Mushab-Əli Kuzunvi — Vikipediya

Mushab-Əli Kuzunvi
ləzg. Кузун Мусхьаб-'Али
Şəxsi məlumatlar
Doğum tarixi 1868
Doğum yeri
Vəfat tarixi 1920, 1922 və ya 1928
Vəfat yeri
Vəfat səbəbi sui-qəsd
Fəaliyyəti imam, maarifçi, filosof, dinşünas, partizan
Dini sünni islam, islam
Hərbi xidmət
Qoşun növü partizan müharibəsi
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi fəlsəfə, dinşünaslıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mushab-Əli Kuzunvi və ya Möhübəli əfəndi Kuzunvi[1] (ləzg. Кузун Мусхьаб-‘Алий; 1868, Kuzun1920, 1922 və ya 1928, Ağaşirinoba və ya Qıraqlı) — imambolşevik rejiminə qarşı ləzgi müqavimətinin liderlərindən biri. Ləzgilərin kuzunar soyuna məhsub olub. Ləzgilərin Milli qəhrəmanı[2] . Sovet dönəmində Quba üsyanının imamı və başçılarından biri. Azərbaycan pedaqoqu, filosofu, dinşünası və partizanı. Ləzgidir.

Ləzgi xalqın qəhrəmanı, milli istiqlal hərəkatının fəal iştrakçısı, Qusarlı Möhübəli əfəndi Kuzunvi 1868-ci ildə Qusarın Kuzun kəndində anadan olub. O, həmçinin "Möhübəli əfəndi Kuzunski", "Molla Möhübəli", "Möhübəli əfəndi Kuzunvi" kimi tanınıb. Dövlət xadimi Nəriman Nərimanov isə onu "nadir insan" adlandırmışdır. Kuzunvi Ləzgi dili ilə yanaşı, Azərbaycan, türk, ərəb, rus, lak, avar, fars, tabasaran dillərini də bilirdi. O, Türkiyədə dini təhsili aldıqdan sonra, bir neçə müsəlman ölkəsində mühacirlik edib, regiona böyük İslam alimi və nüfuzlu din xadimi olaraq geri dönür. Möhübəli əfəndi Kuzunvi fəlsəfəyədinə aid bir neçə kitab yazmışdır,[3] lakin onun qətlindən sonra Sovet hakimiyyəti tərəfindən çaya atılmışdır. Möhübəli əfəndi öz vəsaiti hesabına 1890-cı ildə Kuzun kəndində məktəb açmışdır. Bununla bağlı 1903-cü ildə "Ежегодник" jurnalı belə məlumat vermişdi. Ümumilikdə o, Quba qəzasında 5 mədrəsə açmış, 18 məscidi təmir etdirmiş və bir məscid inşa etmişdi. Möhübəli əfəndi Həmdulla əfəndi, Hatəm ağa Cağarvi və digər nüfuzlu şəxslərlə birlikdə Azərbaycan Xalq Cümhuriyyətini qorumaq üçün Qızıl Ordu əleyhinə mübarizəyə qalxmışdır. Əfəndinin silahlı dəstələri Quba qəzasının Aladaş düzündə 7 ay ərzində bolşeviklərin qarşısını kəsərək, onları Quba qəzasına buraxmamışdır. O, 1918-ci ilin may ayında Qubanın Digah kəndində erməni polkovnik A. Amazaspının rəhbərlik etdiyi bolşeviklər və daşnaklardan ibarət qoşunu darmadağın edilməsində iştirak etmişdir. Möhübəli əfəndi Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da bolşeviklərə qarşı mübarizə aparırdı.[3] Məhz buna görə Sovet hökuməti Möhübəli əfəndini 1922-ci ildə (digər mənbələrdə 1928-ci il) sui-qəsd etməklə qətlə yetirilmişdir. Möhübəli əfəndi Kuzunvi Xaçmazın Qıraqlı kəndinin yaxınlığında vəfat edir. Onun cəsədi isə yoxa çıxır. Bu günə kimi Möhübəli əfəndinin harada dəfn olunması haqda məlumat yoxdur. Kuzunvinin qətlindən sonra Sovet hakimiyyəti onun evini talan, ona aid əşyaları isə məhv etmişdir.[3]

Müharibədən əvvəlki fəaliyyətlər

[redaktə | vikimətni redaktə et]

Tarixi mənbələrdə və arxivlərdə əsasən "Möhübəli əfəndi Kuzunvi" adı ilə tanınır. O 1890-cı ildə öz vəsaiti ilə kəndində böyük məktəb tikdirir. Sonrakı illərdə o, Qusar ərazisində iki mədrəsə açıb, səkkiz məscidi təmir etdirib. Onun təhsil fəaliyyəti və xeyriyyəçiliyi 1903-cü ildə nəşr olunan illikdə müzakirə edilmişdir.

Mushab-Əli Kuzunvinin ləzgi xalqı arasında nüfuzunun daha da artmasından qorxan bolşevik inqilabçıları onu ləğv etmək qərarına gəldilər. 1920-ci ildə Mushab-Əli əfəndi Ağaşirinoba kəndində pusquya düşür və orada öldürülür. Bu hadisə Qusar İnqilab Komitəsinin sədri Şarşanidzenin Quba İnqilab Komitəsinə 29 avqust 1920-ci il tarixli məruzəsində ətraflı təsvir edilmişdir.

  1. "Möhübəli əfəndi Kuzunvi və polkovnik Hatəm ağa Cağarvi". 1 sen 2020. 2023-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-26.
  2. "Лезгинский богослов Мухуб-Али Кузунви (Али Албанви) / Проза.ру". proza.ru. 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
  3. 1 2 3 "Ləzgi xalqının qəhrəmanı: Möhübəli əfəndi Kuzunvi » Shimal News". 4 sen 2022. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-26.
  • Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi. −2018.-№ 74-75-76.- S.210–214.
  • Məşhur ləzgilər haqqında bilmədiklərimiz.-Samur qəzeti.-29.03.2007.-səh.3.
  • Müzəffər Məlikməmmədov. Qanlı Dərə. Bakı-2019.
  • Şahin Fazil. Quba tarixi. Bakı-2016.