tərəfindən müdafiə edildi ancaq vətənə xəyanətdən məhkum edildəkdən qurtula bilmədi. Təmizə çıxarılmaq üçün xalqa müraciətə hazırlaşdığı vaxtda praetor Quintus Caecilius Metellus Celer hərbi bayrağı Janiculum təpəsindən sökərək yığıncağın ertələnməsini təmin etdi. Labienus qovuşdurmanı başqa bir iclasla yenidən başlada biləcəyi halda bunu etmədi və Sezarın istədiyi formada davranaraq məhkəməni ləğv etdi. Labienus gələcək 10 il boyunca Sezarın mühüm müttəfiqi olacaqdı. Eyni il Sulla tərəfindən təyin edilən Pontifex Maximus Quintus Caecilius Metellus Piusun ölməsilə Sezar bu vəzifəyə namizəd oldu. Rəqibləri optimates klikindən köhnə konsul Quintus Lutatius Catulus və Publius Servilius Vatia Isaurius idi. Hər iki tərəf haqqında da rüşvət ittihamları ortaya atılmışdı. Sezar seçki sabahı anasına ya Pontifex Maximus ya da bir heç olaraq dönəcəyini, çünki seçilə bilməyəcəyi təqdirdə seçimlər üçün aldığı böyük borc qarşılığında sürgünə göndəriləcəyini bilirdi. Nəticədə Sezar rəqiblərinin bütün təcrübə və mövqelərinə baxmayaraq, digər iki namizədin səslərinin bölünməsi sayəsində rahatca qazandı. Vəzifəsinə Via Sakrada rəsmi iqamətgahın təsis edilməsi ilə başladı. Eyni il konsul olaraq işləməyə başlayan Siseron, respublikanın idarəçiliyini ələ keçirmək üçün Katilinanın planlarını üzə çıxardıqdan sonra Katulus və digərləri Sezarın da bu planın bir hissəsi olduğunu iddia etdilər. Sonrakı il praetor seçiləcək olan Sezar planı hazırlayanlarla necə mübadilə ediləcəyi haqqında Senatda edilən mübahisələrə qatıldı. Mübahisə əsnasında Sezara bir qeyd çatdırıldı. İrəlidə onun ən qatı rəqibi halına gələcək olan Markus Porcius Kato, Sezarı planı hazırlayanlarla birgə olmaqda ittiham etdi və ona verilən məktubu yüksək səslə oxumasını tələb etdi. Sezar qeydi ona göndərincə məktubun Kato üçün olduqca utanc verici bir şey oduğu ortaya çıxdı. Beləki məktub sevgi məktubu idi və Katonun ögəy bacısı tərəfindən Sezara göndərilmişdi. Sezarın planı hazırlayanların ömür boyu həbsə məhkum edilmələrini müdafiə etsə də, Katonun çıxışından sonra Senat çevrilişə cəhd edənləri edam etdirdi. Ondan sonrakı il bu planı araşdırmaq üçün yenidən komissiya quruldu və Sezar bir daha bu planın parçası olmaqda ittiham edildi. Siseronun bunu sübut etməsindən sonra plan haqqında bildiklərini öz istəyi ilə danışdı və günahsızlığı anlaşıldı, ittiham edən komissiya üzvlərindən biri həbs edildi. E.ə. 62-ci ildə praetor olaraq çalışarkən mübahisəli qanun təklifləri mövzusunda tribun Metellus Celeri dəstəkləmiş və ikilinin israrçılığına görə Senat onları bir müddətlik vəzifədən uzaqlaşdırmağa məcbur qalmışdı. Sezar vəzifəsini davam etdirməyə cəhd etmiş, lakin fiziki gücün işə qarışdığını gördükdən sonra dayanmışdı. Senat isə Sezarı dəstəkləyən küçə nümayişləri artmağa başladıqdan sonra onu yenidən vəzifəsinə bərpa etmişdi. Eyni il Bona Dea (Yaxşı İlahələr) festivalı Sezarın himayəsində və onun evində edilmişdi. Kişilərin festivala qatılmasına icazə verilmədiyi halda gənc patrisi olan Publius Klodius Pulcher qadın paltarında içəri girməyi bacarmış, Sezarın həyat yoldaşı Pompeianı açıqca intim əlaqəyə sövq etmişdi. Kim olduğu bilinəndə isə dini hörmətsizliyə görə həbs edilmişdi. Sezar Romanın ən güclü patrisi ailələrindən birini özünə qarşı çevirməmək üçün Klodiusun məhkəməsində ona qarşı şahidlik etməmiş və Klodius rüşvət və təhdidlər sayəsində bəraət almşdı. Bununla bərabər, Sezar həyat yoldaşım barədə heç bir şübhə olmamalı deyərək Pompeiadan boşanmışdı. Praetorluğunun bitməsinin ardıyca Sezar Hispania Ulterior əyalətinə idarəçi olaraq təyin edilmiş olsa da hələ çox borclu idi və ayrılmadan əvvəl ona borc verənləri razı salmalı idi. Bu səbəblə Romanın ən zəngin adamlarından olan Markus Likinius Krassusa müraciət etdi. Krassus Pompeyə qarşı olan müxalifətində ona dəstək olması qarşılığında Sezarın borclarının bir hissəsini ödədi və geri qalanına da qarant durdu. Yenə də praetorluğu sonlanınca toxunulmazlığı qalxacağı üçün borc sahibləri tərəfindən ittiham edilə biləcəyini başa düşən Sezar, hələ vəzifəsi sonlanmadan əyalətinə getmək üçün Romadan ayrıldı. Hispaniada Kallaici və Lusitanilərin torpaqlarını fəth etdi, qoşunu tərəfindən imperator olaraq salamlandı. Borclarla bağlı qanunu reform etdi və canişinlik dövrünü uğurla sonlandırdı. Sezar imperator olaraq salamlandığı üçün Roma Zəfər Alayı ilə mükafatlandırıldı. Ancaq Sezarın gözü respublikanın ən yüksək magistrallığı olan Konsulluq vəzifəsində idi. Ortada bir problem var idi, beləki Sezar əgər zəfər alayına qatılardısa hərbçi olaraq qalmalı və Roma şəhər qalasının gerisində gözləməli idi, ancaq konsulluq seçimlərinə qatılmaq istəyirdisə komandanlığı buraxmalı və şəhərə adi bir vətəndaş kimi girməli idi. Eyni anda iki seçimin də reallaşması münkünsüz idi. Senatdan seçimlərə in absentia (qiyabi) olaraq qatılmaq üçün icazə istədi, ancaq bu tələb Kato tərəfindən veto edildi. Zəfər alayı və konsulluq arasında seçim etmək məcburiyyətində qalan Sezar, konsuluğu seçdi.
