Pompeya Sulla — Vikipediya
Pompeya Sulla | |
---|---|
lat. Pompeia | |
Doğum tarixi | bilinmir |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Vəfat yeri |
|
Həyat yoldaşları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Pompeya Sulla (lat. POMPEIA SULLA) — e.ə. I əsrdə yaşamış Roma matronası, Qay Yuli Sezarın ikinci həyat yoldaşı.
Sezarla evlilik
[redaktə | vikimətni redaktə et]Yuli Sezar e.ə. 67-ci ildə Pompeya ilə evlənmişdir. Bu, həm Yuli Sezarın, həm də Pompeyanın ikinci evliliyi idi.[3]
E.ə. 62-ci ildə Yaxşı ilahə şərəfinə keçirilən mərasim Qay Yuli Sezarın evində keçirilmişdir. Kişilərin burada iştirakının qadağan olunmasına baxmayaraq, Publi Klodi Pulxr evə arfaçı paltarı geyinərək daxil olmuşdur. İddialara görə, Pulxr ev sahibi Yuli Sezarın həyat yoldaşı Pompeya Sullaya aşiq olmuşdu və onun diqqətini cəlb etmək üçün bu əmələ əl atmışdır, lakin Pulxr çox keçmədən Yuli Sezarın anası Avreliyanın qulluqçusu tərəfindən ifşa edilmişdir.[4][5][6][7][8] Qalmaqal müqəddəs əşyaların təhqir olunması ilə bağlı senatın xüsusi araşdırmasını tələb etmişdi. Senat və pontifiklər tərəfindən əlavə araşdırmadan sonra Klodi təhqir ilə ittiham edilmişdir ki, bunun da cəzası edam hökmü idi, lakin Klodi cəzadan yayınmışdır.[9] Hər halda, Yuli Sezar, xəyanət halının olmamasına baxmayaraq, tezliklə həyat yoldaşından boşanmışdır. Plutarxın yazdıqlarına görə, məhkəməyə çağırılan zaman o, "həyat yoldaşımın üzərinə bir şübhə kölgəsi belə düşməməlidir" demişdir.[10]
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Любкер Ф. Pompeii (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 1079–1085.
- ↑ 1 2 Pompeia (52) // Digital Prosopography of the Roman Republic (ing.).
- ↑ Pompeia Arxiv surəti 24 mart 2016 tarixindən Wayback Machine saytında — Oxford Classical Dictionary.
- ↑ Плутарх. Цезарь. 10
- ↑ Светоний. Божественный Юлий. 6
- ↑ Аппиан. Гражданские войны. Книга II. 14
- ↑ Hallvig, 2016. səh. 13
- ↑ Мифы народов мира, 1990. səh. 151
- ↑ Brouwer, 1989. səh. 23
- ↑ Hallvig, 2016. səh. 12—13
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Плутарх. Цезарь // Сравнительные жизнеописания в двух томах. II. М.: Наука. Перевод С. П. Маркиша, обработка перевода для настоящего переиздания — С. С. Аверинцева, переработка комментария — М. Л. Гаспарова. 1994.
- Аппиан. Римская история. Книга XIV. Гражданские войны (Книга II) // Римские войны. СПб.: Алетейя. 1994.
- Brouwer H. H. J. Bona Dea: the sources and description of the cult. Leiden • New York • København • Köln: E. J. Brill. 1989. ISBN 90-04-08606-4.
- Штаерман Е. М. Бона Деа // Dünya xalqlarının mifləri. М.: Советская энциклопедия. главный редактор С. А. Токарев. 1990. 151.
- Hallvig Ylva. The Bona Dea Cult (PDF). Uppsala: Uppsala Universitet. 2016.
- Гай Светоний Транквилл. Божественный Юлий // Жизнь двенадцати цезарей. М.: Наука. Перевод М. Л. Гаспарова. Издание подготовили М. Л. Гаспаров, Е. М. Штаерман. Отв. ред. С. Л. Утченко. Ред. изд-ва Н. А. Алпатова. 1993.