Muzdurlar — Vikipediya

Muzdurlar
40°42′10″ şm. e. 46°36′23″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 212 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.479 nəf. (2009)
Xəritəni göstər/gizlə
Muzdurlar xəritədə
Muzdurlar
Muzdurlar

MuzdurlarAzərbaycan Respublikasının Goranboy rayonunun Muzdurlar kənd inzibati ərazi dairəsində kənd.[1]

Muzdurlar kəndi Ganca-Qazax düzənliyindədir. Keçmiş adı Havanlı olmuşdur. Yerli əhali arasında kəndin adı qeyri-rasmi olaraq Bir May kimi işlənir. İnqilabdan əvvəl burada Məşədi Qarabəy adlı bir nəfərin mülkü və üzüm bağı olmuşdur. 1918-ci il erməni-müsəlman qırğını zamanı İrəvan qəzasından didərgin düşmüş altı ailə buraya köçmüş va Məşədi Qarabəy onları muzdur kimi işlətmişdir. İnqilabdan sonra Məşədi Qarabəy İrana qaçmış, 1924-cü ildə onun torpaq sahasi həmin muzdurlara verilmiş və onlar burada daimi məskunlaşaraq bu kəndi salmışlar. Kənd onların adı ilə Muzdurlar adlandırılmışdır. 1933-cü ildə Bərdə rayonunda da Muzurlar adlı kənd qeydə alınmışdır.[2]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1479 nəfər əhali yaşayır.[3]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]