Birinci konsulluğu və I Triumvirat
[redaktə | vikimətni redaktə et]Konsulluq üçün yarışan 3 namizəd var idi:
- Sezar
- Bir necə il əvvəl Sezarla birlikdə aedile olaraq işləmiş Markus Kalpurnius Bibulus
- Lucius Lukkeius
Konsulluq seçimləri çox gərgin keçirdi. Sezar Siseronun dəstəyini istəmiş və zəngin olan Lukkeiusla ittifaq bağlamışdı. Ancaq maliyyə vəziyyəti Bibulus qarşısında yetərsiz qalmış və buna əlavə olaraq rüşvət almaması ilə məşhur olan Katonun belə Bibulusdan rüşvət alaraq onun tərəfini tutduğu şaiyələri yayılmışdı. Nəticə olaraq Sezar və Bibulus, e.ə. 59-cu ildə konsul seçildilər. Sezar borcuna görə Krassusdan siyasi baxımdan asılı olsa da, Senatda pensiyaya çıxmış hərbçilər üçün şərqdə məskunlaşma yerləri və təsərrüfat əraziləri təsis edilməsi mübarizəsində uğursuz olan Pompeylədə yaxşı keçinməyə çalışmışdı. Pompey və Krassus birlikdə konsul olduqları e.ə. 70-ci illərdən bəri düşmən idilər və Sezar bu ikisindən biri ilə yaxın olmanın digəri ilə düşmən olmağa bərabər olduğunu bildiyindən onları barışdırmaq istəyirdi. Bu üçlünün ictimai işlər üzərində nəzarəti təmin etmək üçün həm pulları, həm də nüfuzları var idi. I Triumvirat olaraq bilinən bu qeyri-rəsmi ittifaq, Pompeyin Sezarın qızı Julia ilə evlənməsi ilə daha da sağlamlaşdırıldı. Bu arada Sezarda ertəsi il konsul seçiləcək olan Lucius Kalpurnius Pisonun qızı Kalpurnia ilə evləndi. Sezar, Pompey və Krass tərəfindən də dəstəklənən və ictimai ərazilərin kasıblara lazım olarsa gücdən istifadə edərək dağıdılmasını nəzərdə tutan qanun təklifi təqdim edərək, ittifaqı daha da möhkəmləndirdi. Pompey şəhəri əsgərlərlə doldurdu və müxaliflərin gözünü qorxutmağa başladı. Bibulus, təxminlərin təsirsiz olduğunu elan edərək qanunun keçərsiz olduğunu bildirsə də, Sezarın silahlı dəstəkçiləri tərəfindən Forumdan uzaqlaşdırıldı. Liktorlarının daşıdığı faskeslər qırılmış, konsulU müşayiət edən tribunlardan ikisi yaralanmış və Bibulusun üzərində bir qab dolusu nəcis tökülmüşdü. Həyati təhlükədən qorxan Bibulus ilin yerdə qalanını evində gizlənərək keçirmişdi. Sezarın qanun yaratma hüququna mane olmağa yönəlmiş bu cəhd yetərsiz qalmışdı. Romalı katiblər bu ili Jül və Sezarın konsulluğu dövrü adlandırmışdılar. Sezar və Bibulus ilk seçildiyi zaman respublika aristokratiyası Sezarın gələcəkdəki ehtimal olunan gücünə maneə olmağa çalışmış, İtaliyanın meşələrini və otlaq sahələrini böldürmüşdü. Piso və Pompeyin köməkliyi ilə Sezar bu vəziyyəti dəyişdirdi və bunun yerinə Kisalpina Qalliya vı İlliriya olaraq Qalliya Narbonensis əyalətlərinin idarəçiliyinə təyin olundu. Bunun sayəsində 4 legionun idarəçiliyinə sahib olmaqla yanaşı, 5 il müddətinə toxunulmazlıı da qazanmış oldu. Konsulluq vəzifəsi sonlanınca, çalışdığı müddətdə etdiyi bəzi şeylərə görə şikayət olunma təhlükəsi olduğu üçün, hələ vəzifə müddəti sonlanmamış Romadan ayrılaraq təyin olunduğu yerə getdi.
Qalliyanın fəthi
[redaktə | vikimətni redaktə et]Sezar hələ də çox borclu idi, əyalət canışını kimi pul toplamaq üçün ya qeyri-qanuni vergi toplamalı, ya da hərbi yürüşə çıxmalı idi. Sezarın rəhbərliyi altında 4 legion fəth edilmiş Qalliya torpaqlarında yerləşdirilmişdi. Romanın müttəfiqlərindən Aeduilər, Qalliyalı rəqibləri tərəfindən Ariovistus liderliyindəki german kökənli Suebilərin köməyi ilə darmadağın edilmiş, Helvetlər Romanın yeni müharibəyə başlayacağını düşünərək, böyük köçə başlamışdılar. Yeni iki legion toplayan Sezar, əvvəl Helvetiləri, ardəyca da Ariovistusu məğlub etdi və ordusunu qız üçün Sequani torpaqlarında yerləşdirərək, Qalliya Narbonensisin o tərəfindəki torpaqlara qarşı marağının müvəqqəti olmadığı siqnalını verdi. Vəzifəyə gəldioyindən iki il sonra sahib olduğu hərbi gücü Kisalpin Qalliyadan topladığı iki yeni legion hesabına iki qat artırdı. Kisalpin Qalliya əyaləti sakinləri Roma vətəndaşı olmadığı üçün bu hərəkətin qanuniliyi mübahisəli idi. Sezarın bu hərəkətlərinə cavab olaraq Şimal-şərqi Qalliyadakı Belgic tayfaları silahlanmağa başladılar. Sezar bu vəziyyətə sərt cavab verdi və birləşmiş Belgic (indiki Belçika) ordusuna qarşı hücuma keçdi və qalib gəldi. Bu arada Krassusun oğlu Publius rəhbərliyindəki bir Roma legionu da Armorika yarımadasındakı yerli tayfaların torpaqlarını fəth etməyə başladı. E.ə. 56-cı ilin yazında Triumvirat Qalliyanın Luka (indiki Lukka) şəhərində toplaşdı. Romada qarışıqlıq mövcud idi Klodiusun populist kampaniyası Krassus və Pompey arasındakı münasibəti korlamağa başlamışdı. Toplantıda Triumvirat yenilərkən Sezarın prokonsulluğu 5 illik uzadıldı. Krassus və Pompeyin yenidən konsul seçilməsi və eyni Sezar kimi Krassusun Suriya, Pompeyin də Hispaniya prokonsulu olmaları qərarlaşdırıldı. Sezarın Venetiləri donanma döyüşündə məğlub etməsi ilə Armorikanın fəthi sonlandı, Krasusun oğlu isə cənub-qərbdə Aquitanilərin torpaqların fəthini tamamladı. E.ə. 56-cı ildəki yürüşün ardından alcaq-qayalıq bölgələrdə yaşayan Morini və Menapi tayfalarının torpaqlarından başqa bütün Qallıya Romaya tabe edildi. E.ə. 55-ci ildə Qalliyaya qarşı, german tayfaları Usipetelər və Tencterilər tərəfindən reallaşdırılan hücumun qarşsıını alan Sezar, bunun ardıyca Ren çayı üzərindən körpü düzəltdirdi və geri dönüb körpünü sökdürmədən German torpaqlarında bir müddət gəzərək güc nümayişi etdi. Həmin ilin yayında Morini və Menapiləri tabe etdi, ardıyca Bretonların keçən ilki müharibədə Venetilərə kömək etdiyini əsas gətirərək Britaniyaya keçdi. Sonda qışı keçirmək üçün Qalliyaya geri döndü. Lakin Qalliyada qışın sərt keçməsi, ərzaq qıtlığı yaranmasına görə Eburoneli Ambioriksin rəhbərliyi ilə üsyan başladı. Bu üsyan yatırıldıqdan sonra Sezar, Qalliyanın tam tabe etdirildiyi qənaətinə gəldi. Sezarın Britaniyaya səfər etdiyi zaman, Pompeyin həyat yoldaşı olan qızı Julia doğuş zamanı vəfat etdi. Sezar müqaviləni yeniləmək və dəstəyini itirməmək üçün Pompeyə Qayus Marsellusla evli olan bacısı qızı Oktavianı təklif etdi, lakin Pompey bunu rədd etdi. Krassus, e.ə. 53-cü ildə Parfiyaya uğursuz bir hücum sonunda öldürüldü. Pompey tək başına konsul seçildi və ardıyca nizam-intizamı bərpa etmək üçün boş konsul taxtına oturması üçün Sezarın siyasi rəqiblərindən biri olan Metellus Skipionu dəvət etdi. Sonra Skipionun qızı Kornelia ilə evləndi. Triumvirat sona çatmışdı. E.ə. 52-ci ildə Arverni qəbiləsindən Versinqetorikin liderliyini etdiyi yeni üsyan bütün Qalliyaya yayıldı. Versinqetorik bütün Qalliya tayfalarını bir araya gətirməyə bacarmış və Sezarı Gergoviya döyüşü daxil bir necə toqquşmada məğlub edərək hərbi dühasını göstərmişdi. Lakin Sezarın xüsusi diqqətlə işlədiyi Alesia mühasirəsində sonda təslim olmağa məcbur qalmışdı. Ardıyca davam edən dağınıq üsyanlara baxmayaraq Qalliya tam olaraq fəth edildi. Titus Labienus, Sezarın ən yüksək rütbəli nümayəndəsi idi və Qalliya döyüşləri zamanı propraetor rütbəsi aldı. Sezarın komandanlığı altında xidmət edən digər diqqət çəkici şəxslər arasında qohumu olann Lusius Yulius Sezar, Krassusun oğulları Markus və Publius, Siseronun qardaşı Quintus, Decimus Brutus və Mark Antoni vardır. Plutarx, ordunun bütün Qalliya döyüşləri boyunca döyüşməyə məcbur qaldığı əsgər sayının 3 milyon civarında olduğunu, bunlardan bir milyonunun öldürüldüyünü, bir milyonunun qul edildiyini iddia edir. 3000 tayfaya boyun əydirilmiş və 800 yaşayış yeri dağıdılmışdı. Avarikum şəhərinin əhalisinin demək olar ki hamısı (40 min) öldürülmüşdü. Sezar torpaqlarından ayrılan Helvetilərin sayının 368.000 olduğundan, bunlardan 92.000 şəxsin döyüşçü olduğundan və sadəcə 110.000 şəxsin geri dönə bildiyindən bəhs edir. Lakin doğru sayı bilmənin çətinliklərinə əlavə olaraq, Sezarın propaqanda məqsədli məlumatları və antik mətnlərdəki şişirtməli rəqəmlər nəzərə alındığında, düşmənin sahib olduğu döyüşçü sayının düzgün olmaması tamamilə aydındır. Furger-Qunti 60 min əsgərdən və ondan çox şəxsi heyətə sahib ordunun planlanan strategiya baxımından şübhəli olacağını, bu səbəblə də Helvetilərin 40 min döyüşçü olmaqla, toplam 160 min qaçqından ibarət ola biləcəyini iddia edir. Delbruck sayını daha da aşağı hesab edir. ona görə ümumi qaçqın sayı 100 min olmuş, döyüşçü sayı isə Romalı 30 minə qarşı yalnızca 16 min olmuşdur.
Hərbi karyerası
[redaktə | vikimətni redaktə et]Sezar adı sahib olduğu hərbi bacarıqlara görə tarixçilər tərəfindən tarixin ən mühüm hərbi strateqləri və stratejistləri olaraq qəbul edilən Böyük İsgəndər, Sun Tzı, Xalid ibn Valid, Hannibal, Çingiz xan və Napoleon Bonapartla birlikdə anılmışdır. Sezar həm Qalliya müharibələri zamanı Gergoviya döyüşündə, həm də vətəndaş müharibəsi zamanı Dyrrhachium döyüşündə strategiya baxımından mükəmməl zəfərlər qazanmışdır. Lakin Sezarın taktika dühası özünü Qalliya müharibələri zamanı Alesia mühasirəsində, vətəndaş müharibəsi zamanı Farsalus döyüşündə, Pompeyin say baxımından çox olan qüvvələrini geri püskürtməsilə və Farnakesin ordusunu Zela döyüşündə yox etməsilə göstərmişdir.
Sezarın şərtlər nə olursa olsun qələbə qazanmasının sirri komandanlıq etdiyi legionların sahib olduğu sərt ama ədalətli nizam-intizamı idi. Sezar birinci dərəcəli piyada və süvarilərə sahib olmaqla yanaşı, müthiş Roma ağır silahlarına və üstün mühəndislik bacarıqları ilə əhatə olunmuş orduya sahib idi. Eyni zamanda manevr edən qüvvələrin çatdığı sürət əfsanə halına gəlmişdi, Sezarın ordusu bəzən bir gündə o zaman üçün inanılmaz məsafə olan 64 km yol gedə bilirdi. Sezara aid olan, Qalliya müharibələri barədə Şərhlər adlı əsərdə deyilənlərə görə olduqca əlçatmaz şəraitdə salınmış Qalliya şəhərinin mühasirəsi zamanı Sezarın mühəndisləri sərt qayadan tunel açmış və şəhərin su aldığı qaynağa çatıb, yönünü dəyişdirərək öz ordusuna yönəltmişdi. Şəhər isə təslim olmuşdu.
Vətəndaş müharibəsi
[redaktə | vikimətni redaktə et]E.ə. 50-ci ildə Pompeyin rəhbərliyindəki Senat, prokonsulluq vəzifəsinin sona çatdığı səbəbilə Sezara Romaya geri dönməsi və ordusunu tərxis etməsi əmrini verdi. Əlavə olaraq Senat Sezarın in absentia (qiyabi olaraq) ikinci dəfə konsul seçilməsini də qadağan etdi. Sezar toxunulmazlıq haqqı ya da ordusunun gücü olmadan Romaya girməsi ilə siyasi olaraq məhv ediləcəyini bilirdi. Pompey, Sezarı üsyan etmək və vətənə xəyanətdə günahlandırdı. Sezarın 10 yanvar e.ə. 49-cu ildə generalların orduları ilə keçmələrinin qadağan olduğu Rubikon çayını "Legion XIII Gemina" ilə keçməsilə Romada vətəndaş müharibəsi başlamış oldu. Plutarx Sezarın Rubikonu keçdiyində Afinalı bir dram yazarı olan Menandra aid ἀνερρίφθω κύβος məsələni dediyini yazır. Suetonius bu zərb-məsəlin latıncada qarşılığını alea iacta est, yəni ox yaydan çıxdı olaraq verir. Cənuba qaçan Metellus Skipio və Gənc Katonun da aralarında olduğu Optimatlar, xüsusilə də Şimali İtaliyadakı şəhərlərin çoxunun təslim olmasının ardından yeni toplanan qüvvələr sayəsində bir az nəfəs aldılar. Samariumda çalışdıqları legion toplama cəhdi legionun güclü bir toqquşmaya məruz qalmadan təslim olması ilə nəticəsiz qaldı. Sezarın sahibo olduğu bircə legiona nisbətən daha çox qüvvəyə sahib olan Pompeyin döyüşməyə bir o qədər də niyəti yox idi. Sezar Pompeyi Brindiziyə qədər qovdu, Pompey Sezarın çatmasına az qalmış limandan ayrıla bildi. Limandakı bütün gəmilər Pompey tərəfindən qüvvələrinin təxliyəsi üçün istifadə olunduğundan onu təqib etmək münkün deyildi və bundan sonra Sezar üzünü Hispaniyaya çevirdi. Romanı Markus Aemilius Lepidusun prefektliyinə və İtaliyanın geridə qalanını tribun Mark Antoninin idarəçiliyinə buraxan Sezar, böyük sürətlə 27 gün içində Hispaniyaya çatdı və özünə qatılan iki Qalliya legionu ilə Pompeyin vəkillərini darmadağın etdi. Bunun ardıyca Pompeylə döyüşmək üçün şərqə — Yunanıstana doğru irəlilədi. 10 iyul, e.ə. 48-ci ildə Dyrrhachiumda olan döyüşdə darmadağından güclə qurtuldu. Qısa vaxt sonra reallaşan ikinci döyüşdə — Farsal döyüşündə piyada sayının iki dəfə az, süvari sayının isə xeyli dərəcədə az olmasına baxmayaraq Pompeyin qoşunlarını darmadağın etdi. Romada Sezar diktator olaraq təyin olunarkən, Mark Antoni də onun Magister Equitumu olaraq çalışmağa başladı. Bu vəzifəyə təyin olunmasından sadəcə 11 gün sonra diktatorluqdan istefa edən Sezar, Publius Servilius Vatia ilə ikinci dəfə konsul seçildi. Sezar Pompeyi XIII Ptolomeyin xidmətində olan, köhnə Romalı zabit tərəfindən öldürüləcəyi İsgəndəriyyə şəhərinə qədər qovdu. Ardıyca XIII Ptolomey və onun bacısı, həyat yoldaşı və eyni zamanda da vəkil kraliça olan VII Kleopatra arasındakı ara müharibəsinə daxil oldu. Bunun səbəbi bəlkə də XIII Ptolomeyin Pompeyin qətlindəki roludur. Sezar Kleopatranın tərəfini tutdu. Deyilənlərə görə XIII Ptolomeyin xidmətçisi tərəfindən təqdim olunan Pompeyin kəsik başına ağlamışdı. E.ə. 47-ci ildə Nil çayı sahilində baş verən döyüşdə Sezarın müdafiə etdiyi Kleopatra tərəfdarları qalib gəldi. Ardıyca Sezardan Sezarion adlı uşağı olduğundan şübhənilən Kleopatra taxta çıxarıldı. E.ə. 47-ci ilin yazında Nil üzərində təşkil etdikləri zəfər alayı ilə qələbələrini qeyd etdilər. Kraliyyət qayığını müşayət edən 400 gəmi Sezara Misir fironlarının möhtəşəmliyini göstərmək niyəti daşıyırdı. Sezar və Kleopatra heç vaxt evlənmədilər, çünki Roma qanunlarına görə bunu etmələri münkün deyildi. Evlilik aktı sadəcə Roma vətəndaşları arasında edildiyində keçərli olurdu və Kleopatra Misir kralıçası idi. Sezarın evliliyi 14 il əvvəl uşaq sahibi olmadan sona çatdığından Kleopatra ilə olan əlaqəsi Romalılar tərəfindən zina olaraq dəyərləndirilmədi. Kleopatra Romanı bir necə dəfə ziyarət etdi və bu ziyarətlər zamanı Sezarın Romanın kənarındakı Tiber çayı sahilində yerləşən villasında qaldı. E.ə. 47-ci ilin ilk aylarını Misirdə keçirən Sezar, daha sonra Orta Şərqə yönəldi və Pont kralı II Farnekesi yox edəcəyi Zela döyüşünü qazandı. Ardıyca Pompeyin Afrikada qalan senatorial tərəfdarları ilə hesablaşmaq üçün Afrikaya keçdi. Qısa müddət sonra e.ə 46-ci ildə olan Tapsus döyüşündə Metellus Skipio (bu döyüşdə öldü) və Gənc Katoya (intihar etdi) qarşı zəfər qazandı. Bununla bərabər Pompeyin oğulları Gneyus Pompey və Sextus Pompey, Sezarın köhnə leqatı və Qalliya müharibələrinin iki nömrəli komandanı Titus Labienus ilə birlikdə Hispaniyaya qaçdı. Sezar təqibə davam etdi və geri qalan son müxalifləri də e.ə. 45-ci ildə olan Munda döyüşündə məhv etdi. Bu müddət ərzində Sezar e.ə. 46-cı ildə Markus Aemilius Lepidusla III və e.ə. 45-ci ildə həmkarı olmadan IV dəfə konsul seçildi.
Vətəndaş müharibəsindən sonra
[redaktə | vikimətni redaktə et]Hispaniyaya səfərdə olduğu zaman Senat, Sezara in absentia (qiyabında) mükafatlar verdi. Sezar çox vaxt düşmənlərini bağışladığı üçün özünə qarşı müxalifət yox idi. 21 apreldə Munda zəfərinə ithaf olunmuş oyunlar və şənliklər təşkil edildi. E.ə. 45-ci ilin sentyabr ayında İtaliyaya geri dönən Sezar vəsiyyətini hazırladı və bacısı oğlu Gaius Oktaviusu (Oktavian) sahibi olduğu hər şeyin varisi elan etdi. Bundan əlavə Sezar, Oktavianın özündən əvvəl öləcəyi halda II varis kimi Markus Junius Brutusu müəyyən etdi. Bəzi mənbələrə görə Sezar Brutusu özünün oğulluğu elan etmişdir. Sezar dövlət əmlakının satın alınmasını möhkəm formada nizama saldı və alıçıların sayını müəyyən rəqəmdə sabitləyərək hamısını qeydiyyata aldırdı. Kasıblar üçün ayrılan taxıl paylarının satılmasını da qadağan elədi. E.ə. 47–44-cü illər arasında pensiyada olan hərbçilər üçün ərazi ayrılması və Roma dünyası boyunca pensiyada olan hərbçi koloniyaları qurulması ilə bağlı planlar hazırladı. Sezar e.ə. 63-cü ildə vəzifə borcu içində təqvimi qurmaq da olan Pontifex Maximus seçilmişdi. Bu vəzifə ilə mövcud təqvim sistemi üzərində reallaşdırdığı yenidənqurma etdiyi ən təsirli və ən uzunömürlü reformlarından biri olaraq tarixə keçdi. Sezar e.ə. 46-cı ildə hər dörd ildə bir artıq il hesabına əsaslanan 365 günlük təqvim sistemini inkişaf etdirdi (Yuliyan təqvimi olaraq bilinən bu təqvim Papa XIII Qriqori tərəfindən reform edilərək indi də istifadə olunan Qriqoryan təqvimi yaradılmışdır). Bu islahatın nəticəsi olaraq 455 gün uzunluğundakı standart Roma ili mövümlərə bölünmüş oldu. Qriqoryan təqviminin VII ayına Sezarın şərəfinə "July" (latınca İuliusdan törəmişdir) adı verilmişdir. Bu dövrdə Sezar Forumu və içində olan Venera Genetrix Məbədi ilə birlikdə xeyli sayda ictimai bina inşa edildi.
Sui-qəsd
[redaktə | vikimətni redaktə et]Sui-qəsdəin səbəbləri və hazırlıq
[redaktə | vikimətni redaktə et]Antik bioqrafiya yazarları Sezar və Senat arasındakə gərginliyi və onun ehtimal olunan monarxiya iddiasını ətraflı şəkildə təsvir edirlər. Bu hadisələr Sezarın Senatda olan siyasi rəqibləri tərəfindən sui-qəsd nəticəsində öldürülməsinin əsas səbəbidir.
Sezara Pater Patrie (Vətənin Atası) fəxri adı da verilmişdir. III dəfə diktator seçilmiş və ardıyca əslində onu 10 illik müddət üçün diktator edəcək formada bir-birini izləyən doqquz tək il üçün diktator olaraq təyin olunmuşdur. Əlavə olaraq 3 illik müddət üçün praefektus morum (əxlaq prefekti) seçilmişdir.
Sezar Senat tərəfindən ömürlük diktator mənasına gələn Diktator Perpetuus adlandırılmışdır. Respublika tarixində ilk dəfə olmaqla ön tərəfində bu ünvan və Sezarın profildən rəsmi, arxa tərəfdə isə ilahə Ceres və Sezarın ünvanı olan Augur Pontifex Maximus olan Roma denariusu zərb etdirilmişdir. Respublika dövründə konsulların və digər ictimai məmurların fiqurlarının sikkə üzərində zərbi adi hal olsa da, Diktator adının sikkə üzərində ilk dəfə zərb edilməsi olduqca əhəmiyyətli idi.
Kassius Dio, e.ə. 44-cü ildə senator heyətinin Sezara yeni fəxri adlar verilməsi barədə onu məlumatlandırmaq üçün onu ziyarət etməsindən bəhs edir. Sezar heyəti qarşılamaq yerinə Venera Genetrix Məbədində oturaraq qəbul etməyi seçmişdi. Dioya görə bu vəziyyət senatorların Sezara sui-qəsd təşkil etməsinin əsas səbəbi idi. Yenə Dionun yazdığına görə Sezarın tərəfdarları bu hərəkətin səbəbi olaraq Sezarın ağır diareya keçirdiyini göstərmiş, lakin senatorlar onun heç kimin köməyi olmadan evə getdiyini gördüklərini iddia etmişdirlər.
Qay Svetoni Trankvill Sezarın ayağa qalxmamasının səbəbi olaraq Kornelius Balbus tərəfindən əngəllənməsini göstərir. Qay Svetoni bundan əlavə Sezarın Romaya geri dönməsi zamanı toplanan kütlə ilə əlaqəli hekayə də yazır, beləki kütlədən biri Sezarın Rostrada olan heykəlinə dəfnə budağından çələng qoymuşdu. Tribunlar Qayus Epidius Marsellus və Lusius Kaesetius Flavius hadisəyə müdaxilə edərək, dəfnə budağının Yupiterin və hakimiyyətin rəmzi olduğunu bildirərək, budağın götürülməsini istəyirlər. Bunu eşidən zaman Sezar tribunların rəsmi güclərini əlindən almışdı. Qay Svetoni kütlədən birinin Sezara latınca kral mənasına gələn rex dediyini, Sezarın isə ona cavabında Mən Sezaram, kral yox! deyə cavab verməsini yazır. Bundan əlavə Luperkalia festivalı dövründə Rostrada nitq deyərkən onun birlikdə konsul seçilmiş Mark Antoni dəfələrlə onun başına çələng qoymaq istəsə də bunu rədd etmişdir. Əvəzində bu çələngi Yupiter Opitimus Maximusa təqdim etmək üçün kənara qoymuşdur.
Plutarx və Qay Svetoninin bu hadisələri təsvir etmələri demək olar ki, eynidir, lakin Dio, Sezarın heykəlinə çələng ya da diadem taxmaq istəyənlərin tribunlar tərəfindən həbsə atıldıqlarını yazır. Bundan əlavə Sezara rex deyə bağırılması hadisəsinin Alban təpəsində reallaşdığını və bağıran qrupun yenə tribunlar tərəfindən həbsə atıldığını yazır. Sezar həmin andaca tribunları senata təqdim etmiş, senatorların səsverməsi nəticəsində həmin tribunlar vəzifədən uzaqlaşdırılmışdır.
Qay Svetoni əlavə olaraq Lusius Kottanın Parfiya ölkəsini ancaq bir kralın fəth edə biləcəyi öncədən görməsinə əsaslanaraq Senata Sezarın kral qəbul edilməsini nəzərdə tutan qanun layihəsini təqdim etməsini yazır. Sezar doğrudan da Parfiyanı işğal etməyə çalışacaq və bu vəziyyət II Triumviratda Mark Antoniyə xeyli problem yaradacaqdı.
Mark Yuni Brutus, həyat yoldaşının qardaşı Kassisus və digər adamlarla birlikdə özlərinə Liberatores adını verərək sui-qəsd planını hazırlamağa başladılar. Dəməşqli Nikolas tərəfindən kağıza qeyd edilərək günümüzə çatması təmin edilən xeyli plan üzərində mübahisələr aparıldı:
Sui-qəsdçilər heç vaxt açıq şəkildə bir yerə gəlmədilər ancaq kiçik qruplar halında bir-birlərinin evində toplandılar. Sui-qəsdin yeri və zamanı haqqında gözlənildiyi kimi çox sayda mübahisə aparıldı, təkliflər edildi. Bəziləri bu cəhdin Sezarın gəzməyi ən çox sevdiyi Via Sakrada, tək gəzərkən edilməsini təklif etdilər. Bir digər fikir isə sui-qəsdin Sezarın yeni seçilən magistraları təyin etmək üçün Kampus Martiusda olan körpüdən keçişi zamanı edilməsi idi. Bir püşk atılacaq və burada çıxana dam Sezarı körpüdən aşağı atacaq, digərləri isə qaçaraq onu öldürəcəkdilər. III plan isə qladiator oyunlarının gəlməsini gözləmək idi. Sui-qəsd təşəbbüsü üçün istifadə olunacaq silahların ortaya çıxması vəziyyətində belə bu oyunların təbiətinə görə diqqət çəkməyəcəyi düşüncəsi bu planı avantajlı edirdi. Ancaq çoxluğun fikri Sezarın, sadəcə senatorların girməsinə icazə verilən və senatorların geydiyi paltarların sui-qəsddə istifadə olunacaq xəncərləri gizlətmək üçün kifayət qədər uyğun olması səbəbilə Sezarın Senat binasında öldürülməsi yönündə idi. Günün qazananı bu plan oldu. |
Sezarın öldürülməsindən iki gün əvvəl Kassius sui-qəsdçilərlə yığıncaq keçirdi və əgər biri planlarını öyrənərsə xəncər ilə özlərinə öldürmələrini dedi.
Sui-qəsdin reallaşması
[redaktə | vikimətni redaktə et]E.ə. 44-cü il tarixində bir qrup senator, senata gücünü geri verməsini xahiş edən qanun layihəsini oxuması üçün Sezarı foruma çağırdı. Ancaq layihə Sezarı aldatmaq üçün idi. Sui-qəsd planını dəhşət içindəki bir Liberator olan Servilius Kaskadan bir gecə əvvəl qismən öyrənən və işlərin pisləşməsindən qorxan Mark Antoni, Sezara nərdivanlarda mane olmaq üçün foruma getdi. Ancaq Sezarın yolu Kampus Martiusda olan Pompey teatrından keçərkən bir qrup senator tərəfindən kəsildi və Sezar şərq tərəfə doğru yönləndirildi.
Sezar saxta layihəni oxumağa başlayarkən, layihəni ona təqdim edən Tillius Kimper, Sezarın toqasını aşağı endirdi. Sezar, Kimberə "Bu əlbəttə ki, gücdür!" ("Ista quidem vis est!") deyə bağırdığı zaman, Kaska xəncərini çıxardı və diktatorun boğazını bir yandan digər yana kəsdi. Sezar həmən dəqiqə ətrafında dövr etdi və Kaskanın qolundan tutaraq "Kaska, xain! Sən nə edirsən?" dedi, qorxudan donmuş olan Kaska yunanca "Qardaşlarım, kömək edin!" ("ἀδελφέ, βοήθει!", "adelphe, boethei!") deyə bağırdı. Bu andaca aralarında Brutun da olduğu qrupun geri qalanı da Sezarı biçaqlamağa başladılar. Sezar qaçmağa çalışdı ancaq gözləri qandan görə bilmədiyi üçün ayağı ilişdi və yıxıldı. Eutropiusa görə bu sui-qəsddə əli olan adamların sayə 60-dan çox idi və Sezar 23 dəfə bıçaqlanmışdı. Suetoniusa görə bir loğman, aldığı yaralardan sadəcə ikincisinin, yəni boynundan aldığı yaranın ölümcül olduğunu müəyyən etmişdi.
Diktatorun son sözlərinin nə olduğu dəqiq olaraq bilinməməkdədir və bu mövzu barədə elm adamları, tarixçilər arasında mübahisə vardır. Daha çox bilinən versiya latınca zərb-məsəl olan "Et tu, Brutus?" ("Sen də mi, Brut?") şəklindədir və Şekspirin "Yulius Sezar" adlı dramından götürülmüşdür. Əslində tam olaraq makaronik sətirin ilk misrası olaraq: "Et tu, Brutus?" ("Elə isə yıxıl (öl), Sezar!") formasındadır. Şekspirin versiyası Romalı tarixçi Suetoniusun Sezarın son sözlərinin yunanca deyim olan καὶ σύ, τέκνον "Kai su, teknon?" olaraq oxunur (Azərbaycancası "Sən də mi, övladım?" şəklindədir). olduğunu iddia edən versiyasını izləyir. Digər tərəfdən Plutarx Sezarın heç bir şey demədiyini və sui-qəsdçilərin arasında Brutu gördüyü zaman toqasını üstünə çəkdiyini deyir.
Plutarx sui-qəsddən sonra Brutun nələrsə demək üçün senatorların qarşısına keçdiyini, lakin senatorların ona qulaq asmayaraq, qaçdığını yazır. Brut və tərəfdarları Kapitolium təpəsinə doğru getdilər və oradan şəhərə doğru qışqırdılar: "Roma xalqı, yenidən azadıq" Olacaqların fərqinə varan Romalılar özlərinə evlərinə kilidlədiklərinə görə onların bu qışqırıqları cavabsız qaldı.
Sezarın üzərində 23 ədəd yara izi olan balmumundan heykəli foruma qoyuldu. Toplanan kütlədən birinin yaratdığı yanğın forumun və qonşu binaların ciddi ziyan gprməsinə səbəb oldu. Bundan sonra yaranan xaos dövründə Mark Antoni, Oktavian və digərləri 5 mərhələli vətəndaş müharibəsində qarşı-qarşıya gəldi və bütün bunlar Roma imperiyasının yaranması ilə nəticələndi.
Sui-qəsdin nəticələri
[redaktə | vikimətni redaktə et]Sezarın öldürülməsi sui-qəsdçilərin düşünə bilmədiyi sürətlə respublikanın sonunu gətirdi. Sezarın olduqca populyar biri olduğu Romanın orta və alt təbəqələri, kiçik, təkəbbürlü bir qrupun hamilərini öldürməsindən qəzəbli idi. Antoni üzgün Romalı aşağı təbəqə üzvlərini, bəlkə də Romanın idarəçiliyini tək başına ələ keçirmək niyətilə Optimates mənsublarının üzərinə göndərdi. Ancaq Sezar tək mirasçısı olaraq bacısı oğlu Oktavianı göstərmiş və onu Romanın ən varlı vətəndaşlarından biri etməklə yanaşı, olduqca güclü Sezar ünvanını da ona miras buraxmışdı. Qayus Oktavian eyni zamanda Böyük Sezarln övladlıq oğlu olması səbəbilə Roma xalqının çoxunun da sədaqətinə sahib idi. Sezar öldüyü zaman hələ 19 yaşında olan Oktavian, Antoninin Brut ilə vətəndaş müharibəsinin ilk raundu üçün razılığa gəlməsi ilə öz tərəfini birdə nəzərdən keçirdi. Makr Antoni daha sonra Sezarın sevgilisi Kleopatra ilə evləndi.
Yunanıstanda ordu toplamağa başlayan Brut və Kassius ilə savaşa bilmək üçün Antoninin həm Sezarın müharibə üçün ayırdığı ehtiyat pullara, həm də bu ikisinə qarşı girişəcəyi müharibənin Sezar adına olduğuna dair iddiasının qanuniliyinin dəstəklənməsinə ehtiyacı var idi. Bunun üçün Oktavian, Antoni və Sezarın sadiq süvari komandanı Lepidus arasında II və son Triumvirat yaradıldı. II Triumvirat ilk iş olaraq Sezara Divus Iulius ünvanını verdi. Sezarın mərhəmətinin onun ölümünə səbəb olduğu iddiası ilə Sulla dövründən bəri istifadə olunmayan qadağalar yenidən qüvvəyə mindirildi. Bu qadağalar daha çox Brut və Kassisua qarşı başlanan vətəndaş müharibəsinin maliyyəsini təmin etmək üçün istifadə edildi və bu ikisi nəhayət Antoni və Oktavian tərəfindən Filippo döyüşündə məğlub oldular. Vətəndaş müharibəsinin III mərhələsində Oktavianın qarşsıında Antonius və Kleopatra var idi. Vətəndaş müharibəsi Antonius və Kleopatranın Aksi döyüşündə Oktavian tərəfindən məğlub edilməsi ilə sonlandı və beləcə Oktavian Caesar Augustus adı ilə ilk Roma imperatoru oldu. Sezar əslində Parfiya ölkəsini, Skif ölkəsini, Qafqazı ələ keçirməyi və Germaniya üzərindən Şərqi Avropaya getməyi planlayırdı. Bu planlarına məruz qaldığı sui-qəsd mane oldu.
Sağlamlığı
[redaktə | vikimətni redaktə et]Plutarx qaynaqlı məlumatlara görə Sezarın epilepsiya keçirdiyi düşünülmüşdür. Müasir tarixçilər isə e.ə. 80-ci illərdəki Sulla qadağaları dövründə malyariyadan əziyyət çəkdiyini daha çox müdafiə edirlər.
Gəncliyində epilepsiya tutmaları keçirməsi də digər ehtimaldır. Ailə tarixində baxıldığında ataları və soyundan gələnlər arasında da eyni xəstəlik görülür. Sezarın tutmalarından ilk bəhs edən şəxs, onun ölümündən sonra doğulmuş olan biqrafiya yazarı olan Qay Svetoni Trankvilldir. Lakin epilepsiya xəstəsi olduğu fikri bəzi tarixçilər tərəfindən rədd edilmiş və Sezarın zaman-zaman epilepsiya ilə eyni tutma işarələri verən hipoqlikemiyadan əziyyət çəkdiyi iddia edilmişdir.
Əsərləri
[redaktə | vikimətni redaktə et]Sezar yaşadığı dövrdə Romanın ən güclü natiqlərindən və düz yazı yazarlarından biri olaraq qəbul edilirdi. Ritorikası və tərzi məşhur natiq Siseron tərəfindən çox yüksək dəyərləndirilmişdi. Ən məşhur əsərləri arasında xalası Yulianın dəfn mərasimi nitqi və Antikato adında, Katonun şöhrətini qaralamaq, Siseronun Kato abidəsinə cavab vermək üçün yazılmış sənəd daxildir.
- Commentarii de Bello Gallico (Qalliya müharibəsi barədə şərhlər), prokonsul olaraq çalışdığı dövrdə etdiyi Qalliya və Britaniya səfərləri haqqında əsər4;
- Commentarii de Bello Civili (Vətəndaş müharibəsi barədə şərhlər), Pompeyin Misirdə ölməsinə qədər vətəndaş müharibəsindən bəhs edir;
Sezara aid edilən, ancaq müəllifi dəqqi bilinməyən əsərlər:
- De Bello Alexandrino (İsgəndəriyyə müharibəsi barədə), Sezarın İsgəndəriyyə səfərindən bəhs edilir;
- De Bello Africo (Afrika müharibəsi barədə), Sezarın Afrika səfərindən bəhs edilir;
- De Bello Hispaniensi (Hispaniya müharibəsi barədə), İber yarımadası səfərlərindən bəhs edilir.
Adı
[redaktə | vikimətni redaktə et]Sezarın yaşadığı dövrdə istifadə olunan Latın əlifbası ilə (yəni J ya da U hərflərinin kiçik formaları oxunmamaqla) Sezarın adı tam olaraq tərcümə edildiyində "GAIVS IVLIVS CAESAR" olaraq yazılırdı. Köhnə Roma tələffüzündə C hərfi G yerinə istifadə edildiyindən adın CAIVS formasına antik dövrdə GAIVS formasından daha çox rast gəlinirdi və tez-tez C. IVLIVS CAESAR olaraq qısaldılırdı (Æ olaraq bilinən birləşik hərf latınca yazılarda yer qazanmaq üçün istifadə olunurdu və ae hərflərindən başqa bir şey deyildi). Klassik latıncada gaːius ˈjuːlius ˈkaisar olaraq tələffüz edilirdi. Roma Respublikasının son dövrlərində Roma yazılarının çoxu ən təhsilli Romalıların dili olan yunanca olaraq yazılırdı. Romalı gənc və zəngin oğlan uşaqları daha çox yunan qullar tərəfindən öyrədilirdi və bəzən eynən Sezarın əsas sui-qəsdçisi Brut kimi daha yaxşı təhsil almaları üçün Afinaya göndərilirdilər. Sezar dövrü Yunanıstanında Sezarın ailə adı dövrün tələffüzünü əks etdirəcək formada, Καίσαρ (Kaisar) olaraq yazılırdı. Bu sözdən almancada Kayser, ruscada Çar ünvanı törəmişdir. Sezar adı eyni zamanda Norveç mifologiyasında olan əfsanəvi kral Kjárr adına da sələflik edir.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Valideynləri
[redaktə | vikimətni redaktə et]- Atası Qayus Yulius Sezar (Gaius Julius Caesar);
- Anası Aurelia.
Bacıları
[redaktə | vikimətni redaktə et]- Yulia (Yaşlı);
- Yulia (Gənc).
Həyat yoldaşları
[redaktə | vikimətni redaktə et]- İlk evliliyi — Kornelia Kinnilla, e.ə. 83-cü ildən doğum zamanı öldüyü e.ə. 69 və ya e.ə. 68-ci ilə qədər;
- İkinci evliliyi — Pompeya, e.ə. 67-ci ildən boşandığı e.ə. 61-ci ilə qədər;
- Üçüncü evliliyi, Kalpurnia Pisonis, e.ə. 59-cu ildən Sezarın öldüyü e.ə. 44-cü ilə qədər.
Uşaqları
[redaktə | vikimətni redaktə et]- Yulia (Yuli Sezarın qızı), Kornellia Kinnilladan e.ə 83-cü ildə ya 82-ci ildə doğulmuşdur;
- Sezarion (Caesarion), e.ə. 47-ci ildə VII Kleopatradan doğulan oğlu. Ptolomey Sezar (Caesar) adı ilə firon olan uşaq, 17 yaşında Sezarın övladlıq varisi Oktavian tərəfindən öldürülmüşdür.
Övladlıq
[redaktə | vikimətni redaktə et]- Oktavian Avqust (Gaius Julius Caesar), varisi, qan bağı ilə böyük bacısı oğlu.
Nəvəsi
[redaktə | vikimətni redaktə et]- Yulia və Qney Pompeyin doğulduqdan bir necə gün sonra ölən adsız uşağı.
Sevgililəri
[redaktə | vikimətni redaktə et]- VII Kleopatra;
- Servilia Kaepionis (Brutun anası);
- Eunoë, Mavritaniyanın kraliçası və Mavritaniya kralı Boqudesin həyat yoldaşı.
Mühüm qohumluq əlaqələri
[redaktə | vikimətni redaktə et]- Qayus Marius (bibisi Yulia ilə evli idi);
- Mark Antonius (Sezarın bacısı qızı Oktavia ilə qısa siyasi evliliyi olub);
- Lucius Yulius Caesar;
- Yulius Sabin.
Siyasi rəqibləri və homoseksuallığı ilə əlaqəli şaiyələr
[redaktə | vikimətni redaktə et]Roma cəmiyyətinə görə cinsi əlaqə zamanı cinsiyyət nə olursa olsun passiv rolda olmaq boyun əymək ya da bayağılıq işarəsi hesab olunurdu. Suetonius Sezarın əsgərlərinin Qalliya zəfəri üçün təşkil olunan zəfər alayı zamanı "Sezar Qalliyanı fəth etmiş ola bilər, amma IV Nikomedes də Sezarı fəth etdi" deyə mahnı oxuduqlarını deyir. Siseron, Bibulus, Qayus Memmius və digərlərinə görə (çoxu Sezarın düşmənləridir) Sezar, Vifiniya kralı IV Nikomedes ilə münasibət yaşamışdı. Sezarla Vifiniya kraliçasından bəhs edən bu hekayə bəzi romalı siyasətçilər tərəfindən onu alçaltmaq üçün çox zaman dilə gətirilirdi. Kassius Dioya görə Sezar bu ittihamların doğru olmadığına and içərək rədd etmişdir. Romanın bu dövründə siyasi rəqibləri alçaltmaq və gözdən salmaq üçün bu cür hadisələrdən tez-tez istifadə olunurdu. Rəqiblər tərəfindən istifadə olunan ən məşhur taktikalardan biri siyasi rəqibini, köklərini Yunanıstan və şərq mədəniyyətindən alan, Romanın mühafizəkar yaşam tərziylə qarşılaşdırıldığında homoseksuallığa daha xoş münasibət göstərən Helenistik yaşam tərzinə sahib olmaqda günahlandırmaq idi.
Katullus Sezar və onun ordu memarı olan Mamurranın sevgili olduqlarını bildirən şer yazsa da, sonradan buna görə üzr istəmişdir.
Mark Antonius Oktavianın Sezar tərəfindən övladlıq götürülməsinin altında yatan səbəbin onun Sezara göstərdiyi cinsi xidmətlərlə əlaqəli olduğuna söz vurmuşdur. Suetonius, Mark Antoniusun bu iddiasını siyasi şər kimi təqdim etmişdir.
Fəxri adları
[redaktə | vikimətni redaktə et]Sezar ölümündən sonra ilahlaşdırılmış və ona Divus (Tanrı) adı verilmişdir.
Həyatda ikən aralarında Pater Patrae, Pontifex Maximus və Diktator adlarının da olduğu xeyli sayda fəxri ada layiq görülmüşdür. Müasirləri tərəfindən, təşkil edilən sui-qəsdin başlıca səbəbi kimi ölümlü bir insana bu qədər fəxri ad vermənin yersiz olduğunu düşünən senatorlar olduğu göstərilir.
Hələ çox gənc ikən Kiçik Asiya döyüşlərində göstərdiyi cəsarətə görə ona Korona Cikika fəxri adı verilmişdi.
Sezarın kagnomeni zamanla bir fəxri rütbə halına gəlmiş, bu fəxri rütbə dəyişərək almanca Kaiser (Kayzer) və slavyan dillərində Çar ünvanına dönüşmüşdür. Çar ünvanı daşıyan son şəxs, Sezarın ölümündən iki min il sonra belə onun adını daşıyan dövlət rəhbəri olaraq 1946-cı ilə qədər taxtda qalmış olan bolqar çarı II Simondur. Bu ünvan məşhur zərb-məsəl olan "Sezarın haqqını Sezara, Tanrının haqqını Tanrıya" nümunəsində görüldüyü kimi Bibliyada da özünə yer tapmışdır.
Təsviri
[redaktə | vikimətni redaktə et]- Sezarın büstü, Neapol Milli Arxeologiya Muzeyi
- Britaniya Muzeyində Sezarın büstü
Qeydlər
[redaktə | vikimətni redaktə et]- ↑ Sezarın özünün sezaryanla doğulduğu iddiası yanlışdır və mənşəyi X əsrdə yayımlanmış antik Bizans ensiklopediyasıdır. Hər halda, Sezar bu adı daşıyan ilk insan deyildi. Bu dövrdə sezeryan üsulu yalnız ölü qadınlarda tətbiq edilirdi və Sezarın anası Aureliya Sezarın anadan olmasından sonra uzun müddət yaşamışdır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 http://www.bbc.co.uk/history/historic_figures/caesar_julius.shtml.
- ↑ 1 2 datos.bne.es (isp.): El portal de datos bibliográficos de la Biblioteca Nacional de España. 2011.
- ↑ 1 2 Parenti M. The Assassination of Julius Caesar: A People's History of Ancient Rome. The New Press, 2003. S. 167. ISBN 978-1-4587-8435-3
- ↑ 1 2 Goldsworthy A. Caesar, Life of a Colossus (ing.). 2006. P. 505.
- ↑ Н. О. Юлия (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1904. Т. XLI. С. 370.
- ↑ 1 2 3 http://www.strachan.dk/family/iulius_patrician.htm.
- ↑ Цезарион (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1903. Т. XXXVIIа. С. 891.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118518275 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 http://www.nytimes.com/1989/10/08/travel/there-s-a-small-hotel-rome-charm-and-efficiency.html.
- ↑ 1 2 http://www.funtrivia.com/en/subtopics/Cleopatra-Last-Queen-Of-The-Nile-123331.html.
- ↑ James Anthony Froude. Life of Caesar. 2007 dekabr. səh. 24.
- ↑ Gaius Suetonius Tranquillus (tərc. Fato Felatar və F. Gül Özaktürk) . Ankara: (Yedinci Dizi) ISBN (Türkçe çeviri) Birinci Kitap, Tanrısal İulius Caesar. On İki Caesar'ın Yaşamı. Ankara: Turk Tarih Kurumu Yayınları. 2008. səh. 231. ISBN 978-975-16-2097-2.
- ↑ Suetonius. On İki Sezar'ın Hayatları. səh. 6.
- ↑ Velleius Paterculus. Roma Tarihi. Virgil.
SƏLƏF yoxdur | Yuli Sezar Diktator | XƏLƏF Oktavian Avqust |